09 Noyabr 2020
Qırın bir-birinizi, düşmənin sayı azalsın! (Ermənistanın İsraili hədələməsinə sözardı)

Çox gözəl, nə vaxta qədər düşmən iki müsəlman ölkəsini bir-birinə qırdıracaq? Qoy elə bu iki faşist-qaniçən, körpə qatili olan rejimlər bir-birini qırsın. Çünki Ermənistanda və İsraildə hazırda mövcud olan rejimlər təhlükəli və insanlıq üçün təhdid hesab edilən rejimdir.
Biz dəfələrlə qeyd etmişik ki, bu iki rejimin mahiyyəti eynidir. Hər iki rejim işğalçı, qaniçən, uşaq qatili bir rejimdir. Hər ikisi tezliklə məhv edilməlidir.
Düzdür, bu iki rejimin müharibəsi onları himayə edən Rusiya və ABŞ-ın müharibəsi deməkdir. Çünki hər iki rejim tarix boyu öz “ata”sının himayəsi sayəsində ayaqda alıb. Rusiya-ABŞ müharibəsi isə üçüncü dünya müharibəsi deməkdir. Amma, yenə də işğalçı, qaniçən, körpə qatili rejimlərin sayı nə qədər çox azalsa o qədər insanlığın xeyrinədir.
Allahın köməkliyi ilə Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad edir. Uzun illərin həsrəti sona yetmək üzrədir. Eyni qələbə və nailiyyəti də inşallah Hizbullahdan, Fələstin mücahidlərindən gözləyirik. Fələstin kimi Qarabağ da İslam torpağıdır. Qarabağ kimi Allah qoysa bir gün Fələstin də qarış-qarış zalım və işğalçı rejimdən geri alınacaq.