01 Fevral 2023

QMİ-nin İran borcu

Azərbaycanda bir idarə var

Adı Qafqaz Müsəlmanları İdarəsidir. Qısa olaraq QMİ də deyirlər. İdarənin adında Qafqaz sözü keçsə də nəinki Qafqazda heç ölkədə, heç paytaxtda belə bu idarənin bir qəpik hörməti yoxdur. İldə çıxıb iki dəfə mübarək Ramazan ayının və Məhərrəm ayının gəlişi münasibətilə "fətva" verirlər.

Azərbaycan deputatxanası kimi QMİ də ölüxanadan başqa bir şey deyil. Bir idarənin başçısı ki, Şeytanşükür adlanır, yaxud da şeyxor islam deyə anılır o idarədən nə gözləmək olar axı. Yadımda ikən deyim ki, ildə iki dəfə "fətva" verməkdən əlavə bir də QMİ İran əleyhinə sərsəm bəyənatlarla yaddaşlarda qalır. Başqa sözlə desək İranla Azərbaycanın arası dəyəndən dəyənə QMİ də dirilir, "İslam" bu idarənin yadına düşür. Bir də ayılır ki, vay dədəm vay İran İslam adından danışır və İslama zidd olan sözlər deyir, qərarlar verir. Özlərini İslamın hamisi hesab edib İrana İslam dərsi keçirlər. Utanmadan, nə Allahdan nə də bəndədən zərrə qədər həya etmədən həyasızcasına deyirlər ki, Azərbaycan hakimiyyəti İslamın himayədarıdır, İslami dəyərlər ölkədə qorunur. Amma İran isə İslam əleyhinə iş görür.

Şəxsən bizim fikrimizə əsasən QMİ -nin sərsəm bəyanatları heç öz işçiləri tərəfindən yazılmır. Şəxsən Allahşükür müəllimin heç o bəyanatın mətnindən bəlkə xəbəri də yoxdur. Allah bilir səhər yuxudan durub internetdə görüb ki, QMİ İran əleyhinə bəyanat verib, əsəbiləşib. Zəng vurub müavinlərinə deyib ki, bu zəhrimarı yazırsız yazın sözüm yoxdur. Amma mənə də xəbər edin. Nə də olsa mən sizin böyüyünüz, bütün Qafqazın da ömürlük şeyxiyəm. Onalar da and içiblər ki, Allahşükür müəllim, Allah haqqı xəbərimiz yoxdur. Sizdən eşidirik bunu. Hansı saytda gedib bəyənat? Vatsapda atın baxaq.
Hə beləcə QMİ ömrünü israf edə edə gedir.


585 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP