Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2020

Ayətullah Xameneinin 10 yaşlı tərəfdarından sekulyar, “demokrat”, avropalı Makrona dərs

Ali Dini Rəhbər Ayətullah Xamenei Fransa gənclərinə kiçik bir məktub yollayıb. Orada diqqət çəkən bir cümlə Fransa prezidenti Makronun indiyədək etdiyi çıxışların hamısından dəyərlidir. Ayətullah Xamenei yazır: “Prezidentinizdən soruşun. İfadə azadlığı: Parlaq və müqəddəs simalara təhqir və söyüş deməkdirmi?” Bəli, təbii ki, hər bir müsəlmana görə Makron kimi yüz axmaq gəlsə Ayətullah Xameneinin atılan dırnaqı ola bilməz. Amma, biz burda çalışırıq ki, dünyəvi insanların, elə Makron kimilərin baxışı il məsələyə baxaq; Makron kimilərin nəzəriylə baxsaq belə, Ayətullah Xameneini Makronla müqayisə etmərik. Bəlkə o cənabın 10 yaşlı tərəfdarı olan bir uşaqla Makronun ağlını müqayisə edək, belə etsək görəcəyik ki, ağanın 10 yaşlı ardıcılı Makron və onun kimi gədələrə dərs verməyə qadirdir.

Belə ki, Ayətullah Xameneinin həmin fransalı gənclərə müraciətindən ölkə və ölkədən xaric milyonlarla insan xəbər tutdu. Bu insanlar arasında o cənabın 10 yaşlı tərəfdarı da var. Bu tərəfdar öz rəhbərindən nə öyrəndi? Parlaq və müqəddəs simalara təhqir və söyüş ifadə azadlığı ola bilməz. Makron isə hələ ki, bunu anlaya bilməyib. Çünki anlasaydı çıxıb deyərdi ki, bu həqarəti edən jurnal da, mən də başımdan böyük qələt edib bu işi görmüşük. Qələt etmişik, başımızı daşa döymüşük. Etməyib ki, bu işi? Üzür istəməyib ki? Deməli, hələ də bu cür səfehliyində qalıb. Amma Ayətullah Xameneinin 10 yaşlı tərəfdarı bilir ki, bu iş axmaqlıqdır. Deməli, 10 yaşlı tərəfdar Demokratiyanın beşiyi sayılan Fransa prezidentindən daha ağıllıdır.

Burada kimsə deyə bilər ki, Makron da əslində gözəl bilir ki, belə bir iş düzgün deyil, amma ölkəsində müsəlmanların sayının artmasından qorxub, bir növ siyasi manevr edib. Bu, lap pis. Çünki belədirsə biz görürük ki, siyasətə görə özünün inanmadığın bir məsələni gündəmə gətirmək, hiylə işlətmək, öz mənfəətinə görə minyonlarla insanın Peyğəmbərini (s) təhqir etmək də axmaqlığın bəlkə zirvəsidir. Bundan sonra 10 yaşlı həmin uşağın sorağına gedin. Görün o nə düşünür bu barədə.


2564 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP