29 Sentyabr 2022

İrandakı etirazlarla bağlı

Etiraz edən fitnəkarlara, ABŞ-a, sionist rejiminə və onların Azərbaycandakı nökərlərinə xatırlatma

İranda hər il yox ha, hər ay da belə hadisələr olsa qorxusu yoxdur. Bir neçə insan küçələrdə etiraz edirlər, iç üzlərini, fitnəkarlıqlarını, sionist tulası olduqlarını, əclafsızlıqlarını aşkara çıxarırlar. Müvafiq orqanlar da onlara fürsət verir ki, özlərini tam çılpaqlığı ilə ifşa etsinlər. Bir neçə gün ərzində məscidə od vururlar, İmam Hüseyn (ə) bayrağını yandırırlar, sivil insanların əyləşdiyi avtobusu daşa basırlar, polis maşınını baş aşağı çevirirlər. Başlarındakı örpəyi açıb saçlarını kəsirlər, soyunub özlərini üryan edirlər. Bir sözlə özlərinin əxlaqsız, şərəfsiz, fitnəkar olduqlarını göstərirlər. Həmin anda müvafiq orqanların onlara ilk baxışdan müdaxilə etməməsi həm də ona səbəb olur ki, bunlara dəstək verənlər, dallarında duranlar tez bəyanat verib onların bu fəsadlara davam eləməklərini təkid edirlər. Beləliklə də həm də dallarında duran terror təşkilatları, dövlətlər, sionistlər, amerikalılar ifşa edilirlər. Bu dəfə də belə oldu. Bütün zibilləri aşkara çıxdı. Daha sonra inqilab övladları şəhərin təmizlik işlərinə baxan işçiləri müəyyən müddətdə istirahətə yollayıb özləri Tehran küçələrini zibillərdən təmizləyirlər.

Hələ bundan sonra iş başlayır. Belə ki, güc strukturları işlərini yerinə yetirəndən sonra növbəti mərhələdə inqilab övladları, İran mülkünün həqiqi sahibləri meydanlara çıxırlar. İranın müxtəlif şəhərlərində, müxtəlif meydanlarda İnqilaba, rəhbərə dəstək mitinqləri keçirir "in həme ləşkər aməd, be eşqe rəhbər aməd" (bu qədər ordular rəhbərin eşqinə meydanlara gəliblər) şüarları verirlər. Bununla da inqilab övladları sionizmə, onların İranda olan tulalarına möhkəm bir şapalaq vururlar. Allah fitnə törədənlərə, xəyanət edənlərə lənət etsin.

Üç dəstəyə səslənmək istərdik. Birinci dəstə etiraz edən fitnəkarlardır. Siz Amerikaya güvənir və ölkədə Amerika, İsrail kimi rejimlərin yıxa bilmədikləri bir İslam Dövlətini yıxmağa cəhd edirsiz. Hər dəfə də qarışqa kimi əzilməzdən əvvəl özünüzü ifşa edirsiz. Amma düşünmürsünüz ki, Amerika sizə dəstək versəydi illərin sanksiyasını ləğv edərdi. Uzun illərdir Amerika İrana sanksiya tətbiq edib bu yolla dizə gətirmək istəyir. Bu da o deməkdir ki, deməli Amerika illərdir sizə zülm edir. Siz isə o qədər bişüur olmusunuz ki, sizə illərdir sanksiya tətbiq edən, dolanışığınızı çətinləşdirmək istəyən rejimlərə özünüzü qurban verib onların nölərçiliyini edirsiz.

ABŞ və sionist rejim, həmçinin Avropa ölkələri də bilsin ki, sizin bütün etdikləriniz boşunadır. Allahın köməkliyi ilə İranda heç nəyə nail ola bilməyəcksiz. Bütün planlarınız keçmişdə olduğu kimi bu illərdə də alt üst olacaq, necə ki, oldu da.

Azərbaycandakı sionist nökərlərinə gəldikdə isə bu bədbəxtlər yəni sionist nökəri olan pantürklər də ürəklərində "Təbriz sevgisi" olaraq gəbərib gedəcəklər. Əslində onların qəlbində Təbriz sevgisi deyilən bir şey yoxdur. Onlar sionist nökərləridir. Təbriz onlar üçün sadəcə bir bəhanədir. Sadəcə bu alçaqlar o qədər mənəviyyatsız, şərəfsiz insanlardı ki, İranda lütlənib əxlaqsızlıq etmək istəyən qızlarla Təbrizi alıb Turan qurmaq, sonra onu da Türkiyənin, Azərbaycanın gününə döndərməyə, orda da lütlənməyə çalışırlar. Onlar o qədər şərəfsiz məxluqlardı ki, bir dəstə saçını kəsən, lütlənən qızların arxasında gizlənir, özlərinin əxlaqsız olduqlarını, Təbrizin, İranın, farsın bəhanə olduğunu sübut edirlər. Əslində məqsədləri İranda İslam İnqilabı və dövlətini aradan aparmaqdır. Qalan hər şey bəhanədir.

Üç dəstənin üçü də bilsin ki, bu arzunuzu qəlblərinizdə qəbirlərinizə aparacaqsız. Allahın izni ilə Allahın ordusu hər zaman qalibdir!


482 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP