Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2022

Dinə nifrət edənlərin millilik donu

Nəvəsinə ulaşma öyrədənlərə

Adam hərdən düşünür ki, bəlkə Azərbaycan xalqının hərtərəfli bədbəxt olmasının səbəbi Sabir Rüstəmxanlının bu ölkədə yaşamasıdır. Prob üçün onu başqa ölkəyə yollasalar necə olar? Məsələn İrana. Yox İran olmaz, əgər doğrudan da bizim bədbəxt olmağımızın səbəbi Sabir olsa İranda da vəziyyət pisləşər. Ən yaxşısı son yazısında rəğbət göstərdiyi Səudiyyə Ərəbistanına, ya da İndoneziyaya yollayaq. Türkiyə də olar. Orda pantürklər daha çoxdur. Nəvəsini orda ondan beşbetər xəstə pantürklərin nəvələrinə qoşar, qarşılıqlı ulaşmaq öyrədər.

Sabir Rüstəmxanlı milli nifrətin din donu adlı cızma qara edib. Yazır ki, Peyğəmbərin (s) doğulduğu torpaqlarda bayram edilir, İran isə tərslikdən deyir ki, bayram deyil.
Birincisi, sənin təriflədiyin o torpaqlar indi vəhhabilərin əlindədir. İkincisi, həmin Ali Səud mollaları hər neçə ildən bir ayı Saturn planeti ilə səhv salıb bayram fətvası verirlər, sonra qələt elədik deyib bir milyard kəffarə ödəyirlər. Üçüncüsü İran vəhhabi, sünnü ölkəsi deyil ki, hərənin bu kimi məsələlərdə öz üslubu var. Məsələn, İranın özündə sünnü məzhəblilər may ayının 2-də bayram edib. Deməli, fərqlilik məzhəb ilə bağlıdır.

Sonra da adama deyərlər ki, ay filan şudə, sən ki, nə sünnü kimi sünnüsən, nə şiə kimi şiə, nə də vəhhabi kimi vəhhabi. Sən ki, oruc tutan deyilsən, nəyinə lazımdır bu cür işlər? Get qalan ömrünü də nəvənə ulaşmaq öyrət də. Bütün ömrüvü ulaşmağa həsr etmisən, bütün ömrünü elmə həsr edən müctəhidin özü yox, ayı görmək üçün təşkil etdiyi heyətlərdəki cavan ruhanilərin ayağının belə bildiyini sənin başın bilmir axı. Niyə fitnəkarlıq edirsən?

Sonra sən demə bu indi bunun səbəbini tapıb, deyir ki, bu fars ordularını əzən Ömərə, Osmana olan fars nifrətidir ki, din donu ilə hər il davam etdirilir. Görun çatlasın Ömər, gör kimlərin ümidinə qaldın. Ay Sabir, yaxşı sən nə vaxt demirəm İranda, Turanda, heç olmasa öz evində nəvəni ulatdığın qədər dini təbliğ etmisənmi? Həzrət Ömər dediyin şəxs kimi sən də bir qonşuva din təbliği edərdin də. Hətta Türkiyə də elan etdi ki, bayram mayın 3-dür. Türkiyə demişkən, sionist türkü olan Sabirin qarnının ağrısının elə fars -türk söhbəti olduğu məlum olur. Zavallı anlamır ki, İranda yaşayan türk dili din alimləri də bayram qərarı vermədi. Heç İraq və s. ölkələrdə də bayram mayın 2-də olmadı.

Amma Sabir vəhhabi Səudiyyə torpaqlarından danışarkən bir həqiqəti unudub. O həqiqət də budur ki, həmin vəhhabi Ali Səud ailəsi elə həmin torpaqlarda Osmanlını devirib hakimiyyəti ələ alıblar. Buna görə Sabir iki əlini açıb daim Ali Səudu qarğış etməli idi. Bəs Ömərdən ağzı sulana sulana danışan Sabir görəsən bilir ki, İran torpaqlarında Sabirin babası Şah İsmayılın dövlətinin təbliği nəticəsində şiəlik geniş yayılıb. Yoxsa bir dəqiqəyə Şah babasını Ömərin ayağına verir?

Bundan əlavə nəsə deməsindən xəbərimiz yoxdur. Nəsə deyibsə də ki, səfehlikdən başqa bir şey deməyib. Gedin o yanda ulaşın...


1688 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP