27 Noyabr 2022
40 milyon azərbaycanlının dilinin dərdini çəkmək əvəzinə...

Dərd də budur ki, indiyədək nəinki təhsil, tibb, heç texnika sahəsində belə Biləcəridən o tərəfə gedən bilməyənlər, sionist PUA-sına, Ərdoğanın tülkülüyünə inananlar İranla müharibə etmək istəyirlər. Adicə bir eşşək arabası belə ixtira edə bilmirlər. Əlbəttə əslində onlar da müharibə etmək istəmirlər. Bəli istəmirlər, çünki bilirlər ki, İran Ermənistan deyil ki, sionist İsrail rejiminə, tülkü Ərdoğana inanıb onun üstünə şivənlik edəsən. İran həmin ölkədir ki, dünyanı lərzəyə salan silahlara və texnikaya sahibdir. Başqa sözlə desək İran hazırda ABŞ, İsrail, hətta tülkü Ərdoğanın da it kimi qorxduğu ölkədir.
40 milyon azərbaycanlının dilinin dərdinə düşənlərin ölkəsində əziz ziyalılarımız işsiz gücsüz qalıb kasıblamasınlar deyə dilçilik universitetində oturub dovşan sözünün haqqında necə islahatlar aparmaq olar barədə düşünürlər. Ermənistan ilə müharibədə isə qaçıb dovşan kimi gizlənənlər doğrudan da şirin quyruğu ilə oynayırlar.
Təsəvvür edin ki, iranlı azərilərlə oturub dovşan sözünü müzakirə edirik ki, görəsən dovşan deyilməlidir, yoxsa doşan? Ölkədə pis vəziyyətə etiraz etmək əvəzinə boş boş işlərlə məşğul olan əziz ziyalılara etiraz edib niyə xain hakimiyyətin əleyhinə bir tədbir görmürsünüz deyən olanda da 40 milyon azərbaycanlının dil dərdinə düşən hakimiyyət bu yazıqların dilini ağzından dartıb çıxaracaq. Odur ki, sən Allah əl çəkin 40 milyon azərbaycanlıdan. Qoyun rahat gedib işlərini görsünlər. Siz gedin Bülənt Ersoyu gətirib Azərbaycan xalqını təhqir edin.