08 Oktyabr 2022
Azərbaycanda vəhhabilərin at oynatması kimə sərf edir?

Azərbaycanda isə bu sözlər elə belə sözlər deyil. Necə deyərlər od olmayan yerdən tüstü çıxmaz. Məsələn, elə indilərdə xəbərlər yayılıb ki, şiə diyarı olan gözəl Lənkəranımızda qazini döyən vəhhabilərdən Lənkəran rayon prokuroru Tariel Ələkbərov rüşvət alaraq azadlığa buraxıb. Bu məsələ müvafiq orqanlar tərəfindən araşdırılmalıdır ki, dövlətin içində kimlər xəyanət edirlər. Kimlər ölkədə vəhhabi - şiə qarşıdurması yaratmağa çalışırlar?
Bildiyimiz kimi vəhhabilərin öz içində belə parçalanmalar mövcuddur. Məsələn, vəhhabilərin arasında xəvaric, qismən xəvariclər, oturaq xəvariclər mövcuddur. Onların müqabilində ölkədə asayişi pozmanın haram olduğunu, ölkə başçısının əleyhinə iş görmənin düzgün olmadığını deyən vəhhabilər var. Düzdür ki, biz bunların əslində hamısının biri bezin qırağı olduğunu düşünür, ilanın ağına da lənət, qarasına da deyirik. Amma məsələ burasındadır ki, ölkədə hər vəhhabi qarşıdurma çıxartmaq əzmində olmaya bilər. Qarşıdurma istəyən dəstələr isə qazi döydükləri üçün həbs edilib rüşvət müqabilində azadlığa buraxılırlar. Bunların azadlığı görəsən niyə təmin edilir? Vəhşi, insanlıqdan çıxan bu yırtıcı təsiri bağışlayan məxluqlar vasitəsilə yoxsa Azərbaycanı Suriyanın, Pakistanın gününə salmağa çalışan və bu işdə maraqlı olanlar var?
Onu da unutmayaq ki, 44 günlük Qarabağ müharibəsində şiələr canfəşanlıq edib totpaqları almalarına baxmayaraq sünnü prezident olan Ərdoğanı daha çox bu işin qalibi, qəhrəmanı kimi xalqa təqdim edirlər. Ərdoğanın isə vəhhabilərdən ibarət dəstələrinin olduğunu bildirirlər. İstər bu vəhhabi terrorçularına Azərbaycanda yaşaymaq üçün yer verilməsi nöqteyi nəzərindən, istərsə də sabah biri gün Azərbaycanın Suriyaya döndərilməsi məsələsi qabağa gələndə bu terrorçulardan istifadə etmək cəhətindən bu məsələ gündəmdə saxlanmalıdır. Bu səbəbdən də Rəcəb Təyyib Ərdoğan daim vəhhabiləri himayə, İŞİD- ə atalıq edən bir ünsür kimi tanıdılmalıdır. Ümumiyyətlə isə Azərbaycanda, xüsusilə də Lənkəranda möminlər ayıq sayıq olmalıdır. Təxribata da uymaq olmaz. Həmçinin ölkədə vəhhabilərin at oynatmasına icazə də vermək olmaz. Çünki vəhhabilərin Azərbaycanda at oynatması və buna icazə vermək ABŞ, ingilis kimi şər dövlətlərin maraqlarına və mənafeyinə tam olaraq uyğun bir hadisədir. Onların isə müsəlman ölkələri üçün cızdıqları olanlar ancaq müharibə, qarşıdurma, dağıdıb xaraba qoymaqdan, sərvətini talamaqdan ibarətdir. Allah özü kömək olsun.