05 Mart 2022
Rusiya işğal edir yoxsa özünümüdafiə yolunu tutub?
Rusiya Ukrayna müharibəsi zahirdə bu cür adlansa da əslində müharibə Rusiya ilə ABŞ-ın və onun müttəfiqlərinin arasında baş verdi. Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə ABŞ və onun müttəfiqi olan itətök sayda media qurumları mövcuddur. Onlar birinin də üstünə beş qoyub xəbərləri şişirdir, montaj edib bir-birinə dəxli olmayan şəkilləri bir-birinə calayıb beynəlxalq aləmə təqdim edirlər. Necə ki, bu yaxınlarda Suriya hadisələri ilə bağlı Türkiyə kanallarından biri reportaj hazırlayıb ABŞ və onun havadarlarının zirzibillərini açıb ortalığa qoydu. Məlum oldu ki, hətta bəzi uşaqların sirsifətini qırmızı rənglərlə boyayıb yaralı, qan kimi təqdim ediblər.
Nə Suriyada, nə də Ukraynada ölənlərin olmasını inkar etmirik.
Amma, birincisi şişirtmələr mövcuddur. İkincisi, bu ölkələrdə qarılanlar varsa, onların faciəsində birinci dərəcəli günahkar böyük şeytan Amerikadır.
Bu gün Ukrayna məzlum kimi göstərilir. Rusiya işğalçı tərəf kimi qələmə verilir. Niyə? Çünki ABŞ belə istəyir, çünki medialar ABŞ və onun əlaltılarının əlindədir. Rusiyanın hücumunu heç kim inkar etmir. Öz-özlüyündə başqa ölkənin ərazisinə girmək, dağıdıb viranə qoymaq qınanmalıdır. Qınayırıq da. Amma Rusiyanı qınamazdan əvvəl birinci növbədə Ukrayna xalqını qınayırıq ki, ABŞ-ın maşası, sionist nökəri olan bir təlxəyi gətirib prezidenti ediblər. O da ABŞ və Rusiyanı çökdürmək istəyən ABŞ tərəfdarlarının Rusiya əleyhinə əlverişli maşası rolunu ifa edərək Rusiya üçün potensial təhlükəyə çevrilmişdi.
Bütün dünya ABŞ-ın işğalçı olduğunu bildiyi kimi onu da bilir ki, ABŞ-ın artıq maskası çoxdandır ki, düşüb. Ukrayna məsələlərində hamı fitnənin başının ABŞ olduğunu gözəl bilir. Diqqət etsəniz görərsiz ki, ümumiyyətlə Ukrayna hadisələrində Rusiyanı qınayanların böyük əksəriyyəti bircə dəfə durub fələstinlilər, yəmənlilər, əfqanlar üçün etiraz etməyiblər. İşğaldırsa ABŞ Əfqanıstan və İraqı işğal edəndə harda idiniz? Yaşayış binalarının vurulmasıdırsa niyə ABŞ-a arxalanıb fələstinlilərin evlərini uçurdanda demirdiniz ki, niyə mülkü əhaliyə sionistlər divan tutur? Əksinə, orda deyirdilər ki, müharibədir, ölən də olar, yaralanan da.
Rusiya məsələsi elə İran məsələsi kimidir. İrana qonşu olan dövlətlərə baxsanız görərsiniz ki, ABŞ bu dövlətlərin əksəriyyətində öz bazalarını yerləşdirib. Demək olar ki, müəyyən mənada İran ABŞ tərəfindən mühasirəyə alınıb. Eyni hadisəni İran ABŞ-ın başına gətirsəydi ABŞ "özümüzü müdafiə edirik" deyib çoxdan müharibəyə başlamışdı. Heç uzağa getmirik. General şəhid Qasim Süleymani hadisəsi buna sübutdur. İraq ölkəsinin ərazisinə dəvət edilmiş Qasim Süleymani şəhid ediləndə alçaq Tramp demişdi ki, ABŞ üçün Qasim Süleymani təhlükə idi və ABŞ-ın haqqı var idi ki, özünü müdafiə etsin. O zaman ABŞ-ı qınamayanlar bu gün Rusiyanı qınayırlar. Amma onlar da bilirlər ki, ABŞ cığallıq edən bir şeytandır. Onun tərəfini saxlayanlar da məhz onun şərindən amanda qalmaq üçün tərəfkeşlik edirlər. ABŞ-a tam olaraq hegemonluq üçün şərait yaratmayan ölkələrdən biri, bəlkə başlıcası da Rusiya olduğu üçün ABŞ Ukrayna vasitəsi ilə Rusiya üçün təhlükə yaradırdı. Xüsusilə nəzərə alsaq ki, Rusiya ABŞ proyekti olan İŞİD-in məhv edilməsində, Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdə qalmasında müstəsna rol oynadı. İran, Çin kimi ABŞ düşməni olan ölkələrlə də müttəfiq olduğu üçün yüz faizi Rusiyanın aradan qaldırıması üçün Ukrayna fitnəsi ABŞ tərəfindən ortaya atılmışdı.
Deməli, Rusiyanın işğalçı yaxud özünü müdafiə edən bir dövlət olması barədə ciddi-ciddi düşünməklə bərabər ABŞ-ı, Avropanı, NATO-u və Zelenski kimi ABŞ maşasını prezident seçdiyi üçün ukraynalıları da qınamaq lazımdır. Əgər, ABŞ-ın planı işləsəydi və Rusiya ABŞ və onun tərəfdarları tərəfindən işğala məruz qalsaydı, dağıdılan, işğal edilən tərəf Rusiya olsaydı, məlum məsələdir ki, Rusiyadan sonra növbə İrana, digər müsəlman ölkələrinə çatacaqdı. Belə olan halda bu gün Rusiyanı işğalçı hesab edənlər görəsən nə edəcəkdilər? ABŞ və havadarlarını qınayacaq, işğalçı hesab edəcəkdilərmi? Əlbəttə ki, yox. Allah zalıma lənət, məzluma rəhm eləsin.