02 Noyabr 2022

Allahşükür nə vaxtdan İslam, şiə, azərbaycanlı dərdi çəkən olub?

Allahşükür Paşazadə İslam dinini təhqir edən və anasını söyənlərə küçüklük edən jurnalist Şahin Ağayevə müsahibə verib. Müsahibənin bir parçası (yəqin ki, parça parça) sosial şəbəkələrdə yayılıb. Sadəcə ehtiyac yoxdur ki, Paşazadənin hər dediyini burda yazıb cavab verək. Onsuz da Allahşükür Paşazadə deyilərkən ağıla İslam dini, Allah yox, KQB agenti, müstəqillik dövründə zalım hakimiyyətə yaltaqlıq edən, ölkədəki zülmlərə göz yuman, xaricdə villalar alan, bizneslə məşğul olan insan gəlir. Bu cür insanın dedikləri ciddi qəbul edilməməlidir. Amma madam ki, qarşımıza dediklərindən bir hissə çıxıb, bir neçə kəlmə yazsaq pis olmaz.

Əvvəla, İran haqqında tez tez Allahşükür Paşazadə də bu necə İslamdır, bu hansı İslama sığır, İslam qanunlarına ziddir kimi sözlər deyir. İslam dərdi çəkən adam birincisi Şahin Ağayevin üzünə bir lomba tüpürməli idi. Biz demirik ki, oturduğu stula sığışmayan Allahşükür Paşazadə Şahinin cücə boğazını sıxıb onu boğub oradaca öldürsün, deyirik ki, heç olmasa statusuna arxalanıb bir lomba Şahin Ağayevin murdar sifətinə tüpürsəydi, bilərdik ki, Allahşükür müəllim İslam dərdi çəkir. Mirşahinə utanmadan müsahibə verir, müsahibəsində isə öz ərazilərində hərbi manevrlər keçirən İranın haqqında deyir ki, bu İslama ziddir.
Allahşükür Paşazadənin heç zaman İslam dərdi çəkməməsi hamıya bəllidir. Çünki o İslam dərdi çəksəydi sionistlərin tırkasına gedib şiə dövləti əleyhinə danışmazdı. Özü də gözəl bilir ki, İranın başqa dövlətlər və onların əraziləri ilə işi yoxdur. Amma öz dövləti, 80 milyonluq xalqı üçün sionistlərin at oynatdığı Azərbaycandan belə təhlükə olsa tədbirini görür. Məgər Allahşükür Paşazadə İrandan təhlükə görsə tədbir görməyəcək? Paşazadə İslam dərdi çəksəydi bir dəfə Azərbaycan hakimiyyətinə sionist İsrail rejiminin qulu olmamasına dair çağırış edərdi. Bir dəfə çıxıb Türkiyə hakimiyyətini sionist İsrail rejiminin əlaltısı olmamağa çağırardı.

Allahşükür müəllim heç şiə dərdi də çəkən deyil. Halbuki müsahibəsində şiə dövləti olan İranın güya Azərbaycan şiələrinə hörmətsizlik etməsindən dəm vurur. İran doğrudan da nə etməli idi? Ölkə uzun illərdir blokada şəraitində yaşayır, ayaqda qalmaq üçün müəyyən ölkələrlə əməkdaşlıq edir. Siz isə sionist rejimə, onun əlaltısı olan Türkiyəyə uyub İrana zərbə vurmaq istəyirsiz, şiə düşünən adam öz hakimiyyətinə deyər ki, niyə İranda yaşayan milyonlarla şiə əleyhinə işlər görürsüz.
İran hakimiyyətinin Azərbaycan şiələrinə verdiyi xeyirləri saymaqla bitməz. Qarabağ müharibəsində Hikmət Hacıyevin və başqa siyasilərimizin etiraf etdikləri kimi İranın Azərbaycana hərbi, sosial yardımlar etməsi bir yana qalsın, sizin kimi KQB "mollalarının" ucbatından İslam dininin abrı getdiyi bir vaxtlarda İran minlərlə azərbaycanlıya öz ölkəsində savad verib Azərbaycanda dini yaydı. Minlərlə kitab tərcümə edilib vətəndaşların xidmətinə verilibsə İranın yetişdirdiyi ruhanilər tərəfindən edilib. Görəsən Allahşükür özü bir broşur tərcümə edib yaxud xalqa fayda verən on səhifəlik də olsa kitab yazıbmı?

Daha sonra Allahşükür müəllim deyir ki, qardaşımız bizi ermənilərə satıb. Görəsən niyə özlərinin qardaşlarını (İranı) İsrailə satmasından danışmır. Bundan danışanda deyəcəklər ki, bu siyasətdir, Azərbaycan müstəqil siyasət aparan ölkədir və istənilən ölkə ilə əlaqələr qura bilər. Görəsən bunu İran niyə edə bilməz? Əgər qardaşa xəyanət olmazsa və sənin düşməninlə əlaqələr qurmaq qardaşa xəyanət sayılırsa sən də gərək bu işi etməyəsən.

Azərbaycan xalqına xəyanətə gəlincə, görəsən xalqın hakimiyyət tərəfindən məhv edildiyi, qazilərin özlərini yandırdıqları, işsizliyin ölkədə baş alıb getdiyi, ruhanilərin həbs edildiyi, min cür şərəfsizliyin ölkədə dəbdə olduğu bir vaxtda Allahşükür bəyin ağzına su alıb susması, bütün bunlara bais olanları tərifləməsi Azərbaycan xalqına xəyanət deyilmi? Heç bir xalqın gözündə dəyərə sahib olmayan bir idarədə rəhbərlik məqamını itirməməkdən ötrü bunca zülmlərə susmaq görəsən Azərbaycan xalqına xəyanət deyilmi? Nə vaxtdan xalq dərdi çəkmisiz? Nə vaxtdan İslam, şiə dərdi çəkən olmusuz axı?!


2248 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP