08 Aprel 2020
Əl-Muraqibat kitabından bir yarpaq - Nimeyi-şəban
Həzrət İmam Zamanın (əc) mövlud günü-Nimeyi-şəban münasibətilə kamil arif Mirzə Cavad Ağa Məliki Təbrizinin dəyərli “Əl-Muraqibat” kitabından bir hissəni sizə təqdim edirik.
Nimeyi-şəbanın (Şəban ayının orta günü) əməl və müraqibətləri
Şəbanın on beşinci gecəsi və gündüzü çox dəyərli və şərəfli vaxtlardan sayılır. Bu gün böyük şənə, çoxlu bərəkət və parlaq nurlara sahibdir. Bu günün vücudunda o qədər xeyir-bərəkət vardır ki, salik şəxs onun hər birinin haqqını yerinə yetirmək üçün özünün bütün təlaşını işə salmalıdır.
Nimeyi-şəbanın (Şəban ayının ortası) gecə və gündüzündə olan xeyir-bərəkətlər aşağıdakı kimidir:
1. Bir çox rəvayətdə gəlmişdir: “Nimeyi-şəban gecəsi Qədr gecələrindən biridir və həmin gecə ruzi və ölümün bölündüyü gecədir.”
Bəzi rəvayətdə də gəlmişdir: “Mütəal Allah Qədr gecəsini Peyğəmbər (s) üçün qərar verdiyi kimi Nimeyi-şəban gecəsini imamlar üçün qərar vermişdir.”
Qədr gecəsinin bir gecədən artıq olmasının heç bir iradı yoxdur. Çünki ilahi təqdirlərin özünün mərtəbələri vardır.
2. Nimeyi-şəban gecəsi İmam Hüseyni (ə) ziyarət etmək gecəsidir. Bu gecə mələklərdən əlavə, 124 min peyğəmbər də İmam Hüseynin (ə) məzarını ziyarət edir.
Bu məsələ Nimeyi-şəban gecəsinin əzəmət və böyüklüyünü göstərir.
4. Şəban ayının on beşinci gecəsi yerin gələcəyinin onun əlinə tapşırıldığı bir imam dünyaya gəlmişdir. O imam dünyanı ədalətlə dolduracaq, möminləri qələbəyə çatdıracaq, Allahın ədalət bayrağını yer üzündə qaldıracaq. O, bütün dini və dünyəvi cəhətlərə hökumət edəcək bir kəsdir.
Nimeyi-şəbanın mühüm əməlləri
1. Salik şəxs Nimeyi-şəban gecəsi dünya ləzzətlərindən göz yummalı və bu gecə elə əməl etməlidir ki, sanki ömrünün son gecəsidir, bu gecə dünya ilə vidalaşır, bu gecənin səhəri Qiyamət baş verəcək. Bu üzdən salik bu gecənin bitməməsini sevsin.
2. Nimeyi-şəbanın ən mühüm əməllərindən biri də bu gecəyə aid tövsiyə edilmiş namazları qılmaqdır. Xüsusilə də min “Qul huvəllah”la qılanan yüz rəkətli namaz. Bu namazın fəziləti sonra deyiləcək namazlardan üstündür.
3. “İqbal” kitabında nəql olunan rəvayətdə deyilir: Peyğəmbər (s) buyurdu: “Şəban ayının orta gecəsi idi. Mən yatmışdım. Cəbrail nazil olub dedi: Ey Muhəmməd! Belə bir gecədə yatmısan? Dedim: Ey Cəbrail! Bu gecə hansı gecədir? Dedi: Ey Muhəmməd! Bu gecə şəban ayının orta gecəsidir. Yerindən qalx!
Sonra məni yerimdən qaldırıb Bəqi qəbiristanlığına tərəf apardı. Bəqiyə çatdıqda dedi: Başını qaldır. Çünki bu gecə səmanın bütün qapıları: rəhmət qapısı, razılıq qapısı, məğfirət qapısı, bağışlanmaq qapısı, fəzl qapısı, tövbə qapısı, bəxşiş qapısı və yaxşılıq qapısı açıqdır. Allah heyvanların bədənindəki tük və yun sayı qədər insanları cəhənnəmdən xilas edər. Bu gecə insanların ölüm vaxtı məlum olar, gələn ilə qədər ruzisi bölünər, il boyu baş verəcək hadisələr bu gecə təqdir olar.
Ey Muhəmməd! Hər kəs Nimeyi-şəban gecəsini oyaq qalsa, onu təkbir (Əllahu əkbər), təsbih (subhanəllah), təhlil (la ilahə illəllah), dua, namaz, Quran qiraəti, müstəhəb namazlar qılmaq və istiğfar etməklə başa vursa, cənnət onun yeri olar, keçmiş və gələcək günahları bağışlanar.
Ey Muhəmməd! Hər kəs şəban ayının orta gecəsi 100 rəkət namaz qılsa və onun hər rəkətindən “Həmd”dən sonra 10 dəfə “Qul huvəllahu əhəd” surəsini və namazdan sonra 10 dəfə “Ayətul-kursu”, 10 dəfə “Həmd” surəsini oxusa və 100 dəfə “subhanəllah” desə, Allah onun cəhhənnəmə düşməsinə səbəb olan yüz böyük günahını bağışlayar, oxuduğu hər bir surə, dediyi hər təsbih qarşısında cənnətdə ona bir qəsr verər, yüz nəfər qohum-əqrəbası haqqında şəfaət etməsini qəbul edər, haqq yolunun şəhidlərinin savabında onu şərik edər, bu ayın oruc tutanlarının və bu gecənin ibadət edənlərinin verdiyi savab qədər ona savab verər.
Bəs ey Məhəmməd! Bu gecəni oyaq qal və ehya saxla, öz ümmətinə tapşır ki, bu gecəni oyaq qalsınlar, onu ibadət etməklə başa vursunlar, ibadət etməklə özlərini Allaha yaxın etsinlər. Çünki şəban ayının orta gecəsi şərəfli gecədir.
Ey Muhəmməd! Mən sənin yanında gələndə göyün mələkləri öz ayaqlarını cütləyib namaz, təsbih, rüku, səcdə və zikrə məşğul idilər.
Ey Məhəmməd! Şəban ayının orta gecəsi elə bir gecədir ki, Mütəal Allah həmin gecə dua edənlərin bütün dualarını qəbul edər. Hər kim bu gecə Allahdan bir şey istəsə, Allah onun istəklərini verər. Hər kim bu gecə Allahdan bağışlanmaq istəsə və istiğfar etsə, Allah onu bağışlayar. Hər kəs bu gecə tövbə ilə Allahın dərgahına gəlsə, Allah onun tövbəsini qəbul edər.
Ey Məhəmməd! Hər kim şəban ayının orta gecəsinin xeyir-bərəkətindən məhrum olsa, böyük xeyirdən məhrum olmuşdur.”
6. Allahın rəsulu (s) şəban ayının orta gecəsi bu duanı oxuyardı:
«اَللَّهُمَّ اقْسِمْ لَنا مِنْ خَشْيَتِكَ ما يَحُولُ بَيْنَنا وَبَيْنَ مَعْصِيَتِكَ، وَمِنْ طاعَتِكَ ما تُبَلِّغُنا بِهِ رِضْوانَكَ وَمِنَ الْيَقينِ ما يَهُونُ عَلَيْنا بِهِ مُصيباتُ الدُّنْيا، اَللّهُمَّ اَمْتِعْنا بِاَسْماعِنا وَاَبْصارِنا وَقُوَّتِنا ما اَحْيَيْتَنا، وَاجْعَلْهُ الْوارِثَ مِنَّا، وَاجْعَلْ ثارَنا عَلى مَنْظَلَمَنا، وَانْصُرنا عَلى مَنْ عادانا، وَلا تَجْعَلْ مُصيبَتَنا فى دينِنا وَلا تَجْعَلِ الدُّنْيا اَكْبَرَ هَمِّنا، وَلا مَبْلَغَ عِلْمِنا، وَلا تُسَلِّطْ عَلَيْنا مَنْ لا يَرْحَمُنا، بِرَحْمَتِكَ يا اَرْحَمَ الرَّاحِمينَ.»
Bu rəvayətin ravisi digər bir hədisdə deyir: Peyğəmbərin (s) səhabələrindən 30 nəfəri mənə dedi ki, Peyğəmbər (s) buyurdu: “Hər kim şəban ayının orta gecəsi bu namazı qılsa, Allah yetmiş rəhmət nəzəri ilə ona baxar və hər baxışda onun ən kiçiyi bağışlanmaq olan istəklərini yerinə yetirər. Bu namazı qılan şəxs bədbəxt adam olsa və Allahdan səadət və xoşbəxtlik istəsə, Allah ən yaxşı səadət və xoşbəxtliyi ona nəsir edər. “Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır.” O şəxsin ata və anası cəhənnəm əhlindən olsa, Allah onları cəhənnəmdən çıxarar –bu şərtlə ki, Allaha şərik qoşmamış olsunlar. Hər kim bu namazı qılsa, Allah onun bütün hacətlərini yerinə yetirər, cənnətdə ona heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi nemətlər hazırlayar.
And olsun məni haqq olaraq peyğəmbərliyə məbus edən kəsə, hər kim bu namazı qılsa və bu namazı qılmaqda niyyəti Mütəal Allaha yaxınlaşmaq olsa, Allah həmin gecəni ibadətlə məşğul olan bütün kəslərin savabından onu da bəhrələndirər, əməlləri yazan mələklərə əmr edər ki, ona savab yazsınlar, günahlarını silsinlər, hətta onun üçün heç bir günah qalmasın. Cənnətdə öz yerini görməyincə dünyadan getməz, Allah mələklərini onunla görüşmək və ona salam vermək üçün göndərər. Qiyamət günü sevimli yaxşı insanlarla məhşərə gələr. Bir il başa çatmazdan qabaq vəfat etsə, şəhid kimi dünyadan gedər, yetmiş min müvəhhidi şəfaət etmək ona icazə verilər.
Bədbəxt adamdan başqa heç kim şəbanın orta gecəsinin səhərə qədər oyaq qalıb ibadət etməyə süstlük göstərmir.”
Seyid Yəhya ibn Hüseyn “Əmali” kitabında mövlamız həzrət Əmirəlmöminin İmam Əlidən (ə) rəvayət etmişdir ki, o həzrət buyurdu: “Allahın rəsulu buyurdu: Hər kim şəban ayının orta gecəsini 1000 “Qul huvəllah” surəsi ilə 100 rəkət namaz qılsa, qəlblərin öldüyü gün onun qəlbi ölməz, yüz mələkin onu Allahın əzabından pənah verdiyini görməyincə dünyadan getməz, otuz mələk ona cənnət müjdəsi verər, otuz mələk onu şeytanın şərindən qoruyar, otuz mələk gecə-gündüz onun üçün bağışlanmaq istəyər və istiğfar edər, on mələk də onunla düşmənçilik edənlə düşmənçilik edər.”
Tüğyankar nəfslə söhbət
Burada mənim sözüm belədir: Ey biçarə! Günahlar zəncirində olan nəfsinə rəhm et! Odun yükü kimi çiynində daşıdığın bu böyük günahlar üçün bir çarə et! Çünki bu günahlar sənin bədbəxtliyin və həlakətinə səbəb olur. Bir gün gələcək ki, qaçmaq üçün yol axtaracaqsan, lakin yol tapa bilməyəcəksən və soruşacaqsan: qaçmaq üçün yol haradadır? Xeyir, o gün heç bir sığınacaq və qaçış yolu yoxdur, sığınacaq və çıxış yolu yalnız Allahın dərgahıdır. O, insanı bütün qabaqkı və sonrakı əməllərindən xəbərdar edir:
يَقُولُ الْإِنْسَانُ يَوْمَئِذٍ أَيْنَ الْمَفَرُّ كَلَّا لَا وَزَرَ إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمُسْتَقَرُّ يُنَبَّأُ الْإِنْسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ
İnsafla öz nəfsini mühakimə et və soruş: Allahın vədələrinə, Qiyamət gününə, əməllərə görə cəza və savab verilməsinə iman gətirmisən ya yox? Allah peyğəmbərlərinin qorxudan yaxalarını paraladığı, Allah övliyalarının qorxudan sümüklərinin titrədiyi, təqvalıların yadına düşdükdə pərişan olduqları, özlərindən getdikləri dayanacaq və yoxuşlardan xəbərin var ya yox? Sənin hansı əminliyin və sığınacağın vardır? Məsum peyğəmbərlərin və pak mələklərin qorxduğu şeylərdən sən amandasanmı? Sən onların görmədiyi bir şeyi görürsənmi? Onların etmədiyi hansısa bir yaxşı əməli etmisənmi?! Onlardan olmayan təqvaya sahibsənmi?! Ya Allahın məkrindən amandasan? Halbuki, buyurur:
فَلَا يَأْمَنُ مَكْرَ اللَّهِ إِلَّا الْقَوْمُ الْخَاسِرُونَ
يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا لَا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَٰنُ وَقَالَ صَوَابًا
اخْسَئُوا فِيهَا وَلَا تُكَلِّمُونِ
İndi özünə bir nəzər sal! Dünya məsələlərinə nə qədər həris olduğuna bax. Gör, axirət nemətləri ilə müqayisədə heç bir dəyəri olmayan dünya malını itirdikdə necə həsrət çəkirsən? Gör, dəyərsiz dünya malını əldən verdikdə necə ah çəkirsən, təəssüflənirsən?! Sənin axirətə rəğbətsizliyin və dünya həyatına meylinin səbəbi qeyb aləminə və Qiyamət gününə imanın zəifliyindən başqa bir şeydirmi?
Əgər belədirsə, onda vay olsun sənə! Bil ki, sən Allaha, mələklərə, səmavi kitablara, ilahi peyğəmbərlərə və Qiyamət gününə iman gətirməmisən. Bundan sonra uzaq azğınlıqda və aşkar ziyanda olacaqsan. Özünü Allahın imansız kafirlərə vəd etdiyi cəhənnəm oduna hazırla. Çünki azacıq zəiflik və qorxu ilə həmin zəif imanını da itirəcəksən. Xüsusilə də ölüm vaxtı insanın ağıl və hisləri qarışır, iman möhkəm olmasa, zəif imanlara əmin olmaq olmaz və zəif imanlar ölüm ayağında küfrə çevrilir.
Ona görə də sağlam olduğun vaxtlar bəla və çətinliyə hazır ol, sağlam olduğun gün xəstə olacağın günə hazırlaş. Möhlətin varkən fürsəti qənimət bil, Allahın mələkləri canını almağa gələrkən onlardan bir saat möhlət istədikdə, qəbul etməyəcəklər, bir anlıq möhlətə də razı olacaqsan, lakin buna nail ola bilməyəcəksən.
Bəs, özünə nicat vermək üçün bu əməlləri yerinə yetir, bu güclü vasitələrdən yapış, ən möhkəm əməllərə pənah apar və bu şərafətli vaxtlarda dənizdə qərq olan kəslər kimi dua et, odda yanan adamlar kimi Allahı çağır, Allahın övliyaları və dostları vasitəsilə Ona tərəf əlini uzat. Allah bağışlayandır və Ona pənah gətirmiş, övliyalarını vasitə etmiş çarəsiz bəndələrini bağışlayır. Gör, bu gecə açılmış süfrələrə hansı qapıdan daxil olmalısan? Bu qapının adı sənin qulağına çatır. Allahın Rəhmət və razılıq qapısından daxil olursan? Ya məğfirət və tövbə qapısından? Ya fəzl və yaxşılıq qapısından? Ya nemət və bəxşiş qapısından?
Hər kəs o qapıdan daxil ola bilr ki, özü mümkün qədər o sifətdən bəhrələnmiş olsun.
Rəhmət qapısından sənin bəhrən budur ki, Allahın qafil və xəbərsiz bəndələrinə rəhm edəsən, onların qəflət və xəbərsizlik tozunu mehribanlıq və məhəbbətlə yanaşı olan nəsihətinlə onlardan təmizləyəsən, onları qəflətdən ayıldıb Allahın yoluna gətirəsən, günahkar şəxslərə əzab-əziyyət gözü ilə baxmayasan, üstəlik, rəhmət gözü ilə baxasan, dünyanın bütün günahlarını öz günahların kimi biləsən, bacardığın qədər onların günahlardan uzaq olmasına səy edəsən ki, günahkar bəndələr Allahın qəzəbinə düçar olmasın, Onun rəhmətindən uzaq olmasın. Bacardığın qədər ehtiyacı olanların ehtiyacını yerinə yetirəsən, qonşuların arasında kasıb varsa, onun kasıblığını aradan qaldırasan. Onların ehtiyaclarını aradan qaldırmağa qadir deyilsənsə, onlar üçün dua et və onlarla həmdərd olduğunu bildir.
Razılıq qapısından sənin bəhrən budur ki, Allahın razılığına razı olasan, bütün hallarda Pərvərdigarın razılığını istəyəsən. Çünki bu iki sifət bir-birinin lazım-məlzumudur. Çox asanlıqla və tez camaatdan razı ol, onlara qarşı kobud və bəxəxlaq olma.
Məğfirət və bağışlanmaq qapısından sənin bəhrən budur ki, günahkar olduğun qədər istiğfarın bütün şərtlərinə riayət etməklə bağışlanmaq diləyəsən. Camaatdan haqlarında zülm etdiyin qədər üzrxahlıq edəsən, bir kəs səndən üzr istəsə, onun üzrünü qəbul edəsən.
Tövbə qapısından sənin bəhrən budur ki, keçmiş vaxtlarda camaatın və Rəbinin haqqında mürtəkib olduğun günah və pislikləri bir daha təkrar etməyəsən, etdiyin bütün günah və pisliklərin əvəzini çıxmağa təlaş edəsən.
Fəzl qapısından sənin bəhrən budur ki, ibadətlərində təkcə vacib əməllərlə kifayətlənməyəsən, camaatla ədalət və bərabərlik əsasında rəftarından əlavə, onlara yaxşılıq etməyə səy edəsən, hətta çalışasan ki, sənin onlara xeyir və yaxşılığın, onların sənə yaxşılığından daha çox olsun, biri səni salamladığı zaman sənin cavabın onun salamından daha yaxşı olsun, ya ən azından onun eyni kimi cavab ver.
Yaxşılıq qapısından sənin bəhrən budur ki, Allaha elə pərəstiş və ibadət edəsən ki, sanki Onu görürsən, çünki sən onu görməsən də O mütləq səni görür, sənin əməllərin onun nəzəri altındadır və hər kəs sənə pislik etsə, yaxşılıq edəsən, sənin haqqında zülm etmiş kəsi bağışlayasan, səninlə əlaqəni kəsən adamla əlaqə yaradasan.
Bəxşiş qapısından sənin bəhrən budur ki, bütün varlığını Allahın yolunda fəda edəsən, çünki Mütəal Allah buna layiqdir. Camaata fayda və xeyrini artırasan. Əlbəttə, bu işində (Allahın razılığından başqa) heç bir qərəz və məqsəd güdməyəsən.
Bu qapılar bütün gecələrdə açıqdır, lakin Nimeyi-şəban gecəsi xüsusi şəkildə açıqdır. İndi gör, hansı qapıdan Allahın dərgahına daxil olursan? O qapının fəzilət və dəyəri, sənin o qapıdan bəhrən miqdarında öz kərəmini göstər, bu sifətləri kəsb etmək üçün ibadətin surət və çərçivəsindən artıq təlaş et. Çünki bu sifətlərə yiyələnmiş bəndənin bir rəkət namazının nuru həmin sifətlərə sahib olmayan bəndənin qıldığı min rəkət namazın nurundan çoxdur.
Nümunə üçün belə bir misal gətirək: Özü fəzl və bəxşiş sahibi, nemətləri bütün mövcudata şamil olan lütfkar Allah fəzl sifətinə malik olan kəslə Öz ədaləti əsasında deyil, fəzl və lütfü əsasında rəftar edir. Yəni onun azacıq əməlinə hesaba gəlməyən çoxlu savab verir, onun günahları neçə qat həsənəyə və yaxşı işə çevirir.

3. Bu gecə oyaq qalmaq və ehya mərasimi saxlamaq təkid olmuşdur. Nimeyi-şəbanın tövsiyə olunmuş dəyərli əməl və ibadətləri barədə cürətlə demək olar ki, heç bir gecə üçün –istər Qədr gecəsi olsun, istərsə də digər gecələr üçün– onun kimi və ya ondan artıq əməl tövsiyə olunmamışdır.

Oxunuşu
Əllahumməqsim ləna min xəşyətikə ma yəhulu bəynəna və bəynə məsiyətik, və min taətikə ma tubəlliğuna bihi rizvanək, və minəl yəqini ma yəhunu ələyna bihi musibətud-dunya. Əllahummə əmtina biəsmaina və əbsarina və quvvətina ma əhyəytəna, vəcəlhul varisə minna, vəcəl sarəna əla mən zələməna, vənsurna əla mən adana, və la təcəl musibətəna fi dinina, və la təcəlid-dunya əkbərə həmmina, və la məbləğə ilmina, və la tusəllit ələyna mən la yərhəmna, birəhmətikə ya ərhəmər-rahimin.
Bu rəvayətin ravisi digər bir hədisdə deyir: Peyğəmbərin (s) səhabələrindən 30 nəfəri mənə dedi ki, Peyğəmbər (s) buyurdu: “Hər kim şəban ayının orta gecəsi bu namazı qılsa, Allah yetmiş rəhmət nəzəri ilə ona baxar və hər baxışda onun ən kiçiyi bağışlanmaq olan istəklərini yerinə yetirər. Bu namazı qılan şəxs bədbəxt adam olsa və Allahdan səadət və xoşbəxtlik istəsə, Allah ən yaxşı səadət və xoşbəxtliyi ona nəsir edər. “Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır.” O şəxsin ata və anası cəhənnəm əhlindən olsa, Allah onları cəhənnəmdən çıxarar –bu şərtlə ki, Allaha şərik qoşmamış olsunlar. Hər kim bu namazı qılsa, Allah onun bütün hacətlərini yerinə yetirər, cənnətdə ona heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi nemətlər hazırlayar.
And olsun məni haqq olaraq peyğəmbərliyə məbus edən kəsə, hər kim bu namazı qılsa və bu namazı qılmaqda niyyəti Mütəal Allaha yaxınlaşmaq olsa, Allah həmin gecəni ibadətlə məşğul olan bütün kəslərin savabından onu da bəhrələndirər, əməlləri yazan mələklərə əmr edər ki, ona savab yazsınlar, günahlarını silsinlər, hətta onun üçün heç bir günah qalmasın. Cənnətdə öz yerini görməyincə dünyadan getməz, Allah mələklərini onunla görüşmək və ona salam vermək üçün göndərər. Qiyamət günü sevimli yaxşı insanlarla məhşərə gələr. Bir il başa çatmazdan qabaq vəfat etsə, şəhid kimi dünyadan gedər, yetmiş min müvəhhidi şəfaət etmək ona icazə verilər.
Bədbəxt adamdan başqa heç kim şəbanın orta gecəsinin səhərə qədər oyaq qalıb ibadət etməyə süstlük göstərmir.”
Seyid Yəhya ibn Hüseyn “Əmali” kitabında mövlamız həzrət Əmirəlmöminin İmam Əlidən (ə) rəvayət etmişdir ki, o həzrət buyurdu: “Allahın rəsulu buyurdu: Hər kim şəban ayının orta gecəsini 1000 “Qul huvəllah” surəsi ilə 100 rəkət namaz qılsa, qəlblərin öldüyü gün onun qəlbi ölməz, yüz mələkin onu Allahın əzabından pənah verdiyini görməyincə dünyadan getməz, otuz mələk ona cənnət müjdəsi verər, otuz mələk onu şeytanın şərindən qoruyar, otuz mələk gecə-gündüz onun üçün bağışlanmaq istəyər və istiğfar edər, on mələk də onunla düşmənçilik edənlə düşmənçilik edər.”
Tüğyankar nəfslə söhbət
Burada mənim sözüm belədir: Ey biçarə! Günahlar zəncirində olan nəfsinə rəhm et! Odun yükü kimi çiynində daşıdığın bu böyük günahlar üçün bir çarə et! Çünki bu günahlar sənin bədbəxtliyin və həlakətinə səbəb olur. Bir gün gələcək ki, qaçmaq üçün yol axtaracaqsan, lakin yol tapa bilməyəcəksən və soruşacaqsan: qaçmaq üçün yol haradadır? Xeyir, o gün heç bir sığınacaq və qaçış yolu yoxdur, sığınacaq və çıxış yolu yalnız Allahın dərgahıdır. O, insanı bütün qabaqkı və sonrakı əməllərindən xəbərdar edir:
يَقُولُ الْإِنْسَانُ يَوْمَئِذٍ أَيْنَ الْمَفَرُّ كَلَّا لَا وَزَرَ إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمُسْتَقَرُّ يُنَبَّأُ الْإِنْسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ
“Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! O gün duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur! O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir!”
İnsafla öz nəfsini mühakimə et və soruş: Allahın vədələrinə, Qiyamət gününə, əməllərə görə cəza və savab verilməsinə iman gətirmisən ya yox? Allah peyğəmbərlərinin qorxudan yaxalarını paraladığı, Allah övliyalarının qorxudan sümüklərinin titrədiyi, təqvalıların yadına düşdükdə pərişan olduqları, özlərindən getdikləri dayanacaq və yoxuşlardan xəbərin var ya yox? Sənin hansı əminliyin və sığınacağın vardır? Məsum peyğəmbərlərin və pak mələklərin qorxduğu şeylərdən sən amandasanmı? Sən onların görmədiyi bir şeyi görürsənmi? Onların etmədiyi hansısa bir yaxşı əməli etmisənmi?! Onlardan olmayan təqvaya sahibsənmi?! Ya Allahın məkrindən amandasan? Halbuki, buyurur:
فَلَا يَأْمَنُ مَكْرَ اللَّهِ إِلَّا الْقَوْمُ الْخَاسِرُونَ
“Allahın məkrindən (cəzalandıracağından) yalnız ziyana uğrayanlar özlərini amanda bilər.”
Öz işin barədə düşün və o gündən qorx ki:
Öz işin barədə düşün və o gündən qorx ki:
يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا لَا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَٰنُ وَقَالَ صَوَابًا
“Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!”
İndi sən hansı dəstədənsən? Allahın izin və icazə verdiyi kəslərdənsən? Ya onlara belə xitab olunan:
İndi sən hansı dəstədənsən? Allahın izin və icazə verdiyi kəslərdənsən? Ya onlara belə xitab olunan:
اخْسَئُوا فِيهَا وَلَا تُكَلِّمُونِ
“Orada zəlil (məyus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin!”
İndi Allahın bu kiçik əmələ (Nimeyi-şəban gecəsi qılınan yüz rəkət namaz) görə verdiyi savab barədə düşün. Müdrik və ağıllı insan bu işdə tənbəllik və səhlənkarlıq edərmi?
Öz nəfsinə müraciət edərək de: Ey Allahın (cəllə cəlaluh) vədlərinə iman gətirdiyini iddia edən nəfs, haradasan? Haradasan ki, gəlib sənin xeyrinə olan bütün bu mənfəətləri və dəyərli bəhrələri aparasan? Dünyan rizq-ruzisi, var-dövləti bu nemətlərin qarşısında bir mis sikkəyə dəyərmi? Sənə vəd edilmişdir ki, bu gecə bir təsbihin qarşısında sənə cənnətdə bir qəsr bağışlasınlar. Sən bu qəsrin qiymət və dəyərini bilirsənmi? Tükdən nazik min nöqtəyə bax, gör Allahın bəndəisən nəzərinin əndazəsi sənin ağıl tərəzində nə qədərdir? Bu onun miqdar və əndazəsini bilən bir kəs varmı?