16 Noyabr 2020
Qarabağ razılaşması barədə bizim əsas mülahizələrimiz-Günün yazısı

Bu arada iranlılar üçün köklü bir sual ortaya çıxır: bu razılaşmanın bizim milli maraq və təhlükəsizliyimizə hansı təsiri olacaq?
Bu razılaşma və onun təsirləri haqda aşağıdakı məsələləri demək olar:
1. Qarabağ dedikdə, iki bölgədən söhbət gedir: biri Qarabağ vilayətidir və onun 4400 kv.km ərazisi vardır; digəri 7 şəhəri əhatə edən onun cənub, qərb və şərq əraziləridir və Dağlıq Qarabağ adlanır.
1990-cı illərdə SSRİ-nin parçalandığı günlərdə Ermənistan bu 7 şəhəri işğal etdi. Deməli, Dağlıq Qarabağ qəti olaraq Azərbaycanın torpağıdır və 30 il Ermənistanın işğalında qalmışdır. 10 noyabr Moskva razılaşması yalnız Dağlıq Qarabağla bağlıdır və Qarabağın özünə birbaşa aidiyyatı yoxdur. Dağlıq Qarabağın bəzi əraziləri Araz çayının sahilində yerləşir və İrana birləşibdir. Ona görə də bu bölgədə bütün hərəkətlərin İranın mill maraq və təhlükəsizliyinə təsiri vardır.
2. 10 maddəlik Qarabağ razılaşmasına əsasən, Azərbaycan Respublikası təkcə 45 günlük hücumda geri aldığı ərazilərə deyil, həm də Ağdam, Kəlbəcər, Laçın şəhərləri və Qazaxın kəndlərini də 1 dekabra kimi özünə ilhaq edəcək. Əlbəttə, bu, işğal edilmiş ərazilərin böyük hissəsinin Azərbaycana qayıtması mənasını daşıyır.
Digər önəmli məsələ də bundan ibarətdir ki, Azərbaycana Ermənistanın cənubunda 5 km enində koridor verilir və bu koridor Naxçıvanı Azərbaycana quru yol vasitəsilə birləşdirmək imkanı yaradır. Belə ki, koridor Ermənistan ərazisi kimi qalır və Rusiya FTX-nin Sərhəd Xidmətinin 1960 nəfərlik hərbi qüvvəsi ən azından 5 il müddətinə bu koridorda nəqliyyat əlaqəsinə nəzarət edəcək.
Digər bir koridor isə Qarabağın qərbində yerləşən Laçın rayonunda nəzərdə tutulub və koridor Ermənistanı Dağlıq Qarabağla birləşdirir.
Razılaşmada digər məsələlər də yer almışdır, ancaq onların bəzisi cüzi, bəzisi də tərəflərin qəbul etməsindən asılıdır, yəni qəti deyildir. Ümumi olaraq belə demək olar ki, bu uduş-uduzu olan bir razılaşmadır. Ermənistan onun mütləq şəkildə uduzan tərəfidir. Elə buna görə də onun Paşinyan tərəfindən imzalanmasından dərhal sonra İrəvanda və Ermənistanın digər bir neçə şəhərində bu ölkənin hökuməti əleyhinə geniş etiraz aksiyaları başladı.
3. Bu arada Moskvanın rolu çox əhəmiyyətli idi. Bundan əvvəl Rusiya Federasiyası Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurma yaranan kimi dərhal işə qarışır və onu dayandırırdı. Bu dəfə qabaqkından fərqli bir mövqe sərgilədi, belə ki, 1994-cü ildən 2020-ci ilədək baş vermiş 2 və 4 günlük döyüşlər 45 gün uzandı. Rusiya bu dəfə tələsik müdaxilə etmədi. Vladimr Putin tərəfləri atəşkəsə dəvət etməklə yanaşı dedi: “İndi döyüşlər Ermənistan ərazisində getmir. Əgər döyüşlər Qarabağa çəkilsə, onda başqa vəziyyət yaranacaq.”
Rusiyanın bu təxiri bəzi siyasi təhlilçilərin “Azərbaycan-Ermənistan arasında son döyüşlər qabaqkı qarşıdurmalardan fərqli olaraq bu dəfə Rusiyanın da maraqlarını təmin edir” kimi fikir yürütmələrinə səbəb oldu. Döyüşlərin getdiyi 45 gün ərzində tərəflər bir dəfə Vaşinqtonda müzakirələr apardılar, lakin bu danışıqlar nəticəsiz qaldı, nəhayət, 10 noyabrda Moskva son sözü döyüşlərə son nöqtə qoymaqla dedi.
Rusiya bu mərhələdə qərbi münaqişəyə müdaxilə etməkdən çəkindirdi, həqiqətdə Minsk qrupunun digər iki üzvünü –Fransa və Amerika– müzakirə masasından çıxardı, onların münaqişədə rol oynamasına mane oldu. Moskva Azərbaycan və Ermənistan arasında divar rolu almaqla, bölgədə öz hərbi hüzurunu təsbit etdi və məntəqə hadisələrinə təsir qoymaq üçün yeni təzyiq vasitəsi qazandı. Rusiyanın belə bir xas bölgədə hüzuru Türkiyənin hədəflərinə təsir qoyur və Ankaranı Moskva səmtinə getmək üçün əvvəlkindən daha çox sıxışdırır. Türkiyə çoxdan idi ki, Şərqə strateji baxışla Xəzər sularına çıxış əldə etmək istəyirdi və beləliklə, Xəzərin hər iki tərəfində Türkiyənin türk mənşəli xalqlarla tarixi birləşməsi yaranırdı. İndi isə bu dəhlizdən keçmək üçün Rusiya ilə razılaşmalıdır.
4. Türkiyə bu münaqişəyə hərbi müdaxilə etməklə və müharibədə açıqcasına Azərbaycana dəstək verməklə Türkiyənin şərq məntəqəsinin geopolitikasını öz xeyrinə dəyişməyə səy etdi. Ankara düşünürdü ki, Azərbaycan və Ermənistan arasında ixtilaflı ərazilər, xüsusən də Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə tamamlanacaq və Türkiyə müharibənin şəriki kimi Bakının bu ərazilərə hakimiyyətdən yararlanaraq Azərbaycanın qərbindən Naxçıvana kimi olan ərazilərdən faydalanacaq və Xəzər vasitəsilə türk mənşəli xalqları birləşdirə biləcək. Lakin düşündüyünün və ağır xərclərinin əksinə olaraq müharibə razılaşma yolu və Rusiyanın mehvər olması ilə bitdi, Azərbaycan təbii şəkildə Naxçıvana qovuşa bilmədi və Ermənistanın mülkiyyətində və Rusiyanın nəzarətində olan bir dəhlizdən istifadə etməyə məcbur qaldı. Bundan qabaq Azərbaycan və Naxçıvan İranın daxilindən keçən bir yol vasitəsilə birləşirdi. İndi bu yol Ermənistan ərazisindən keçəcək və dəhlizə nəzarətdə İranın yerini Rusiya alır.
Türkiyə Rusiya ilə münasibətlərindən istifadə edərək “sülhməramlı qrupda” özünə yer aça biləcəyinə ümid edir. Buna görə də Ankara iki gün əvvəl ruslarla müzakirəyə hazırlıq işləri görmək üçün Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı və Quru Qoşunların komandirini Bakıya göndərdi. Burada bir əsas sual yaranır: Rusiya təqribən 2000 nəfərlik bu qrupda Türkiyənin iştirakına icazə verəcəkmi? Diqqət etmək lazımdır ki, Ərdoğan Türkiyəsinin Suriyada təkfirçi terrorçularla əməkdaşlıq etdiyinə görə Putin Rusiyası ona güvənmir. Rusiya terrorçu qruplardan zərər çəkə biləcəyini nəzərə almaqla bu məsələyə çox həssas yanaşır.
5. İranın vəziyyəti bu münaqişədə və onun ardınca yaranmış razılaşmada bir qədər həssasdır, lakin eyni halda İran bu bölgədə baş verən hadisələri idarə etmək üçün bir çox hüquqi və siyasi haqlara malikdir.
İranın Qarabağ münaqişəsinə mövqei aydındır. Biz həmişə Qarabağ böhranının iki şimal qonşumuz arasında müzakirə olunmasını mümkün bilmişik, eyni halda Dağlıq Qarabağın Azərbaycana aid olduğunu deyirik və bunu açıq-aşkar bildirmişik. Necə ki, Ali Məqamlı Rəhbər 17 rəbiul-əvvəldə İslam Peyğəmbərinin (s) mövlud günü bu məsələni açıqcasına elan etdi. Biz həm də iki ölkə arasında ixtilafların müharibə yolu ilə həllinin tərəfdarı olmamışıq. Çünki müharibəni bölgənin bütün ölkələrinin təhlükəsizliyinin zərərinə bilirik.
Biz ölkəmizin şimalında bir bölgənin parçalanmasına da qarşıyıq. Bu müharibədə Azərbaycanın yanında idik, eyni zamanda döyüşlərin şölələnməsini də qəbul etmirdik. Bu səbəbdən hər iki tərəfə, yaxud bir tərəfə hərbi dəstək verməkdən çəkindik.
Moskva, Bakı və İrəvan arasında razılaşmaya İran dəstək verir və demək olar ki, bizim mövqeimizin prinsipləri ilə uyğundur. Eyni zamanda üç mövzu: Rusiya hərbi qüvvələrinin bölgədə uzunmüddətli hüzuru; Naxçıvan-Azərbaycan koridorunun necə yerləşməsi; bu koridorun idarə və ona nəzarətinin forması üzərində mülahizələrimiz vardır.
Bizim vurğulanan məsələyə dəlilimiz budur ki, münaqişəli bölgə (Dağlıq Qarabağ) İranın sərhədlərində yerləşir və hər növ təhlükəsizlik düzümü və geopolitik hadisə İranın təhlükəsizlik və maraqlarına təsir qoyur. Eyni səbəbdən, bizim bu təhlükəsizlik düzümündə hüzurumuz vacibdir və hərbi qüvvələrimiz bu koridorun təhlükəsizlik düzümündə iştirak etməlidir. Digər tərəfdən biz son illərdə bölgədə terrorçularla açıq-aşkar əməkdaşlıq etmiş və etməkdə olan bəzi ölkələrin sui-istifadəsindən narahatıq. Bu koridor yalnız Azərbaycan və Naxçıvan arasında olmalıdır, üçüncü ölkənin ondan istifadəsi Ermənistanın razılığı ilə formalaşmalı, habelə həmin ölkə bu koridorun təhlükəsizlik düzümünün bir hissəsi olmamalıdır. Terrorçuların bizim şimal sərhədlərimizə nüfuz etməsinin mümkün olduğundan biz bu məsələyə laqeyd qala bilmərik. Bir sıra məsələlərin 10 maddəlik Moskva razılaşmasında yer almamasına və mübahisə üçün açıq qalmasına diqqət etməklə, biz razılaşma tərəfləri ilə əlaqə saxlayaraq öz narahatlığımızı çatdırmalı və onu aradan qaldırmalıyıq. Bu narahatlıqlar İran, Rusiya, Azərbaycan və Ermənistan arasında həll olmalıdır.
İran Ermənistan kimi mühüm ölkə ilə qonşuluğa təkid edir. Bu əsasla, Naxçıvan-Azərbaycan əlaqə dəhlizi elə işlənməlidir ki, bizim Ermənistanla qonşuluğumuzda problem yaranmasın. Bizə məlumdur ki, bu koridor Ermənistan ərazisinin bir hissəsidir və onun hakimiyyəti altında qalır, yüklərin quru yolla Ermənistandan İrana və İrandan Ermənistana tranziti qayda üzrə heç bir problemlə üzləşmir. Lakin bu məsələnin bir sıra siyasətlərin təsiri altına düşə biləcəyinə diqqət etməklə ona təkid olunur, yazılı razılaşmalarda və ən yüksək səviyyədə bunu vurğulamaq gərəkdir.
Sədullah Zarei