15 Oktyabr 2021

Ermənistanla səhifə çevirib çaxır içsəniz şəhidlərin qanı necə olacaq?

Ötən il iyul ayının 21-də İlham Əliyev İranı sərt şəkildə tənqid etmişdi. Həmişə olduğu kimi İranın adını çəkməsə də demişdi ki, ermənilər məscidlərdə donuzlar saxlayır, oranı murdarlayır, dağıdır, viran qoyurlar. Bu cür bir dövlətlə necə dostluq etmək, əlaqələr qurmaq olar? Halbuki bu sözləri deyən vaxtlarda Azərbaycanda məscidlər bağlı qalırdı. Əlbəttə, məlum olur ki, söhbət məsciddən gedirsə deməli hansısa müsəlman ölkəsini qınayırdı. Müsəlman ölkəsi deyilərkən regionda iki dövlət ağla gəlir ki, biri Türkiyə, digəri İrandır. Azərbaycanda sionist mediası meydan suladığı və Türkiyənin də ABŞ-ın nökəri olduğu üçün məlum olur ki, söhbət ondan getmir. Zatən, ölkədə sionist mediası pantürkləri İranın əleyhinə qızışdırır, Türkiyəni Azərbaycanın dostu kimi qələmə verir. 44 günlük ana vətən müharibəsində Türkiyə də öz mənfəətinə görə Azərbaycanın yanında oldu. Geriyə qaldı İran. İlham Əliyev açıq aşkar İranın adını çəkməsə də kimi nəzərdə tutması məlum idi. Amma, təəssüfləndirici məqam isə ondan ibarətdir ki, bir neçə gün bundan qabaq müsahibə verib deyib ki, biz səhifəni çevirib Ermənistan ilə əlaqələr qurmaq istəyirik. Çox maraqlıdır. 30 il müddətində məscidləri donuzxanaya çevirən Ermənistan nə tez mələyə döndü? Əlbəttə ki, Əliyevlərin əvvəldən arzuları bu olub və dilə gətiriblər ki, biz ermənilər ilə yenidən badə qaldırıb, nə bilim rumka toqquşdurub məscidlərdə saxladıqları donuzların salasını şor xiyarla zaqusqa əvəzi yeyəcəyik. Bu sözləri də bu ailə deyəndə donuzlar məscidlərdə gəzirdilər. Əliyevin bir mənası olmayan sözlərinin məna əhlinin nəzərində birmənalı qarşılanmadığı halda biz bu sözlərin bir mənası tapmağa çalışırıq. Amma, heç cür tapa bilmirik. Ona görə ki, Əliyevlərə o vaxtlar ağaları elə danışmağı əmr etmişdi, onlar da İranı gözdən salmaq üçün məscid dərdinə düşmüşdülər. İndi də ağaları onlara deyib ki, qurtarın davanı, yenidən xəritələr çəkilməli, sərhədlər dəyişdirilməlidir. İndi də Əliyev Ermənistan ilə əlaqər qurmağa çalışır. Öz ölkəsində məscidləri bağlayıb, ruhaniləri həbs etdirən bir hakimiyyət niyə Ağdamdakı, Şuşadakı məscidlərin dərdinə düşməlidir ki? Zehinlərə isə bu sual gəlir: 3000-dən çox şəhidin qanı, 10 minlərlə qazinin itirdikləri bədən üzvləri necə olacaq? Bunların ahı sizə tutmazmı? Əgər siz öz qohumlarınızla yenidən rumka toqquşduracaqdınızsa bəs camaatın balasını niyə qırğına verdiniz? Şəhid ailələri, müharibə əlilləri yəqin ki, bu alçaqlığa biganə qalmaz, Əlievlərin arzularını ürəklərində qoyarlar.


2436 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP