29 Mart 2022
Azərbaycan "islam" və "əzadarlıq" modeli

Azərbaycan İslam modelinin yanında bir də Azərbaycan əzadarlıq modeli yaratdılar. Özlərini ağıllı hesab edən bu axmaqlar belə xəyal etdilər ki, madam ki, əzadarlıqları qadağan edirik dindarların xoşuna gəlmir, ondansa elə yeni əzadarlıq modeli təşkil edək. Beləliklə də az-çox dindarlar arasında nüfuz sahibi olan Taleh kimiləri ələ alıb dəstəkləməyə başladılar. Nüfuzu sabit qalsın deyə də bəzi saray xidmətçisi olan ilahiyyatçıları onu dəstəkləməyə çağırdılar. Bu ilahiyyatçılar nəinki bu cür rəzil manıslara etiraz etmir, əksinə onların ağzına gələni danışmaları tənqid olunan kimi çıxıb moizələrində ona bəraət qazandırmağa çalışdılar.
Artıq bu cür manıslar qısa yupkalı qızların skripka sədaları altında İmam Hüseyndən (ə) oxuyur, türkiyəli mövləvilər fırlanan məclisdə ürəkbulandırıcı bir formada mahnı oxuyur, cazla, replə duet oxuyur.
Dindarlar və bəzi ruhanilər bu şəxsləri tənqid edib iç üzlərinin ifşa edirlər. İnək kimi böyürməyi, ağzına gələni oxumağı, stolbəstol düşüb o hacının, bu kərbəlayinin yanına gedib ciblərini doldurmağı, özünü kameraya çəkib ağlamağı İmam Hüseynə (ə) xidmət hesab edən, İmam Hüseyn (ə) qapısında tıxıb enlənən bu şəxs əslində dinə bir ləkə və zərbədən başqa bir şey deyil. Bu şəxsi tənqid etməyə, məcıislərdən qovmağa, onun böyürdüyü məclisləri baykot etməyə davam etmək lazımdır. Bu olmasa, bu cür ünsürlər İmam Hüseyn (ə) düşməni elan edilməsə şiəliyə çox zərbə dəyəcək.