02 Oktyabr 2022
Gözlər İrana dikiləndə heç yeri görmür

Polislər ilə bağlı bir məsələni qeyd edək. İranda hər şeyi qara, hər yeri odlu - alovlu göstərmək istəyən qaragüruhçuların bəxti onda gətirir ki, onların ağaları olan sionistlərin İrandakı nökərləri İranda iğtişaş törədəndə dağıdıb tökməklə məşğul olurlar. Düzdür, onlar belə etməklə, sivil insanların, insanlığın, məscidlərin, Allahın düşməni olduqlarını ortaya qoyurlar. Digər tərəfdən isə onlar bu cür dağıdıb tökəndə daha çox dəhşətli mənzərə yaranır. Təbii olaraq da polis daha sərt tədbirlərə əl atır. Amma Azərbaycanda beş on nəfər aksiyaya çıxır, heç bir dağıntı, yandırma halları baş vermir, sivil, dinc bir formada haqlarını tələb etdikləri üçün polis də etdiyindən daha sərt rəftar etmir. Belə olan halda elə görünür ki, Azərbaycanda bu mənada sakitçilikdir və işıqlandırılası heç nə yoxdur. Amma Azərbaycanda da İranda olduğu kimi aksiya iştirakçıları vurub dağıtsaydılar, bu qədər zülm edən polis nəfərləri daha sərt rəftar edərdilər. Nəticədə Azərbaycanda İrandan daha dəhşətli bir səhnə ortaya çıxardı. Düzdür, həmin vaxtda da sionist nökəri, pulu İrana hürməkdən çıxan media və siyasət adamları yenə bu hadisələr sanki heç Azərbaycanda deyil, hansısa Afrika qitəsindəki ölkələrin birində baş verirmiş kimi susacaq, kor gözlərini və qulaqlarını tıxayacaq, ağızlarını açıb ancaq İrana hürəcəkdilər.