02 Oktyabr 2021

İsrailin ölkəmizdəki agent şəbəkəsi silsiləsindən - Yeni Müsavat qəzeti

3-cü yazı

Yeni Müsavat qəzetinin rəhbərliyinin xüsusi olaraq tanıtımına ehtiyac yoxdur. Bizim şəxsi olaraq Rauf Arifoğlu ilə heç bir problemimiz yoxdur. Onun bu xalqa lap elə Heydər Əliyev dönəmindən ümidlər verməsi, xalqın qəhrəmanları sırasında olduğu halda sonradan satılıb iqtidar mediasına çevrilməsi də artıq indilərdə heç kimin vecinə deyil. Onun haqqında uzun-uzadı danışmaq da mənasızdır. Təkcə bir söz demək istəsək, onu da xalq onsuz da Arifoğluya deyib. Bəli, bəli, nə çox nə az cəmisi bir kəlmə: SATQIN
Amma, gələk onun İsrailin ölkəmizdəki agent şəbəkəsinin bir həlqəsi olan Müsavat qəzetinə. Bu qəzetin reytinqini artıran nədir bilirsiz? Bütün günü İranın əleyhinə ağız açıb bağlamaq. Neçə gündür ki, İran əleyhinə bir sürü İsrail muzdurunu dəvət edib danışdırırlar. İsrail köpəkləri də Güney Azərbaycan, turan-muran şüarları ilə köpək olduqlarını gizlətməyə çalışırlar. Ölün ki, türkçülüyü də İsrailin ayaqları altına atmısız.

Doğrudan da elə Seyid Həsən Amili demişkən şirin quyruğu ilə oynayırlar. Yeni Müsavat qəzetinə, lap elə şəxsən onun satqın rəhbərliyinə nə var ki, sabah İranla müharibə başlasa (əlbəttə, Azərbaycanda ancaq ağıldan kəm adamlar bu müharibəni ehtimal edə bilər) bu satqınlar yenə də ikinci Qarabağ müharibəsində olduğu kimi qaçıb öz deşiklərinə girəcəklər. Olan yenə yazıq yetimin balasına olacaq.

Təbii ki, Yeni Müsavat qəzetini bir yandan qınamaq olmur. Niyə görə? Ona görə ki, Azərbaycanda cəmisi iki ən böyük problem mövcuddur. Biri daxili, digəri də xarici vəziyyət. Daxili vəziyyətə gələndə Yeni Müsavatın dəbdəbəli ofisi var, hərdən birdən işçiləri də hakimiyyətdən ev alırlar. Üstə gələk İsrail səfirliyi də qabaqlarına yaldan maldan atır. Ona görə də daxildə kim ölür, kim qalır bunların vecinə deyil. Bədbəxtlər İrandakı 30 milyonluq azərbaycanlıdan danışırlar, öz ölkələrinin 2-3 milyon azərbaycanlısı Avropa ölkələrində, Rusiyada piştaxta dalında kartoşka satır. Türkiyədə nə qədər azərbaycanlı qızların barlarda pul qazandıqlarını bar bar bağırırlar. Siz azərbaycanlı dərdi çəkən alçaqlarsınızsa bunlardan bir dəfə danışın da. Danışmazsız, çünki İsraildən aldığınız tulapayılarının müqabilində gərək İrana yaxşı hürəsiniz.

Bizim İranla davası olanlar ilə işimiz yoxdur. Amma, şiəliyin bu dəqiqə hər tərəfdən basqılara məruz qalması da hamıya bəllidir. Bir yandan Ərdoğan şiəliyin təhlükəli olmasından danışır, digər yandan Amerika köpəyi Ali Səud şiə əleyhinə gecə gündüz danışır. O biri tərəfdən İsrail şiəliyi aradan aparmaq istəyir. Müsavat qəzeti də hansı dərədə dürədə şiəyə hürən köpək varsa yığıb tökür studiyasına başlayırlar hürüşməyə.

Türkiyə, Ali Səud və İsrailin nəyinə lazımdır ki, onların Allahındandır ki, Azərbaycan ilə İranın arası dəysin. Onlar da oturub qıraqdan qızışdırsın, silahını satsın. Müsavatçılar da güya peşə borclarını yerinə yetirirlərmiş kimi bütün günü İranın əleyhinə hürürlər. Budur Sizin dövlətçilik anlayışınız? Niyə özgələrinin maşası olmağı özünüzə şərəf bilirsiz?

Azərbaycan dövlətinin İran dövləti ilə dostluq, qardaşlıq münasibətləri mövcuddur. Niyə xələl gətirirsiz.
Ona görə də düşünürük ki, Yeni Müsavat qəzeti üçün bir ölçü götürülməli, araşdırılmalıdır ki, hansı ölkənin xüsusi xidmət orqanlarına çalışırlar. Onda onların İsrailin ölkəmizdəki agent şəbəkəsinin bir həlqəsi olduqları üzə çıxacaq.


469 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP