27 Dekabr 2022

İran casusu olmamağın meyarı

Deputatxanada təyinatla oturan, heç bir işə yaramayan iki zillət vəkili var. Biri əvvəllər müxalifət idi, sonra nə vəd verdilər, necə hədələdilərsə müxalifəti tərk edib rejimin bir nömrəli yaltaqlarından birinə çevrilib. Adı Razi Nurullayevdir. Hakimiyyət ondan, o da hakimiyyətdən razıdır. Razı olmasaydı onun deputatxanada nə iti azmışdı. Razi isə mollalardan narazıdır. O dəfə beş altı nəfəri başına toplayıb deyir ki, mən yas məclisinə gedəndə bilmirəm ki, İrandayam yoxsa Azərbaycanda. Görün bu adamda ağıl var? Utanmaz utanmaz deyir ki, mən bilmirəm İrandayam yoxsa Azərbaycanda. Əgər bilmirdinsə niyə onda demirdin? Niyə gözləyirdin ki, İranla Azərbaycanın arası dəysin, sonra sənin kimi sionist nökərləri dövriyyəyə girib hürməyə başlasınlar? Bilirsən niyə demirdin? Ona görə ki, ümumiyyətlə yaslarda özünün İranda olduğunu bilirdin. Ya da İranda olduğunu düşünürdün amma müstəqil olmadığın üçün danışmırdın. O vaxtlar sənə səni deputatxanada satqınlığının müqabilində əyləşdirən ağaların hürmə əmri verməmişdilər. Ona görə də hürmürdün.

İkinci zillət vəkili Ceyhun Məmmədov. Suriyada oxuyub. Deyirlər ki, özü vəhabilərin ölkədə bir nömrəli şpiyonudur. Deputatxanaya təyin olunmazdan qabaq İlahiyyat universitetinin müdiri olub.

İlahiyyat universitetini də bilirsiz də həqiqi İslamın müqabilində qondarmış, alkaşın biri olan Mübariz Qurbanlının sədri olduğu DQDK-nin balansına vermişdilər. Bu universitetdə əvvəli Bismillah ilə yox rejim böyüklərinin adı ilə söhbətə başlayırdılar, özləri kimi sekulyar möminlər, ilahiyyatçılar yetişdirirdilər. Amma xalq bunların necə saxtakar olduğunu gözəl bilir.

Bu məxluq da deputatxanada deyib ki, mərsiyəxanlar İrana işləyirlər. Burda yalançının dədəsinə lənət demək gəlir insanın içindən. Amma Razi və Ceyhun kimi məxluqlara görə atasına niyə lənət oxuyaq. Əgər doğrudan da ataları bunları haram loğma ilə böyütdüyü üçün onlara da lənət düşürsə Allah bilsin onlarla.
Bəs yaxşı İran agenti olmağın meyarı nədir. Hə, bu dığalara onları deputatxanada oturdan sionist İsrail rejimi dönə-dönə tapşırıb ki, dinlə əlaqəli olan nə qədər mərsiyə oxuyan, din tələbəsi, dindar və s. varsa hamının haqqında deyin ki, İran agentləridir. Belə olan halda onların bəzisi canının, bəzisi malının, bəzisi işlərinin əlindən çıxmaması üçün o an İran əleyhinə bəyanat verəcəklər ki, bəs İslam dininin təməlində sülh var, İran isə mənfur siyasətindən əl çəkməlidir. İş bu qədər bəsitdir. Meyar bəlli oldu. Siz sağ, biz salamat. Allah İslamın düşmənlərinin kökünü kəssin.


651 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP