Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2022

40 milyon azərbaycanlının dilinin dərdini çəkmək əvəzinə...

Azərbaycanda elə hadisələr baş verir ki, adam bilmir ki, gülsün yoxsa ağlasın. Telekanalizasiyalardan tutmuş bəzi insanlara qədər eşidirik ki, İranda yaşayan 40 milyon azərbaycanlının dil dərdini çəkməyə çalışırlar. Halbuki neçə milyon soydaşımız var ki, rusca, ingiliscə gözəl danışmaq öyrənib. Bilirsən niyə? İki səbəbə görə. Birincisi ona görə ki, Azərbaycanda rus və ingilis dili bilməyənlər adam yerinə qoyulmur, işlə təmin edilmir. İkinci ona görə ki, onlar Rusiyada və Avropada yaşayırlar. Çünki öz ölkələrində Azərbaycan dilində danışa bilmələrinə baxmayaraq bir qarın çörəkdən ötrü tərk vətən edib gediblər xarici ölkələrə. Hələ bəziləri Azərbaycan hakimiyyətindən qaçıb Avropanın Fransa, Almaniya kimi ölkələrinə pənah aparıblar. Həm fəhləli və s. edirlər, həm də Yutubda bütün günü Azərbaycan hakimiyyətini söyürlər. Azərbaycanda isə 40 milyon azərbaycanlının dil dərdini çəkirlər. Deyirlər ki, İranda 40 milyon azərbaycanlının öz dilində məktəbi yoxdur. Təsəvvür edin ki, şiə dövləti olan İranı parçalamaq istəyən bu axmaq kütlə Azərbaycan məktəblərində baş alıb gedən haqsızlığı, savadsızlığı görməzdən gəlirlər. Güya indi bu axmaq zümrə iranlı azərbycanlıları Azərbaycana gətirib, yaxud da Təbrizi alıb orada məktəblər açacaqlar, sonra da yazıq təbrizlilər məktəbə rüşvət verməkdən boğaza yığılacaqlar. Savadlanmaq istəyən təbrizli də üz tutacaq İranın farsların əlində olan hissəsində yerləşən xəstəxanalarda qulaqlarını, gözlərini müalicə edəcəklər. Gör bu axmaq kütlədə zərrə qədər də olsa ağıl var?

Dərd də budur ki, indiyədək nəinki təhsil, tibb, heç texnika sahəsində belə Biləcəridən o tərəfə gedən bilməyənlər, sionist PUA-sına, Ərdoğanın tülkülüyünə inananlar İranla müharibə etmək istəyirlər. Adicə bir eşşək arabası belə ixtira edə bilmirlər. Əlbəttə əslində onlar da müharibə etmək istəmirlər. Bəli istəmirlər, çünki bilirlər ki, İran Ermənistan deyil ki, sionist İsrail rejiminə, tülkü Ərdoğana inanıb onun üstünə şivənlik edəsən. İran həmin ölkədir ki, dünyanı lərzəyə salan silahlara və texnikaya sahibdir. Başqa sözlə desək İran hazırda ABŞ, İsrail, hətta tülkü Ərdoğanın da it kimi qorxduğu ölkədir.

40 milyon azərbaycanlının dilinin dərdinə düşənlərin ölkəsində əziz ziyalılarımız işsiz gücsüz qalıb kasıblamasınlar deyə dilçilik universitetində oturub dovşan sözünün haqqında necə islahatlar aparmaq olar barədə düşünürlər. Ermənistan ilə müharibədə isə qaçıb dovşan kimi gizlənənlər doğrudan da şirin quyruğu ilə oynayırlar.

Təsəvvür edin ki, iranlı azərilərlə oturub dovşan sözünü müzakirə edirik ki, görəsən dovşan deyilməlidir, yoxsa doşan? Ölkədə pis vəziyyətə etiraz etmək əvəzinə boş boş işlərlə məşğul olan əziz ziyalılara etiraz edib niyə xain hakimiyyətin əleyhinə bir tədbir görmürsünüz deyən olanda da 40 milyon azərbaycanlının dil dərdinə düşən hakimiyyət bu yazıqların dilini ağzından dartıb çıxaracaq. Odur ki, sən Allah əl çəkin 40 milyon azərbaycanlıdan. Qoyun rahat gedib işlərini görsünlər. Siz gedin Bülənt Ersoyu gətirib Azərbaycan xalqını təhqir edin.


568 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP