04 Fevral 2021

Müsəlman xalqın Səlim Müslimov kimi məmuru necə olur?

«Xalqı soyanlar» silsiləsindən – SƏLİM MÜSLÜMOV

Biz də bu xalqın bir parçasıyıq və xalqa canımız yandığı üçün tez-tez onları xəbərdar edirik. Hərdən qəzəblənib deyirik ki, bu cür xalqa nə olursa əcəb olur. Bu xalq bundan daha betərini haqq edir. Belə baxanda yalan da deyil. Çünki doğrudan da istər dini prizmadan olsun, istərsə də dünyəvi meyarlarla baxsaq bir xalq zülmkar xalq olmasa zülmkar adamlar gəlib onun başına minə bilməz. Öz-özümüzə sual verməliyik ki, necə olur ki, müsəlman xalqa Səlim Müslümov kimi namüsəlmanlar gəlib məmur olur? 

Adamın xəbəri çıxıb ki, həbs edilib. Düşünməyin ki, hakimiyyət burada xalqa canı yandığı üçün onu həbs edib. Xeyr, o, zalım hakimiyyətin bir parçasıdır, akulalar arasında kilkə balığıdır. Yuxarılar onu vaxtilə nəyi var mal kimi sağıblar. Çünki Azərbaycanda bir məmur rüşvət alırsa, bundan yüz faiz yuxarıların, onu məmur edənlərin xəbəri var. Xəbərləri yoxdursa deməli fil qulağında yatıblar. Yatandırlarsa cəhənnəm olub gedib yataqxanada işləsinlər, onların hakimiyyətdə nə azarı var? Yox əgər xəbərləri olubsa heç nə etməyiblərsə deməli onun bütün korrupsionerliyindən xəbərləri olub. Çünki sistem bu cürdür: sən borc-xərc edib rüşvət verib məmur olursan, sonra yan-yörəvə rüşvət alıb öz adamlarını qoyursan. Əl-ələ verib bədbəxt milləti soyub-talayırsız. Xalqı soyanda aldıqları pulları yuxarılara da ötürürlər. Daha sonra nə olur, nə dava düşür, necə olursa sağmal inəyi başqası əvəz etməli olur. Bu məmuru qovub başqa rüşvətxor tapılmalı olur. Bununla da yuxarılar həm özlərini xalqın gözündə yaxşı edirlər, həm də xalqın var-yoxunu talayırlar. Xalq da quzu balası kimi yalançılara, akula talançılara aldanır və başlayır həqiqi talançıları tərifləyir ki, baxın, filankəs bizdən soyurdu, onu qovdular. Daha demir ki, qovanlar ondan “yaxşı” soyğunçu tapdıqları üçün onu təpikləyib atıblar. O birisi gəlib bundan daha çox soyub talayacaq.

Rüşvət halı Azərbaycanda elə bir həddə çatıb ki, yığıb-yığışdırmaq mümkün deyil. Bu hakimiyyəti xalq əlbir olub öz boynundan tez bir zamanda düşürməlidir. Yoxsa xalqın vəziyyəti bundan daha pis olacaq. Xalq isə təəssüf ki, yatmağa davam edir.


573 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP