25 Fevral 2023

Təki Türkiyə "sağ" olsun

Azərbaycanda nə qədər insanın dolana bilmədiyini, qazilərin özlərini yandırdıqlarını, vəziyyətin gündən günə pis olduğunu, bahaçılığın baş alıb getdiyini bildikləri halda bir çox azərbaycanlı özünün acından ölən azərbaycanlısını ölümə tərk edib Türkiyəyə yardım etmək üçün qaçdı.

Doğrudan da bu cür insanlara Allahdan ağıl, insaf istəməmək əldə deyil.

Hətta deyilənə görə müəllimlərin və süpürgəçilərin maaşlarından kəsib insanlıq adı altında Türkiyəyə yollayıblar. Bunun müqabilində kimsə soruşsa ki, 55 qazi özünü yandıranda Ərdoğan və Türkiyə hakimiyyəti nə qələt etmişdi, insanı ədəli dədəli ölkədən sürgün edərlər. Adına da ermənipərəst deyərdilər. Azərbaycan xalqı uzun illərdir Əliyevlər ailəsinin əlində Çin işgəncəsi görür. Ərdoğan şərəfsizi nə zaman alçaq Azərbaycan hakimiyyətinin qulağını bir dəfə burub xalqa niyə əziyyət edirsən deyib?

Ərdoğanın Qarabağı geri almaqda köməkliyi də Qarabağda şirkətlərini açmasıdır. Elə də oldu.
Heç Türkiyə xalqının da bir dəfə Ərdoğana niyə alçaq, şərəfsiz Azərbaycan hakimiyyətinin tərəfini saxlayırsan deməsini görmədik.

Bizim ölkədə isə Ərdoğana, Türkiyə hakimiyyətinə, Türkiyənin özünə qurban olmağa dünəndən hazır olanlar var. Bunun təməli də müstəqillik dövründə Əbülfəz Elçibəyin tərəfindən qoyulub. Elçibəy deyərdi ki, əsas odur ki, Türkiyəyə heç nə olmasın. Yəni, Azərbaycan dağılsa da olar, parçalansa da, məhvə məhkum olsa da. Adam özünü müstəqil dövlətin prezidenti kimi Türkiyə Cümhuriyyətinin prezidentinin bir kənddə valisi kimi hiss edirdi. Əsas odur ki, Türkiyə sağ olsun. Əslində bizdə zəlzədən sonra Türkiyənin başı sağ olsun deyənlər bütövlükdə Türkiyə sağ olsun demək istəyirdilər.

Amma bir də İrana baxırıq. İran İslam Respublikasının banisi İmam Xomeyni ağa buyurardı ki, bilsək ki, İslam üçün faydası var İrana od vurub yandırarıq.


771 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP