Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2022

Pirqulu rəsədxanası xəbər verməsəydi...

QMİ alimlərinin elmi qüdrəti

Məlum olduğu kimi Azərbaycanda on bir ayın sultanı olan ramazan ayının bayramı qeyd edildi. İldə cəmisi üç dəfə - məhərrəm ayının, ramazan ayının birinin və ramazan bayramının gəlişinin fətvasını verən, başqa vaxtlarda isə hətta fətva versə belə dəstəklədikləri hakimiyyət tərəfindən qəbul edilməyən QMİ rəsmləri bu il başqa illərdə qardaş dedikləri İrana söz də atdılar. Məsələn, QMİ rəsmisi hacı Fuad Nurullayev tvlərə müsahibə verib deyir ki, Azərbaycanda alimlərin savadı bəs edir ki, özləri bayramı müəyyən eləsinlər.
Əvvəla deyək ki, QMİ bu vaxta qədər İranla rəylərini üst-üstə salmağa çalışırdı. Təbii olaraq iki şiə ölkəsi bir olmalıdır. Hətta QMİ sədri Şuşaya gedib İranın Ali Dini Liderinin Azərbaycan üzrə nümayəndəsi ilə camaat namazı da qıldı, bir-birinə iqtida etdilər. Sonra nə oldusa iki ölkənin arası dəydi. Görünür QMİ-ə hakimiyyət tərəfindən təzyiq olunub, deyilib ki, torpaqları Türkiyənin köməyi ilə almışıq, niyə İranın fətvası ilə oturub durmalıyıq? QMİ də başlayıb Türkiyənin çaldığı hava ilə oynamağa. İranın Ali Dini Liderinin Azərbaycandakı nümayəndəsinin ölkədə olmaması da görünür QMİ-nin tənha qalmasına, tənha qalmaqdansa Türkiyəyə qoşulmaq lazımdır deyib onların fətvası ilə getməsinə səbəb olub. Ən pisi də budur ki, Türkiyənin rəsmi Ankara rəsədxanasının da bayramın 3 apreldə olacağını deməsi xəbərləri yayıldı. Amma bütün bunlar bəhanədir. Çünki QMİ-nin özü başdan başa bəhanədir. Ölkədə fəqət bunun üçün var ki, zalımlar dinin başına oyun açmaq istəyəndə bunlar çıxıb hakimiyyətə bəraət qazandırsınlar. Desinlər ki, din elə hakimiyyətin dediyi, başqası yalan söypətdi. Şəxsən hacı Fuadın dedikləri də ciddiyə alınmamalıdır. Çünki əslində bu kimi fətvaları QMİ xalqa yox, dövlət QMİ-ə verir.

Hacı Fuada gəldikdə isə işləri demək olar ki, korlayıb. Çünki çıxışın əvvəlində diqqət etsəniz deyir ki, Azərbaycan alimləri özləri qadirdir ki, bayramı müəyyən eləsin, çıxışın sonunda isə deyir ki, rəsədxanadan dəqiq məlumat alıb bayram fətvası vermişik. Amma burda hacı Fuada sual vermək lazımdır ki, birdən rəsədxana desəydi ki, bayram mayın 3-ü olacaq, nə edəcəkdiz? Axı siz aprelin 2-də mübarək Ramazan ayına başlamısız, rəsədxana mayın 3-ü desəydi Azərbaycanda analoqu olmayan bir hadisə baş verəcəkdi. Yəni, ramazan ayı sizin fətvanıza görə 31 gün olacaqdı. Halbuki ramazan ayı 31 gün heç vaxt ola bilməz. Deməli Azərbaycanda bayram təyin etməyə qadir olan alimlər, yəni hacı Fuadın alim bildiyi insanlar hacı Fuada deməli idilər ki, əgər aprelin 2-də ramazanın birinci gününün orucunu tutmusansa artıq sənin 30 günün tamamında rəsədxana xəbəri gözləməyin mənasızdır. Rəsədxana dedi demədi, ay göründü görünmədi artıq sənin üçün bayram olmalıdır. Çünki ramazan ayı dediyimiz kimi 31 gün ola bilməz. Bəzi illərdə 30 gün bəzən də 31 gün olma ehtimalı vardır.

Ona görə də hacı Fuad gərək bilirəm, qadirik, alimik deməsin. Bilsin ki, heç vaxt öyrənmək gec deyil. Əvvəl öyrənmək sonra danışmaq lazımdır.


317 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP