02 Yanvar 2023
Akif Çovdarovdan kim niyə qorxur?

Akif də o zamanlar xalqa ziyan vurduğu üçün tutulmamışdı. Sadəcə inək kimi sağıldıqdan sonra artıq ona ehtiyac qalmamışdı. Başqalarını gətirirdilər ki, onları da bir az soya bilsinlər. İndi də Akif Çovdarova qaytarılan pullar o, bu pulları haqq etdiyi üçün ona qaytarılmayıb. Çünki söhbət haqq etməkdən getsəydi nahaqdan zindanda çürüdülən, şərlənən insanlar buraxılardı. Sifarişli məhkəmə onları buraxmaq əvəzinə illərdir zindanda saxlayır. Bəs söhbət nəyin söhbətidir? Bəli, söhbət ondan gedir ki, özünə arxalanan, xalqın başını dəmir yumruqla əzən alçaq hakimiyyət Akif Çovdarovun əlində olan materiallardan qorxduğu üçün ona pulunu qaytarıb. Ondan başqa MTN naziri Eldar Mahmudov da azadlıqdadır. Cinayətkar tutulmaq əvəzinə azadlıqda kef edir. Niyə tutulmur? Çünki əlində hakimiyyətə məxsus olan video materiallar mövcuddur. Xalqın başında dəmir yumruq partladan alçaq hakimiyyət görünür Akif və Eldar cütlüyündən nəyi var qorxur. Doğrusu budur ki, hakimiyyət rəzil olduğu qədər rəzil olub. Amma görünür hələ açılmayan çox sirlər var. Gün gələr onlar da açılar.