28 Avqust 2022

Yoxsa Fazil Qəzənfəroğlunun başına hava gəlib?

"İTV-in efirində ziyarətgahların, pirlərin təmiri ilə bağlı veriliş gedirdi. Guya insanlar bu ziyarətgahlara gedib nəzir verməlidirlər və oranı təbliğ eləməlidirlər. Bu nə deməkdi?! Sovet dövründə heç bu qədər nadanlığın, cəhalətin təbliği aparılmırdı. Bunu İctimai televiziyanın efirində etmək daha zərərlidir. Az qalsın desinlər ki, hər universitetin həyətində ziyarətgah açmaq lazımdır. Biz müasir dövrdə Molla Xəlil kimyagərlər dövrünə qayıdırıqsa, hansı inkişafdan danışa bilərik? Bu gün biz elmdən, onun təbliğindən danışmalıyıq. Ona görə televiziyaların bu işini kəskin şəkildə qınayıram. Bu yolverilməzdir”.

Bu sözlərin müəllifi Elşad Mirinin siyasi versiyası olan Fazilab müəllimdir. Fazilab müəllimin din, şiə, pir - ocaq düşməni olması hamıya məlumdur. Özünü hamıdan ağıllı hesab edən bu məxluq pirlərə getməyi cəhalət hesab edir. Bir çox saytlarda pirlərin əleyhinə müsahibələr verib. Üstəlik bir dini versiyası da var, hansı dinə xidmət etdiyi bəlli olmayan Elşad Miri. Bir vaxt şiə idi, sonra sünnü, sonra vəhabi, sonra nurçu oldu. Daha sonra sünnə inkarçısına çevrildi. Fazilab müəllim ilə əslində yaxşı tapışıblar. Onları birləşdirən cəhət ikisinin də şiə düşməni olmasıdır.

Amma pirləri bəyənməyən Fazilab müəllimin başına bu yaxınlarda deyəsən hava gəlib. Özünün sosial şəbəkədə olan statusuna baxsanız bizə haqq verərsiz. O yazır: Böyük şəxsiyyətlər tək olurlar. Onlarla təkbətək söhbətləşmək lazım. Onlar səs eşitmək istəyirlər. Küydən çoxdan beziblər. Söhbətləşdik ruhu həmişə canlı olan Əbülfəz bəylə...

Bəli, bəli, bunlar Fazilabın yazdıqlarıdır. Görəsən seyyid - Peyğəmbər övladı olan imamzadələrin ziyarətinə getməyi cəhalət adlandıran və ziyarət edənlərə cahil deyən bu məxluq 20 il bundan qabaq ölən Əbülfəs Elçibəylə danışmasını necə izah edə bilər. Və yaxud da biz Fazilab müəllimdən soruşsaq ki, hansı elmi və dini dəlilə əsasən sübut edə bilərsən ki, Əbülfəs Elçibəy səni eşidir, görəsən o bizə cavab verə bilərmi?
Bu da çox maraqlıdır ki, görəsən ümumiyyətlə Fazilab müəllim Elçibəylə nə danışıb? Çox güman ki, sünnü və şiə dini qaynaqlarında göstərilən təvəssül məqsədi ilə Elçibəyi ziyarət etməyib. Yəni, Elçibəyi Allah övliyası hesab edib ona təvəssül etmək üçün durub onun qəbrinə getməyib. Yoxsa gedib ki, Elçibəydən Azərbaycan üçün dua etməsini istəsin. Bu, o qədər də inandırıcı deyil. Çünki adam belə şeyləri pirlərin timsalında cəhalət hesab edir. Ola bilər birtərəfli dərdləşməyə gedib. Məsələn, ola bilər gedib desin ki, a bəy, sən öləndən sonra mən başıma Şeyx Nəsrulla sarğısı büküb həccə getdim. Bir də sənin uğruna Azərbaycanı belə gözünü yummadan qurban vermək istədiyin Türkiyəyə qaçıb orada qaranlıq işlərlə məşğul oldum. Ondan sonra Azərbaycana qayıdıb səni də ideallarımızı da bir mandata satdım. O vaxtdan bir satqın ünvanında adım itib batmasın deyə də dinə başımı dürtüb Azərbaycan xalqını təhqir etməyə başladım. Bir də ayıldım ki, mənə Fazilab deyirlər, zinakarlıq pulları ilə atamın məni böyüdüb gomuş boyda eləməsini də aləmə yaydılar.

Hə bunlarımı danışıb görəsən? Başına havamı gəlib Fazilabın?


1721 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP