Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2022

"Ayfon yağışı" olar rəhmət yağışı olmaz?

Məlumatda deyilir ki, Maştağada məscidə daxil olub möminlərin məclislərini dağıdıblar. Üstəlik mübarək Ramazan ayının qədir gecəsində. Hansı ki bildiyimiz kimi mübarək Ramazan ayında Quran nazil edilib və nazil edilən Quranın Qədir sürəsinə baxsaq görərik ki, Allah bu gecəni o qədər mübarək qərar verib ki, min aydan daha xeyirli hesab edib. Bu gecə mələklər yerə nazil olar, sübhə qədər salamatçılıq olar. Amma nədənsə zalım zümrə özləri bir yandan xalqı soyub soğana çevirir, bütün mənəviyyatını öldürür, maddi vəziyyətini pis günə qoyur, digər tərəfdən də möminlər bu cür gecələrdə mənəviyyat, salamatlıq, əmin amanlıq ardınca olanda narahat olurlar, onlara süni maneələr çıxarırlar. Beləliklə də işlərinin tam olmasını istəyirlər. Çünki telekanalları telekanalizasiyaya çeviriblər, əxlaqsızlar, şouçular at oynadır, belə olan halda hansısa məsciddə insanlar yığılıb Allah, Peyğəmbər (s) kəlamı eşidirsə qarşısını alırlar ki, insanlar mənəviyyat toplaya, nəfslərini saflaşdıra bilməsinlər. Xüsusilə də bunu şiələrin yığıldıqları məclislərdə edirlər. Çünki şiələr mübarək qədir gecələrində həm də ədalət qurbanı olmuş İmam Əlidən (ə) danışır, ədalətin nə olduğunu öyrənirlər. Qədir gecələri həm də İmamın (ə) şəhid edildiyi günlərdir. Bu isə xirtdəyə qədər korrupsiya, qohumbazlıq, haqsızlıq, ədalətsizlik olan bir ölkədə bir para vicdanına tüpürən insanların acığına gəlir. Çünki onlar dağıdıb pis günə qoyduqları ölkə əhalisini daim məzlum, alçalmış, haqqı tapdalanmış görmək istəyirlər.

Deməli belə çıxır ki, rəhmət yağışı ölkədə olmaz. Min bir bəhanə edib korona morona söhbətlərini ortaya soxub məclisləri dağıdırlar. Amma onların gözlərinə bir müddət əvvəl baş vermiş bir hadisəni də salmaq lazımdır. Belə ki, tərbiyəsiz bloggerlərdən biri Azərbaycanda "ayfon yağışı" təşkil edir, insanlar bir birini didir, bir birinin üstünə çıxır, özlərini "tryapka" görkəminə salırlar. Bütün bunları bir andıra qalmış ayfon ucbatından edirlər. Burda isə bir vicdansızın, alçağın, nəsil nəcabətini söydürənin narahat olduğunu, gəlib məclisi dağıtdığını görə bilməzsən. Çünki rəhmət yağışı olmaz amma ayfon yağışı olar. Belə düşünürlər. Çünki alçaqların əlində qalan bu ölkədə elə o cür axmaq, əxlaqsız insanların gəlib belə hoqqalar çıxartması lazımdır. Bəlkə də o axmağa bizim alçaqlar da hələ durub 10-15 dənə də bahalı telefonlar alıb veriblər ki, xalqın başı daha çox belə şeylərə qarışsın. Mənəviyyat daha çox aradan getsin. Möminlərin isə Allaha həmd olsun ki, sayları gündən günə artır. Nə qədər bu cür alçaqlıq edirlər bir o qədər maskaları cırılır, ifşa olurlar. Bundan sonra da dindarlar ayıq sayıq olmalı, bu cür əxlaqsız proqramları, onların təşkilatçılarını, sponsorlarını, icazə verənlərini ifşa etməli, qədir gecələrində məclisləri doldurmalıdırlar.


371 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP