Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2021

Ramiz Mehdiyev həmişə xəyanət edib? 25 ildir xəyanət edir?

Edibsə niyə hələ də AMEA prezidentidir?

YAP üzvü, sabiq deputat, GÖZGİRƏN Alqış Musayev Ramiz Mehdiyevin haqqında güya sensasion sözlər deyib. Eyb etməz, qoy bir-birini qırsınlar. Bunların sayı nə qədər azalsa, bir-birinin zibillərini nə qədər çox açıb-töksələr xalqın bir o qədər çox xeyrinədir. Xalq da ki, maşallah qış yuxusundadır.

Bunlar bir məsələni anlamır ki, eyni partiya və hakimiyyətdə təmsil olunduqları halda bir-birinin zibilinin üstünü açmaqla əslində öz partiyalarını ifşa edirlər. Bunların hər zibili təmsil etdikləri partiya və hakimiyyətin güzgüsüdür.

Təbii ki, Alqış Musayev hazırda hakimiyyətin alqışını qazanmaq üçün bu cür danışır. Onun “duxu” çatırdısa Ramiz Mehdiyev əvvəlki vəzifəsində olanda bu cür danışardı. Danışa bilməzdi axı. Çünki onun PA rəhbəri haqqında demiş olduğu sözlər birbaşa yaltaqlandığı şəxslərə dəyəcəkdi. Bax, elə mühüm situasiya da burdadır. Deməli Alqış deyir ki, Ramiz Mehdiyevdən cəmiyyətimiz, dövlətimiz həmişə pislik, xəyanət görüb. 37-ci il repressiyaları necə həyata keçirilib? O zaman insanlar “kim günahkardır” prinsipi ilə cəzalandırılmırdı. Əsas prinsip o idi ki, kimlərdən komminist rejiminə, sistemə, yerli bolşevik liderlərinə təhlükə gələ bilər? Bu prinsipə tuş gələn bütün və hər cür potensial sahibləri məhv edilirdi, aradan götürülürdü. Ramiz Mehdiyev isə 37-ci il repressiyasını başqa formada tətbiq edib, o, dövlət, sistem təəssübkeşliyini kənara qoyub, onun özünə qarşı kimlərdən təhlükə yarana bilər onları özünün düşməni hesab edib. Onun qara niyyətlərinə hansı mənbələrdən işıq düşüb, o yerləri qapadıb. Nəticədə Azərbaycanın mənəvi, əxlaqı, ideoloji mühiti erməni işğalından azad edilmiş ərazilərimizdəki xarabalıqların gününə düşüb. Buna görə də o, müsbət iş görmək istəsə belə, alınmayacaq. Çünki hakim ictimai rəy bu qənaətdədir ki, Mehdiyev ancaq pisliklər etməyin mahir bilicisidir.

Deməli, adam 8 il Heydər Əliyevin vaxtında olmaqla ümumi olaraq 24 ildir PA rəhbəri vəzifəsində çalışıb. Nə qədər ki, vəzifəsindən vurulmamışdı, onun əleyhinə indi danışan Alqış müəllim ağzına su alıb susmuşdu. Deyək ki, qorxurdu, axı, özü etiraf edir ki, kimlər Mehdiyevin qaranlıq həyatına işıq salıbsa onları Mehdiyev işıq üzünə həsrət qoyub. Bunu anladıq, bəs yaxşı nə üçün Alqış müəllim 95-ci ildən Mehdiyevi xalqa müsəllət edən bir partiyada hələ də qalıb. Nə üçün Mehdiyevi baş edib xalqın başına mindirən bir hakimiyyəti tərif edir?

Bu cür rəzil insanların, GÖZƏGİRƏNLƏRİN “yaxşı” bir adəti də var. Özlərinin həyat qarantı olsun deyə, Ramiz Mehdiyev kimiləri pisləmək istəyəndə birinci onları qaban boyda edən hakimiyyət başında oturanlara nəyi var GÖZƏGİRƏNLİK edirlər, sonra başlayıb deyirlər ki, Mehdiyev həmişə xalqa qənim kəsilib. Həmişə, nə vaxt? Yəni, PA-a rəhbər gələndən? 25 ildir adam xalqın başına minirsə siz niyə ölüb yerə girməmisiz indiyədək? Sizin kimi trolların bir zərrə vicdanı olsaydı YAP-dan çoxdan imtina edərdi. Odur ki, xalqa nağıl danışmayın, gedib o tərəfdə oynayın.


385 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP