07 Avqust 2022

Axmaqlardan olan düşmən

Bir hədisdə deyilir ki, Allaha şükürlər olsun ki, düşmənlərimizi axmaqlardan qərar verib. Doğrudan da Əhli-beyt (ə) və şiələrin düşmənləri axmaqdır. Sonuncu hadisə də bunu bəyan etdi. Deməli, gördülər ki, Azərbaycanda bir xanım zeynəbçi kimi demək olar ki, bütün Azərbaycanda Ya Hüseyn adını dirçəltdi. Divardan yazılan Ya Hüseyn adını silməyə çalışsalar da qəlblərdən, elə divardan da silə bilmədikləri kimi sosial şəbəkələrdən də silə bilmədilər. Sonra bəlkə də düşündülər ki, bu bayrağı ört - basdır etmək, gündəmi dəyişmək, dindarların əlinə başqa bayraq vermək üçün İngiltərədəki Azərbaycan səfirliyinə hücum təşkil edək. Əlbəttə ki, bu hadisə daha da təfsilatı ilə araşdırılmalıdır ki, bu işin arxasında kimlər var. Amma, gündəm demək olar ki, dəyişdi və bütün diqqətlər səfirlik hadisəsinə yönəldi. Azərbaycanda dindarlar da ölkəmizin bayrağını müdafiə etməyə çalışdılar. Müdafiə etməli idilər, düz etdilər. Amma Azərbaycan bayrağını bu günlərdə müdafiə edənlər kaş elə İmam Hüseyn (ə) bayrağını, Ya Hüseyn yazısını da müdafiə edərdilər. (Edənlər ki, öz yerində)

Amma burda diqqət çəkən bir məqam var. Azərbaycanda fəaliyyət göstərən sionist rejimin əlaltıları bu işi İranın üstünə yıxmağa çalışırlar. Amma bu işi görənlərin məqsədi İranla Azərbaycanın arasını vurmaq idisə də ki, yanıldılar, səhvə yol verdilər. Çünki səfirliyə hücum edənlər İran rəhbərliyi ilə düşməndirlər. Ümumiyyətlə bu insanların nə İranda, nə də İraqda yaşayan şiə mərcələrinin heç biri ilə yaxşı münasibətləri yoxdur. Buna görə də təkləniblər və heç bir müctəhid, dini mərkəzi tərəfindən dəstəklənmirlər. Üstəlik, Azərbaycan səfirliyinə hücum etdikləri kimi bundan qabaq İran səfirliyinə də hücum etmişdilər. İngiltərə polisi isə hadisələri ancaq hırıldamaqla qarşıladı. Sanki cinayət məhəllinə gələn asayiş keşikçiləri yox kukla teatrına gələn uşaqlardılar.

Deməli, Azərbaycan ilə İranın arasını vurmağa çalışan ünsürlər axmaqdırlar, ona görə ki, İranı düşmən göstərmək istədilər, amma məlum oldu ki, bu iş başqadır, İran ümumiyyətlə bu dəstəni ingilis şiələri adlandırır. Bunlar şiə sünnü arasında ədavət yaratmaq üçün açıq aşkar sünnü müqəddəslərini lənətləyir, söyürlər.

Bir də şiə camisində sanki vandallıq edən bir zümrə çıxartmaq istəyirlər. İstəyirlər desinlər ki, baxın, bu insanlara yaxşı edirlər dünyada əziyyət edirlər. Çünki bunlar (şiələr) bir balaca boş buraxılsalar fitnə fəsadlar baş verər.

Ümid edirik ki, hadisələr bundan sonra daha dəqiq və təfsilatı ilə təqdim edilər və məsələ daha da aydınlığa çıxar.


2132 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP