11 Oktyabr 2021

ABŞ maşalarının ürəkdə qalan arzuları, Həzrət Hüseyn (ə) və Həzrət Zeynəb (ə) düşmənlərinin aqibəti

Ötən əsrin 80-cı ilində İraq diktatoru Səddamın dediyi sərsəm bir sözü 30 il sonra Türkiyə diktatoru Ərdoğan da təkrarladı. Ya da cümləni belə quraq: Səddamın yuxuda gördüyü darını Ərdoğan da görməyə başladı. İkisinin də arzusu ürəyində qaldı. Allahın köməkliyi ilə bundan sonra da qalacaq.

Hər ikisi Amerikanın regionda maşası kimi tanınır. Səddam məhv olub getdi, amma Ərdoğan nədənsə ibrət almır. Nə qədər ki, boynuna ip keçirtməyiblər, iplənənlərdən ibrət almalıdır. Düzdür, Ərdoğanın oxuyub əməl etmədiyi Quranda Səddamın aqibəti yazılmasa da ondan betər diktatorların aqibəti barədə məlumatlar var. Əgər, həmin diktatorların aqibətlərini gözləri ilə görmədiyi üçün Qurana iman gətirib inanmırsa gözüylə gördüyü Səddamdan ibrət alsın.

Nə idi Səddamın dediyi söz?

Səddam İranda İslam İnqilabı qələbə çalan vaxtda İran əleyhinə Amerikanın tulalığını etməyə başladı. Müsahibə verib demişdi ki, bir həftə sonra Tehrandan müsahibə verəcəm. Amma, bir həftə bir ay oldu, bir ay beş ayı keçdi, beş ay bir ilə çatdı. Hər dəfə həftələr ay, aylar il olduqca Səddamı tər basır, pomidor kimi qıpqırmızı olurdu. Vaxt gəldi İranla müharibə edən bu Amerika maşasının arxasından Amerika başda olmaqla bütün supergüclər çəkildilər. 8 illik müharibəni rüsvayçılıqla başa vuran bu axmaq Tehran bir yana qalsın heç İraqla həmsərhəd olan İran ərazilərində Allahın bir "ştuçnu siqaret" satılan butkaya belə sahib ola bilmədi. Axırı da məlumdur. Nizami Gəncəvinin əsərindəki sahibinə xəyanət edən it kimi asıldı. Kərbəla hərəminin dağıdılmasını əmr edən bu alçaq köpək axırda hədisdə deyildiyi kimi qotur tutub cəhənnəmə getdi.

İmam Hüseyn (ə) düşməni olan alçaq Səddam kimi başqa bir İmam Hüseyn (ə) düşməni də var. O isə Kərbəlaya hücum edib İmam Hüseyn (ə) hərəmini dağıtmağa cürət etməsə də Xanım Zeynəb (ə) düşməni kimi tanınır ya da ən azından bundan sonra belə tanınmalıdır. Onun da Səddam kimi bir çıxışı var. Suriyaya Amerikanın maşası ünvanında daxil olanda demişdi ki, Əməvi (Yezid) camisində namaz qılacağıq. On ildir ki, onun da arzusu ürəyində qaldı. İnşallah bundan sonra da Xanım Zeynəb (ə) müqavimətçilərinin vasitəsilə arzuları ürəklərində qalacaq.

Ərdoğanın Xanım Zeynəb (ə) düşməni olması üç cəhətdən məlumdur. Birincisi, İmam Əli (ə) şiələrinin qatı düşmənidir, şiələri görən gözü yoxdur. İkincisi, dünyada şiəliyin yayılmasını təhlükəli bilir və onları fetöçülərdən daha pis hesab edir. Üçüncüsü, Suriyada Xanım Zeynəb (ə) müdafiəçilərinin qanına susayıb. Bunlar bir yana, ağzı sulana sualana Şamda Əməvi camisində namaz qılacağını dediyi halda bir dəfə ağzından çıxmayıb desin ki, Xanım Zeynəbi (ə) ziyarət edib dualar edəcək, məzlumiyyətinə ağlayacayıq. Bəli, bu adam əqidə etibarilə Əməvi şahı lənətlik Müaviyəni özünün dayısı hesab edir, amma Xanım Zeynəbə (ə) bir Peyğəmbər (s) balası kimi sünnülərin də ehtiram eydiyi bir halda Ərdoğan düşmənçiliyini açıq şəkildə büruzə verir.

Belə getsə Ərdoğanı da Səddamın aqibəti gözləyir. Onu da istifadə edəndən sonra Amerika lazımsız bir əşya kimi layiq olduğu yerə yollayacaq.


364 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP