Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2022

Ruhani və siyasət

Tarix boyu dinin siyasətdən ayrı olduğunu xalqlara təlqin ediblər. Bu yalana o qədər həqiqət cilvəsi veriblər ki, bəzi dindarları hətta buna inandırıblar ki, dindar, ruhani, molla siyasətə qarışa bilməz.

Türkiyədə bu axmaq fikrin əleyhdarlarından olan din xadimlərindən biri bu şübhəyə çox gözəl rəddiyyə verib deyir ki, nə yaxşı? Sən seçkilərdə gəl qapıbəqapı müsəlmanlara, dindarlara yalvar, seçiləndən sonra de ki, onlar siyasətə qarışa bilməzlər. Sonra maşın misalını qeyd edir. Deyir ki, bu ona bənzəyir ki, maşının avto hissələrini dindarlar düzəldə, yığa, sazlaya bilərlər, amma maşının özünü sürə biıməzlər?

Misal üçün müsəlman dövlətləri arasında İranla istənilən dünyəvi dövləti müqayisə edə bilərsiz. (Əlbəttə, bir sıra inkişaf etmiş qeyri müsəlman dövlətlərlə də müqayisə etmək olar, amma ona bəlkə oxuculardan kimlərsə inanmaz.) Məsələn, Türkiyəni götürək. 1923-cü ildən etibarən ölkədə dini hakimiyyət hesab edilən xilafət aradan qaldırılıb və cumhuriyyət elan olunub. Amma İran İslam Respublikası isə 1979-cu ildə qurulub. Hər bir insaflı insan müqayisə aparsa görər ki, Türkiyə İrandan çox - çox geridədir. Bunu Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğandan tutmuş türkiyəli bir çox elm adamları və politoloqları da etiraf ediblər.

Bundan başqa bütün blokadalara, sanksiyalara baxmayaraq İranın necə müqavimət göstərdiyini, ayaqda qaldığını, başqa məzlum ölkələrə kömək etdiyini, işinə qarışdığı başqa müsəlman ölkələrinin də müqavimət göstərib qabağa getdiyini bütün dünya çox gözəl bilir. Bu, Allahın izni, İmam Zaman ağanın xüsusi inayəti ilədir.

Sayt yazır: "Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti İbrahim Rəisidən Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi kimi çıxış etməsini xahiş edib."

Halbuki bir zamanlar, elə indinin özündə də ruhanini bəyənməyən nadanlar var. Həmin nadanlar avropa deyib yanıb yaxılırlar. Amma Avropanın ən öndə gedən ölkələrindən birinin prezidenti İran ruhanilərinə az qalır yalvarsın ki, iki ölkə arasında vasitəçi olub müharibəyə son qoysunlar. Üstəlik Fransa heç də elə belə ölkə deyil, 30 il müddətinə iki ölkə olan Azərbaycan ilə Ermənistanın bir razılığa gəlməsindən ötrü zahirdə təşkil edilən ATƏT - in Minsk qrupunun həmsərdlərindən biri məhz Fransa nümayəndəsi idi.

Hələ beş il bundan öncə İran Prezident Aparatının elmi müavinliyinin nano-texnologiyanın inkişafı şöbəsinin katibi Səid Sərkar İRNA-ya müsahibə verərkən demişdi ki, İran dünyanın nano-texnologiya sahəsində 7-ci yeri tutur.

O demişdi ki, İranın nano-texnologiya sahəsində Yaponiya, Almaniya və Cənubi Koreya kimi güclü ölkələrlə rəqabəti çox yaxındır.

Deməli, ruhaninin siyasətə qarışmasında heç bir problem yoxdur. Niyə də olsun ki? İnkişaf deyirsizsə inkişaf etməyi İslam qadağan etməyib ki? Nə qədər istəyirsiz inkişaf edin. Bundan başqa ruhani idarəçiliyi mənəviyyatı ölü insanların idarəçiliyindən qat - qat üstündür. Çünki bu idarəçilikdə təvazökarlıq, insanları sevmək, xəyanət etməmək, oğurluq etməmək, pak yaşamaq, acgözlük etməmək var. Xalqa daha nə lazımdır ki? Bir idarəçiliyin, bir siyasət adamının elmi və imanı oldusa bəsdir, o ölkə ağ gün görəcək.


736 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP