18 Sentyabr 2022

Niyə bir boynuyoğun məmurun evindən şəhid cənazəsi çıxmır?

Kəlbəcərdə baş verən hadisələrdən hamı xəbərdardır. 72 nəfər şəhidimiz var. Vətənin, şəhid ailələrinin başı sağ olsun, olmağına... Allah bu ailələrə səbr versin. Şəhidlərə rəhmət eləsin. Ərbəin günlərində onları Kərbəla şəhidləri ilə məhşur eləsin. Bütün bunlar öz yerində.

Amma iki hadisə daha çox adama təsir edir. Birincisi oğlunun cənazəsini görən bir əsgər atasının ürəyinin partlayıb ölməsi hadisəsidir. Böyük dərd və ağrıdır. Bu hadisə demək olar ki, birinci dəfədir baş verir.

İkinci hadisə isə birinci dəfədir baş vermir, illərdir olan bir hadisə sadəcə davam edir. Demək olar ki, xalqın alnına yazılıb. O da bütün şəhid atalarının çəlimsiz, arıq, miskin vəziyyətdə olmasıdır. Nə vaxta qədər şəhid ailələri ancaq yetim yesir ailələr olmalıdır? Niyə görə bir məmurun, deputatın evindən şəhid cənazəsi çıxmır. Vətənin yağlı tikəsini yemək onların, vətənin dağını sinəyə çəkmək kasıbın işidirmi?

Artıq neçənci dəfədir ki, belə olur. "Bizim Cəbiş müəllim" kinosunda olduğu kimi həyəcan siqnalı zamanı daldanacağa girən həyət sakinləri kimi varlı, oliqarx, məmur, deputat balaları porsuq boyda olmalarına baxmayaraq siçan deşiyində gizlənirlər.

Azərbaycanda nə qədər axmaq insanlar mövcuddur. Siyavuş Novruzov, Fazilab Qəzənfəroğlu, Zaur Qəriboğlu, Cahandar Bayoğlu, İqbal Ağazadə və s. kimi itətök həddə axmaq, səfeh, gic insanlarla ölkə doldurur. Niyə bunların evlərindən şəhid cənazələri çıxmır? Özləri bir ömür alçaq və xain kimi yaşayıblar, gedib ölsələr heç olmasa camaatın gözündə şəhid kimi ucalarlar. Niyə hakimiyyəti qəsb edən alçaqların balalarından biri ölmür?

Əlbəttə, yəqin deyəcəksiz ki, şəhidlik uca zirvə olduğu üçün alçaqlar bu zirvəyə çata bilmirlər, onlara ancaq alçaq kimi yaşamaq nəsib olur.

Yenə də müharibə dayanandan sonra şəhid ailələri, qazilər əziyyət çəkəcək, özlərini od vurub yandıracaqlar. Xalq bu barədə ciddi düşünməlidir. Bu şəkildə ölkə hara gedir?


1694 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP