06 Oktyabr 2020
Qılınc və qələm. Birincisi erməniyə, ikincisi İrana?

Əvvəl başladılar ki, İran Rusiyanın hərbi silah-sursatını Ermənistana daşıyır, Xuzistanda baş vermiş yanğın fotolarını paylaşıb dedilər ki, güya Təbriz camaatı Ermənistana gedən rus maşınını yandırıb. Başqa vaxt neçə il əvvəl cinayət etdiyi üçün həbs edilən bir türk əsilli İran vətəndaşının fotosunu yayıb dedilər ki, bu insan güya Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və müdafiə etdiyi üçün həbs edilib.
İran tərəfi isə birmənalı olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini bir daha qeyd etdi. Üstəlik Ali Dini Liderin Azərbaycan ərazilərində olan dörd nümayəndəsi (ruhanilər) bəyənat verib dedilər ki, biz Azərbaycanı dəstəkləyirik.
Maraqlısı budur ki, bir qrup media mənsubları Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərini yanlış başa düşüb, yaxud çirkin bir şəkildə təbliğ edirlər. Belə ki, dövlət qılıncını (silahını) Ermənistana tuşladığı bir dövrdə sionizm muzdurları qələmlərini İran əleyhinə çeviriblər.
Bu da açıqca onu göstərir ki, əslində bu simasızlar, sionist muzdurları Azərbaycan dövlətinin deyil, sionistlərin tərəfindədir. Dəqiq bilirik ki, sabah Azərbaycan hakimiyyətinin sionist İsraillə siyasi əlaqələri qırılsa bu insanlar öz qələmlərini Azərbaycanın əleyhinə çevirəcəklər. Çünki satqın insanlar üçün vətən sevgisi maraqlı deyil. Onlar üçün dövlət maraqları sionistlərin mətbəxində hazırlanan maraqlardan başqa bir şey deyil. Əgər belə olmasaydı bu simasızlar Azərbaycan dövlətinin siyasət xəttini əsas tutar, İranı dost, qardaş ölkə bilərdi və İranla vuruşmaq əvəzinə Ermnistan əleyhinə vuruşardılar.