22 Avqust 2022

Əzadarlıq və Fövqəladə Hallar Nazirliyi biabırçılığı

Ola bilər ki, kimsə yazının başlığını oxuyanda Fövqəladə Hallar Nazirliyinin işçilərinin əxlaqsızlığından danışacağımızı o saat anlayıb belə bir sual versin ki, bu tərbiyəsiz, yiyəsiz insanların çıxartdığı hoqqaların əzadarlıq məclislərinə nə aidiyyatı var? Əlbəttə ki, aidiyyatı var. Hüseynbala Mirələmovun nəvəsi yaşında olan bir qızla çıxartdığı hoqqalardan danışırıq, deyirlər ki, nə dəxli var? Nursuz Bayramın əxlaqsızlığını misal kimi qeyd edirik, deyirlər ki, nə dəxli var? Ay ağlını işə salmayan kütlə, bəs bir yandan mənəviyyat yığışdırılır deyə bu cür olur da. Əgər, insanlar əxlaq, mənəviyyat nədir bilsələr belə biabırçılıqlar ola bilərmi?

Məsələn, Fövqəladə Hallar Nazirliyinin işçiləri uşaqlıqdan dini məclislərdə böyüsəydilər bu cür əxlaqsız hərəkətlərə yol verərdilərmi? Elə məhz buna görə də nəsillərin mənəviyyatlı böyüməsini istəmirlər. Çünki mənəviyyatı olan insanlar mənəviyyatsız bir nazirlikdə işləməyəcəklər. Beləliklə də iş sistemi bir birinə dəyəcək. Axırda da xalq bezib mənəviyyatı olmayan insanları nəinki vəzifədən hətta ölkədən də iti qovan kimi qovacaqlar. Məsələn, götürək deputatxananı. Deputatxanada heç zaman icazə verməzlər ki, Fazilab, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Fəzail kimi yaltaq, rəzil, öz cibini düşünən, xalqın nifrət etdiyi, təyinatla deputatxanada oturan insanlar qala - qala pak, halal tikə ilə böyüyən mənəviyyatlı, imanlı, əxlaqlı insanlar gəlib orda kürsü sahibi olsunlar. Təsəvvür edin ki, uşaqlıqdan Fazilabın atası kimi bir nəfər Fazilabı öz otelində fahişəxana yaratmaqla böyüdüb dana boyda edib. Başqa bir ailənin övladı isə öz oğlunun uşaqlıqdan əlindən tutub məscidə, hüseyniyyəyə, moizəyə aparıb. Özü də halal zəhmət adamı olub. Biri böyüyüb Fazilab kimi əxlaqsız bir məxluq olub, digəri tərbiyəli, qanacaqlı bir insan. Azərbaycanda tərbiyəli, imanlı şəxslər gedib deputatxanada, nazirliklərdə təmsil olunsalar sabah - biri gün ölkədə ədalət, paklıq tələb edəcəklər. Bu da şər qüvvələrin işinə yaramayacaq. Odur ki, bilərəkdən xalqın balalarını pozurlar ki, xalq Fazilab kimi, Fəzail Ağamalı kimi insanlar əlində qalsın.


1835 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP