29 İyun 2014

Oxucu məktubu: Bir dissertasiya mövzusu!

Salam və hər vaxtınız xeyirli olsun. Məqaləni (Dini cameəmizin din qədər gərəkli dil ehtiyacı / http://www.nur-az.com/az/articles/view/198/8) vaxtından gec mütaliə etdiyimə görə təəssüflənsəm də bu barədə olan yazılara çoxdan ehtiyac olduğunu sanıram və ümid edirəm ki, özünüzün qeyd etdiyiniz kimi, "ağır maddi durumu yüngülləşdirmək üçün" tərcüməyə əl atanlar bu məqaləni oxuyublar. Yazı məni qeyd olunan terminlər barədə bir daha düşünməyə və daha artıq tədqiqə vadar etdi. Ümumi məlumatlarımı oxucuların da diqqətinə çatdırmağı özümə borc bildim.

Biz insanlar ümumi halda ideologiyanı dinlə eyni hesab edirik. Əlbəttə bəzi fərqləri və geniş mənaları nəzərə almamaq şərtilə hər bir din insanın ideologiasını formalaşdırdığını da unutmamalıyıq. Amma bu iki sözün ortaqlıqlarını nəzərə almaqla onu demək olar ki, lüğətə müraciət edərkən din sözünün belə mənalandırıldığını müşahidə edirik: Din sözü lüğətdə – tabeçilik, təslim olsa da, terminoloji cəhətdən bir sıra etiqadlar, etikalar və qanunlar toplusuna deyilir və bu toplu insanların tərbiyələndirilməsi və cəmiyyətin idarəsi üçündür.
Amma fars dilində fərhəng sözü iki hissədən təşkil olunub, yəni "fər" və "əng". "Fər" - əzəmət və ucalıq deməkdir. Bu söz ön şəkilçi kimi işləndiyi halda "irəli", "ön" və "xaric" mənasını verir. "Əng" isə Avesta mənşəli olub "çəkmək", "ağırlıq" və "vüqar" mənasını ifadə edir. Bu iki sözün birləşməsindən yaranmış fərhəng sözü isə bayıra (xaricə) çəkmək, yuxarıya dartmaq və dartmaq deməkdir.
Onu da qeyd edək ki, fərhəng sözünü müxtəlif məqamlarda müxtəlif mənalarda da istifadə edirlər. Əlbəttə, tarixi zamanların da bu sözə təsiri çox olmuşdur. Məsələn, bu söz zaman boyunca ədəb, tərbiyə, mərifət, adət-ənənə və tərbiyələr toplusu, məktəb və ideologiya mənalarını buna misal göstərmək mümkündür. Azərbaycan dilinə tərcümə olunduqda isə "mədəniyyət" kimi səsləndirilir.
Sosioloqların nəzəriyyələrinə əsasən, "fərhəng" ictimai rəftarlarda özünü göstərən ümumi təfəkkürdür və bütün ictimai, siyasi, hərbi, maddi və mənəvi aspektləri əhatə edir.
Beləliklə "din" yaxud "ideologiya" və "mədəniyyət" (fərhəng) dedikdə isə bu iki söz arasında məna baxımından qırılmaz bağlılıq açıq-aşkar hiss olunur.
Fars dilində mövcud olan "təhacome fərhəngi", "cənge nərm" və bu kimi terminlər bəlkə də ilk baxışdan hərfi tərcümə olunsa da, məncə çox dərin mənalı terminlərdir və xüsusda demək olar ki, bir dissertasiya mövzusu da ola bilər. Amma bizim fikrimizcə (bu sahədə heç bir ixtisası olmayan adi bir vətəndaş kimi) تهاجم فرهنگی mədəniyyətə hücum deyil, sırf təfəkkürə hücum, mənəvi hücum, (mozqovoy ştrum), insanların vücuduna olan hücumdur. Həmçinin sözün əsl mənasında fikri mübarizə deməkdir.

Hörmətlə: Mətin
nur-az


6698 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP