24 Yanvar 2023

Nemət Pənahlının kəlləməyallaq jesti

Nemət Pənahlı bu yaxınlarda hakimiyyətin bir nömrəli trollarından və sionistlərin bir nömrəli nökərlərindən olan Rauf Arifoğlunun studiyasında aparıcının xahişi ilə stulun üstündə kəlləməyallaq dayanıb. Bizim sözümüz bunda deyil ki, niyə görə Müsavatın studiyasına İran əleyhinə hürməyə gələn sionist nökərlərinin dalını qoyduğu yerə Nemət başını qoyur? Axı hər şeyin bir yeri var. Stul dal qoymaq üçündür baş yox. Xüsusilə Nemət Pənahlının başı dal qoyulan yerə qoyulmalıdır. Çünki qiymətli başdır. Belə ki, bildiyimiz qədərilə Nemət Pənahlı ixtiralar etməyi bacaran adamdır. O günlərdə klonkadan peç düzəltmişdi. Doğrusunu desək bilmirik ki, özünə bazar qura bildi, dövlət onun bu məharətindən istifadə edə bildi yoxsa yox. Hər halda adam o yolla məhşur olsaydı, pul qazansaydı İran əleyhinə danışıb sionist nökərçiliyini göstərməzdi. Çünki İran əleyhinə danışan sionist nökərləri ya məhşur olmaq üçün, ya da dolana bilmək üçün bu işi görürlər. Misal üçün Sərdar Cəlaloğlu kimi. O da alimdir, amma alimə, ixtiraya nə pul verirlər, nə də onlar ölkədə məhşurlaşa bilmirlər. Ona görə də gündəmdə qalmaq üçün İran əleyhinə hədyanlar yağdırmaq Azərbaycanda qəhrəman olmaq üçün kifayət edir.

Söhbətdən çox yayındıq. Deməli Nemət Pənahlı bu yaxınlarda dedik ki, başı üstə dayanıb. Əslində 61 yaşlı bu adamın belə etməsi məncə siyasi bir jestdir.

İndi isə fikrimizi izah edək. Deməli Pənahlı bəy Milli Azadlıq Hərəkatı illərində laçın, uzunsaç bir oğlan idi. Yaşından, cavanlığından, laçınlığından istifadə edib gənc qızlarla gəzib, əylənə bilərdi. Amma bu cür potensiala sahib olan laçın oğlan ömrünün gözəl çağlarını siyasətə, ya da başqa sözlə xalqa, millətə, müstəqilliyə həsr etmişdi. Azadlıq Meydanında Milli Azadlıq Hərəkatına rəhbərlik edənlərin sırasında, tribunada olardı. O vaxt orda olanlar bilir ki, Nemət Pənahlı camaata deyirdi ki, oturan ermənidir, yaxud duran ermənidir. Camaat da bu adamın bu cür sözlərini ciddi hesab edib oturmağı və ya durmağı padlo hesab edirdilər.

İndi isə Nemət Pənahlı Azərbaycan hakimiyyətinin ermənilərlə birgə qardaş, dost kimi yaşamaqdan ötrü ermənilərə yalvaran gəncləri ora göndərməsini görüb təəssüflənib. Öz özlüyündə bəlkə də deyib ki, mən bu gənclərdən bir neçə yaş böyük olanda (çünki Pənahlı o vaxtlar 30 yaşlarında olardı) xalqın Milli Azadlıq Hərəkatının drijorlarından idim. Xalqı, oturan ermənidir duran xaxoldu kimi fikirlərlə idarə edirdim. İndi bunlar durub ermənilərə yalvarırlar. Deməli zəmanə kəlləməyəllaq gedir. Zəmanənin kəlləməyəllaq getdiyini isə Pənahlı açıq aşkar deyə bilmir, qorxur ki, ermənilərə yalvaranların sponsorları onu həbs edərlər. Ona görə də fikrini məyəllaq dayanmaqla camaata bildirib. Əlbəttə bu bizim nəzərimizdir. Pənahlı bəyin özünün bu cür düşünüb düşünməməsini deyə bilmərik.


1715 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP