20 İyun 2021
Salam olsun İbrahimə!

Bütün dünyanın gözü İranda keçirilən 13- prezident seçkilərində idi – desək yanılmarıq. Dostun da düşmənin də bu seçkilərdən umacağı var idi. Dost istəyir ki, hər zaman bu ölkənin nəinki prezidentlik postunda, ümumiyyətlə bütün postlarında allahpərəst, tovhid əhli, İmam Zamanın (ə.f) zühuru üçün iş görən insanlar iş başına gətirilsin. Düşmən isə bunun tam əksini arzu edir, prezidentlik postuna da ona sərf edən kiminsənin gəlməsini daim arzulayır.
İranda isə növbəti prezident Cənab İbrahim Rəisi oldu. Elə gözlənilən də o idi. Belə demək mümkündürsə onun seçiləcəyi o qədər açıq-aşkar idi ki, heç oturub nəticələri gözləməyə, dinləməyə ehtiyac yox idi. Rəqiblərindən böyük sasçoxluğu ilə qabağa keçməsi və qalib olması bunun əyani sübutudur.
Dünyada əksər ölkələr bir-birinin dostu (siyasət dostu belə olsa) olduğu üçün hər dövlətin marağındadır ki, onun dostu olan ölkədə (hətta düşməni olan ölkədə) kim prezident olacaq. Düzdür, dünya siyasətində mühüm olan şəxslər yox postlardır. Misal üçün bu gün hanısa ölkə başçısı İranın yeni prezidentini təbrik edirsə, onun üçün prezident postuna oturan şəxs daha mühümdür. Onun yerinə sabah başqası otursa onu da təbrik edəcək. Amma, bəzən dost dövlətlərin arzuladığı şəxslər bu posta yiyələnəndə daha çox arzuedilən olur. Bu cür dostlar həm prezident postuna seçilmiş şəxsi təbrik edir, həm də İbrahim Rəisini.
Cənab İbrahimi – iranlıların diliylə desək, yeni İranın rəise-cümhuru (prezidenti) olan Rəisini xüsusi tanıtmağa ehtiyac yoxdur. Burada diqqət çəkmək istədiyimiz məsələ budur ki, İranın (İslamın, şiənin) dostları İran xalqının bu seçimindən məmnun, düşmənlər isə pərişan qaldı. İran xalqı müsəlman, şiə xalqdır, təbii ki, digər müsəlman xalqlar kimi xüsusiylə Azərbaycan xalqını da bu məsələ düşündürməli idi. Nəzərə almaq lazımdır ki, prezident postu ölkədə birinci post olmasa da Ali Məqamlı Dini Liderdən sonra birinci ən üstün post hesab edilir. Ona görə də Ali Dini Liderlə bir olub ölkənin, müsəlman xalqın, şiənin, dünya məzlumlarının halına yanmaq nöqteyi nəzərindən bu seçkilərdə arzulanan şəxsin seçilməsi inanc əhlinin marağında olan bir məsələ idi.
Sosial şəbəkələrdə qarşıya çıxan şəkillərdən biri də bir neçə əziz seyyidin rəsmlərinin yanaşı qoyulduğu fotodur. Seyyid Əli Sistani, İmam Xomeyni, Seyyid Əli Xamenei, Seyyid Həsən Nəsrullah, Seyyid İbrahim Rəisi və Seyyid əl-Husi... Allah İmam Xomeyniyə rəhmət eləsin, yerdə qalan əzizlərə bərəkət dolu ömür versin.
Bəli, bu insanların artıq adları gələndə məlum olur ki, söhbət İslam düşmənlərinin kabusuna çevrilən müqavimət cəbhəsindən gəlir. İran İslam Respublikası, Həşdi-Şəbi, Hizbullah, Ənsarullah və digər müqavimətçilər onsuz da ABŞ, İsrail, Ali Səud və onların havadarlarına geniş dünyanı dar etmişdi, bu müqavimətçilərə biri də əlavə edildi. Yazılanlara görə sionist rejim yaman narahat idi ki, İbrahim Rəisi seçilsə düşmənlərə qarşı təzyiq və İslami qətiyyət daha da artacaq.
Biz isə Allahdan bütün məzlumlara, xüsusiylə müsəlmanlara, şiələrə Allahdan qələbə, uğur, müvəffəqiyyət, İmam Zamanın (ə.f) ordusunda əsgr olmağı arzu edirik. Allahın Quranda (“Saffat” sursinin 109-cu ayəsində) buyurduğu kimi; Salam olsun İbrahimə! Həzrət İbrahimin (ə) timsalında dünya bütlərini aşırdan bütün tövhid əhlinə salam olsun! İmam Zamana (ə.f) salam olsun!