04 Avqust 2022

Allaha şükür olsun, axır ki, elmi xatırladıq

Sayt yazır ki, İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

Bundan əvvəl təkcə Təhsil Nazirliyi adlanırdı. Belə məsləhət olub ki, Təhsil Nazirliyi adı elm və təhsili özündə əks etdirmir. Hər halda görünür bu adın ayağı bizim təhsil mərkəzlərinə düşərli olmayıb. Amma gərək əməlli - başlı elmə, təhsilə təkan verilsin. Əks halda təkcə adının dəyişdirilməsi fayda verməyəcək.

Bizm el arasında belə bir deyim var ki, oxumaq heç zaman gec deyil. Oxumaq, elmlənmək heç zaman gec deyilsə deməli Təhsil Nazirliyinin adını dəyişib ora elm sözünü artırmaqla elmi, maarifi, ozumağı yada salmaq da gec deyil.

O gün sosial şəbəkələrdə bir neçə savadlı müəllimənin şəkilləri olan bir status paylaşılmışdı. Əlbəttə müəllimə zatən savadlı olmalıdır, "savadlı" sözünü "müəllim" sözünün yanına yazmaq artıq şeydir. Çünki savadsız olan zatən müəllim olmur. Amma iki səbəbə görə "savadlı müəllimə" yazdıq. Birinci ona görə ki, bizdə savadsızlar hər sahədə olduğu kimi təhsil sahəsində də at oynadır. Çünki xirtdəyə qədər korrupsiyaya batmış ölkədə təhsil sahəsi də batıb gedir. İkincisi ona görə ki, yenə də pulu var deyə bisavad insanlara "müəllim" deyilə bilir. Ona görə də savadlı müəllim dedik ki, bilinsin ki, rüşvətlə məktəbdə, universitetdə dərs deyən və yaxud da qalstuklu savadsız pullu adam da nəzərdə tutulmur.

Nə isə mövzudan çox yayınmayaq. Deməli bu müəllimələr yüksək bal toplayan ziyalı insan olmalarından əlavə həm də hicablı xanımlar idilər. Uzun sözü qısası, elm sözünü Təhsil Nazirliyininə əlavə etmişkən gərək hicablı şagird, müəllimə məsələsinə də yenidən baxılsın. Düzdür, demək olmaz ki, hər yerdə hicab qadağası var. Həmçinin, demək də olmaz ki, heç yerdə hicab qadağası yoxdur. Hər halda pasport, şəxsiyyət vəsiqəsi almaqdan tutmuş təhsil mərkəzlərinə qədər hörmətli elm əhlimiz incidilir. Allahdan arzu edirik ki, bu problemimiz də tezliklə öz həllini tapsın.


2015 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP