22 Avqust 2022
Namazın öz dilimizdə qılınmasını istəyən Fazilab müəllimin ilk görəcəyi iş

Sənin tanıdıqlarının arasında min cür alçaq adam ola bilər. Sən də durub alçaq olmağa başlayacaqsan? Zatən xalq sənə alçaq bir məxluq kimi baxır. Onda gərək birinci adını dəyişəsən. Çünki Fazil ərəb adıdır. Atanın adı Qəzənfər də ərəb sözüdür. Adının yanında olan Mustafa adı da ərəb adıdır.
Ad dəyişdirmə əməliyyatı başa çatandan sonra namazın heç cür tərcümə edə bilməyəcəyiniz sözləri olacaq. Onları necə edəcəksiniz? Məsələn, sizin ağılda olan, çoxdan öz dilində namaz qılan Ələsgər adlı biri var. Özünü Allah rəsulu hesab edən səfehin biridir. O namaza belə başlayır. İsmi ilə Rəhmanın, Rəhimin, Rəbbidir aləmlərin. İsim, Rəhman, Rəhim, Rəbb, aləm ərəb sözləridir, bu tərcümə olmadı ki, bu, hoqqabazlıq oldu. Odur ki, gedin o tərəfdə oynayın, xalqın beynini səfeh fikirlərinizlə pozmayın. Onsuz da xalqın çarəsi olsa Fazilab, Azər Həsrət, Ələsgər Musayev kimi insanların boğazını küçədə heç tərəddüd etmədən üzər.