Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2022

22 Bəhmən - İran İslam İnqilabı təkcə İrana aid deyil!

İmam Xomeyni ağanın inqilabı dünyaya nə göstərdi?

İranda 1979-cu ildə qələbə çalmış İslam İnqilabını təkcə İran xalqının inqilabı hesab etmək olmaz. Niyə görə? Ona görə ki, zülm əleyhinə qiyam etmək milliyyətlə məhdudlaşmadığı kimi sərhədlə də məhdudlaşmır. Çünki əzəldən belədir ki, insanlar bir ərazidə yaşamalı olurlar. Babamız Həzrət Adəm əleyhissəlam yer üzərinə enən gündən Onun övladları olan bizlər yer üzərində yaşamağa başladıq. İranda etiraz edənlər İranda yox Turanda yaşasaydılar, ya da fars yox türk olsaydılar yenə də qiyam edəcəkdilər. Çünki zülm əleyhinə qiyam etmək qeyd etdiyimiz kimi məkanla, zamanla, milliyyətlə, irqlə, rənglə məhdud olmur. Şərait yarananda, vaxt yetişəndə kim olur olsun xalq qiyama qalxacaq. Burdan da belə bir nəticəyə gəlmək olar ki, İran İslam İnqilabı heç də İranın daxili ilə məhdudlaşmamalıdır.

Fitrət amilindən əlavə din amili də bunu təsdiq edir. Belə ki, İslam dini insanlar arasında irqinə, milliyyətinə, rənginə, yaşadığı məntəqəyə görə fərq qoymur. Mərhum İmam Xomeyninin (r) məşhur bir sözü var, deyir ki, biz bütün məzlumların himayədarıyıq.

Ümumiyyətlə zalımın əleyhinə qiyama səsləyən fitrət və din həmçinin məzlumu himayə etməyi də əmr edir. Başqa sözlə desək, zalımın əleyhinə qiyam etmək zaman, məkan, irq, milliyyət tanımadığı kimi məzlumu müdafiə etmək də bu cürdür. Bütün məzlumlar himayə edilməlidir. Ağ dərili, qara dərili, fars, türk, kasıb, varlı...

* İmam Xomeyni ağanın qiyamı bütün bəşəriyyətə bunu göstərdi ki, zalım nə qədər qüvvətli, müstəbid, zalım, diktator olsa da qədim zamanlarda olduğu kimi müasir zamanda da bu zalımları tarixin zibilliklərinə gömmək mümkündür.

* İmam Xomeyni ağanın inqilabı bütün dünyaya göstərdi ki, İmam Hüseyndən (ə) hər dövrdə ilham almaq olur. Bu məsələ də zamanla, məkanla məhdudlaşmır.

* İmam Xomeyni ağanın inqilabı bütün dünyaya göstərdi ki, insan Allaha təvəkkül etsə ən qüdrətli zalımların belə qulağından tutub ölkədən qova bilər.

* İmam Xomeyni ağanın inqilabı bütün dünyaya göstərdi ki, bir xalq vəhdət nümayiş etdirsə onun qabağında dünyanın ən zalım inperatorları, şahları belə dayana bilməz.

* İmam Xomeyni ağanın inqilabı bütün dünyaya göstərdi ki, bəndə Allahdan başqa heç kimdən qorxmamalıdır.

* İmam Xomeyni ağanın inqilabı bütün dünyaya göstərdi ki, hədisdə buyurulduğu kimi insan Allaha ibadət etsə Allah hər şeyi onun üçün ram edər.

İmam Xomeyni ağanın inqilabının faydaları barədə danışmaqla bitməz.

Sonda bütün məzlumlar bilməlidir ki, bir zalımın əleyhinə qiyam etmək bütün zalımların əleyhinə qiyam etmək deməkdir. Çünki zalım əleyhinə qiyam zülm əleyhinə qiyamdır. Xüsusilə hansısa ölkədə baş qaldıran zülm yox bütün dünyada mövcud olan zülm.


3250 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP