13 Noyabr 2021
Bir vaxtın və indinin Ərdoğanı (Davos forumunu xatırlarkən)
Ərdoğan haqqında CNN xəbər yayıb ki, qan xərçəngidir. Daha doğrusu CNN şəxsən bizə bu məlumatı verməyib, necə deyərlər "çerez-çerez" gəlib çatıb bizə. Videosu da yayılıb. Videoda Ərdoğan qazyerişi yeriyirmiş kimi yazıq yazıq gəzir. Onun bu vəziyyətini görənlər də ona rəhm etmir, haqqında - yazıq ilan vursun onu - deyirlər. Gəzməsindən əlavə həm də rəsmi konfrans və görüşlərdə yuxulayır. Hər halda od olmayan yerdən tüstü çıxmaz deyiblər.
Sosial şəbəkələrdə insanlar da sevinir, bir firon da dünyadan gedir deyirlər. Dünya, məzlumlar bir firondan da xilas olur.
Onu deyək ki, insanlar Ərdoğanın İraqda, Suriyada aləmi bir birinə qatmasına görə firon olması qərarına gəliblər. Bu şər işlərin nəticəsi olaraq onun bəlaya düçar olmasını düşünürlər. Amma, insanın haqlı yaxud batil olmasını nəticə ilə bəlli etməzlər. Yəni, Ərdoğan xəstəliyə yoluxmasaydı da və ya bu xəbər nə vaxtsa yalan çıxsa da onun cinayətkar olduğunu bilirdik. Şərt deyil ki, xəstələnib pis günə qalsın, biz də inanaq ki, bəli, pis adam idi və məzlumların ahı onu tutdu. Çünki nəinki Ərdoğan kimi şər doğulan insanlar, bəzən yaxşı insanlar da ağır sınaqlarla üzləşirlər.
Bu xəbəri eşidəndə yada Davos forumu düşür. Ərdoğanın milyonları aldatdığı iqtisadi forum. Orada o İsrailin sionist başçısını və İsraili rüsvay etmişdi. Bütün dünyada qəhrəman kimi tanınmağa başladı. Həmin vaxt Ərdoğanın sionist prezidenti Şimon Peresə bir sözü var idi. Deyirdi ki, sizin baş nazirləriniz var ki, mənə deyirdilər ki, biz tankların üzərindən Fələstinə girəndə bir başqa cür "mutlu" oluram.
Böyük ehtimal ilə həmin şəxs Ariel Şaron idi. Sabiq sionist baş naziri. Hansı ki minlərlə fələstinlinin günahsız yerə qanını tökmüşdü. Neçə illər komada qaldı. Onun komaya düşməsi hadisəsini eşidən hər kəs deyirdi ki, bu, ilahi ədalətdir. Alçağın, şərəfsizin biri idi, uzun müddətdir ki, ölə bilmirdi. O cür alçaqlar vicdan sahibi olmadıqları üçün vicdan əzabı çəkməsələr də cism, bədən əzabı çəkir, cəhənnəm əzabı görməzdən qabaq bu dünyada da əzaba düçar olurlar.
Ərdoğan isə hardan hara gəlib çıxıb. Davosun insanları aldadan saxtakar qəhrəmanı deyəsən Ariel Şaronun gününə düşür. Onun da minlərlə insanın hədər yerə qanının tökülməsində, yurd yuvasından qaçqın düşməsində rolu vardır.
Bütün fironların aqibəti əzab əziyyətdən başqa bir şey olmayacaq. Həm bu dünyada... Bu dünyada olmasa da o dünyada...