Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2022

Gözlər İrana dikiləndə heç yeri görmür

İranda bir neçə günlük iğtişaşlar olanda Azərbaycanda da digər ölkələrdə olduğu kimi İslam Respublikasının rəhbərliyinə hürənlər olmuşdu. Onlar həmin anda Zeynəb adlı iraqlı qızın ABŞ qüvvələri tərəfindən qətlə yetirilməsinə göz yumduqları kimi Azərbaycanda da 30 sentyabr tarixində zillət məclisinin önündə olan AXCP aksiyasına biganə yanaşdılar. İrana hürən, şiə dövlətini, dolayısı ilə dünyada şiələri zəiflətmək istəyən sionist tulaları Azərbaycanda baş tutan bu aksiyaya biganə yanaşdılar. Hətta diqqət çəkən budur ki, bu aksiyada xanımlar da əziyyət çəkdilər, onlar da polislər tərəfindən həbs edilir və polis maşınlarına doldurulur, polis bölmələrinə aparılırdılar. Bəs qadın azadlığı bəhanəsi ilə İrana hürən Zaur Qəriboğlu, İqbal Ağazadə, Cahandar Bəyoğlu kimi nadürüstlər, şiə düşmənləri hansı cəhənnəmdədilər, niyə hürmürlər?

Polislər ilə bağlı bir məsələni qeyd edək. İranda hər şeyi qara, hər yeri odlu - alovlu göstərmək istəyən qaragüruhçuların bəxti onda gətirir ki, onların ağaları olan sionistlərin İrandakı nökərləri İranda iğtişaş törədəndə dağıdıb tökməklə məşğul olurlar. Düzdür, onlar belə etməklə, sivil insanların, insanlığın, məscidlərin, Allahın düşməni olduqlarını ortaya qoyurlar. Digər tərəfdən isə onlar bu cür dağıdıb tökəndə daha çox dəhşətli mənzərə yaranır. Təbii olaraq da polis daha sərt tədbirlərə əl atır. Amma Azərbaycanda beş on nəfər aksiyaya çıxır, heç bir dağıntı, yandırma halları baş vermir, sivil, dinc bir formada haqlarını tələb etdikləri üçün polis də etdiyindən daha sərt rəftar etmir. Belə olan halda elə görünür ki, Azərbaycanda bu mənada sakitçilikdir və işıqlandırılası heç nə yoxdur. Amma Azərbaycanda da İranda olduğu kimi aksiya iştirakçıları vurub dağıtsaydılar, bu qədər zülm edən polis nəfərləri daha sərt rəftar edərdilər. Nəticədə Azərbaycanda İrandan daha dəhşətli bir səhnə ortaya çıxardı. Düzdür, həmin vaxtda da sionist nökəri, pulu İrana hürməkdən çıxan media və siyasət adamları yenə bu hadisələr sanki heç Azərbaycanda deyil, hansısa Afrika qitəsindəki ölkələrin birində baş verirmiş kimi susacaq, kor gözlərini və qulaqlarını tıxayacaq, ağızlarını açıb ancaq İrana hürəcəkdilər.


450 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP