26 İyul 2021

Rədd olub gedin Amerikada yaşayın...

Bir balaca İranı kimsə tərifləyəndə deyirlər ki, madam İran yaxşıdır, rədd olub gedin İranda yaşayın. Daha Azərbaycanın havasını niyə boş-boşuna udursunuz və çörəyindən kəsib suyundan içirsiz? Əlbəttə, Azərbaycanda İranı tərifləmək çətindir. Çünki bir yandan sionist tulaları, digər yandan nəvələrinə ulamaq öyrədən pantürklər, o biri tərəfdən də dindarları agent hesab edən hakimiyyət nümayəndələri mövcuddur. Deməli, belə bir vəziyyətdə İranı tərifləyən insan uzaq başı başı bəlaya girməsin deyə olan şeyi deyəcək. Misal üçün deyəcək ki, İran texnika və tibb sahəsində qabaqcıl ölkələr sırasındadır. Düzdür, buna da bir şəbədə qoşacaqlar, deyəcəklər ki, İranda həmyerlilərimizi raketlə vururlar, qoymurlar ki, öz dillərində tibb oxuyub həkimdən-məkimdən olsun. Bu, öz yerində.

Amma, mənə maraqlıdır ki, nə üçün eyni kobudluğu Amerikanı tərifləyənlərə qarşı etmirlər. Misal üçün əgər Azərbaycan hakimiyyəti ruspərəstdirsə müxalifətdə olan bəziləri də avropapərəstdir, lap elə türklər demişkən Amerikan “uşağı”dılar (uşaq burada kölə mənasında.)

Özü də bunların birinin ağzını yumursan o biri çığırır. Bundan qabaq Zamin Hacı səsini başına atmışdı ki, ay Amerika demokratdır, elədir-belədir, Rusiyaya qalsa dünyanı zülm ağuşa alacaqdı. İndi də Tofiq Yaqublu eyni ssenari üzrə Amerikanı demorkatik hesab edir, əvəzində Rusiyanı diktator bilir. Qeyd edir ki, Amerika olmasaydı dünyada Rusiya meydan sulayacaqdı.

Azərbaycana Tofiq Yaqublu kimi oğullar doğrudan da gərəkdir. Necə deyərlər igidi öldür amma haqqını yemə. Bizim Tofiq Yaqublunu öldürmək kimi bir fikrimiz yoxdur, amma adam insafsızlıq edib dünyada milyonlarla insanın günahsız yerə ölməsinə səbəb olan Amerika haqqında təriflər yağdıranda adamın yıxılıb ölməyi gəlir. Görün nələr deyir: “Bu gün bəşəriyyətin ilk demokratik dövlətinin, məhz demokratik idarəçilik sayəsində dünyanın ən qüdrətli iqtisadi və hərbi gücünə çevrilmiş ABŞ dövlətinin yarandığı gündür. Dünyada heç bir dövlət ABŞ qədər dünyadakı demokratik proseslərə açıq və güclü dəstək verməyib, işğalçılara qarşı vuruşmayıb...” Zalım oğlu, elə bil dünyada heç kim ABŞ-ı tanımır. Təkcə Google-də Amerikanın cinayətlərini dünyanın istənilən dilində yazsan Tofiq Yaqublunun başındakı tükün sayı qədər məlumat ələ gələr. Adam isə məzlumların gözünün içinə baxa-baxa yalan danışır. Sonra deyir ki, ABŞ olmasaydı, dünyada Putin kimi diktator hakim olardı. Dünyanın halı dəhşət olardı. Sonra deyir ki, Azərbaycanda ABŞ-ı sevməyənlər var, amma onlar üçün imkan ələ düşsəydi ABŞ-da yaşamağı istəyərdi. Deməli, Tofiq bəyin sözündən belə çıxır ki, ölkələri işğal edən, müsəlmanları qıran, soyuq müharibələr edən, şəhərlərə atom bombası atıb viran qoyan, işğalçılıq üzərində qurulan, ölkələrdə çevriliş edib öz hakimiyyətini quran, dövlətlərə silah satıb pulunu sovuran, işğalçı sionistləri dəstəkəyən bir sözlə bütün alçaqlıqlara əl atan bu qaniçən dövlət demokratik dövlətdir. Bu cür bir alçaq rejimi tərifləyən hər kim olursa olsun o da vicdanını itirən bir insandır. Sən, ölkəndə insanlara vicdan dərsi keçə bilərsən, amma alçaqlığı, əxlaqsızlığı yayan bir dövləti tərifləyirsənsə sən də vicdansızsan.

Kimsə gedib Amerikada yaşaya bilər, çünki Amerika öz ölkəsində demokratiya yaratmağa çalışır (?!) Hansıki elə ABŞ-da yaşayan qaradərililər də bəlkə dünyada öz polisindıən əziyyət çəkən, öz polisi tərəfindən öldürülən yeganə insanlardır. Ona qalsa şəxsən sənin də Sovet höküməti üçün burnunun ucu göynəyir, amma o da işğalçı idi. Sözümüzün canı budur ki, İranı tərifləyənlər rədd olub gedib İranda yaşamalıdırsa onda bu söz Amerikanı tərifləyənlər üçün də keçərli olmalıdır.


359 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP