23 Mart 2023

Dəli ilə bambılının fərqi

Deyir bir nəfər axşam vaxtı dəlixananın yanından maşınla keçəndə necə olursa maşının bir təkəri çıxır və maşın böyrü üstə yıxılıb qalır. Axşam vaxtı sürücü düşünür ki, necə etsin ki, təkərin xırdavatını tapıb təkəri yenidən bağlasın. Birdən dəlixananın həyətində bir dəli ona deyir ki, nəyi gözləyirsən? Sürücü deyir ki, nə edim ki, görmürsən təkər uçdu? Dəli deyir ki, o biri üç təkərin hərəsinin bir şrubunu çıxart yerindən çıxan təkəri bağla. Hərəsinin üç şurubu olsun. Birtəhər özünü çatdır şəhərə. Orda təmir edərsən. Sürücü mat məəttəl qalır ki, vay dədəm vay, mənim ağlıma gəlməyən şey dəlinin ağlına gəlib. Dəlidən soruşur ki, sən orda neynirsən? Dəli deyir ki, mən dəliyəm də. Bura da dəlixana. Sürücü deyir ki, sən dəlisən belə ağıllı məsləhət verirsən. Bəs mənim ağlıma bu fikir gəlmədiyi üçün mən nə hesab olunuram? Dəli deyir ki, sən bambılısan.

Sürücü deyir ki, dəli ilə bambılının nə fərqi var? Dəli deyir ki, dəli dava dərmanla sağalır, amma bambılı heç vaxt sağalmır.

Deməli, cavan vaxtında gic gic deyib gülən, oynayan, gününü şou proqramlarla keçirən, qoca vaxtında sionist İsrail rejiminin ölkəmizdəki trol və casusluq missiyasını yerinə yetirən Kamran Həsənli o gün verilişinə özü kimi ikinci bir sionist nökəri olan Cahandar Bayoğlunu dəvət edib ki, gəl ağız ağıza verib İran əleyhinə hürək. Cahandar da sanki bu boyda cahan darlıq edibmiş kimi durub verilişə gedib. Qərar qoymuşdular ki, İran əleyhinə hürsünlər. Amma necə olubsa İran kənarda qalıb başlayıblar bir birini qırmağa. Kamran deyir ki, İsrail bizim dostumuzdur, bizə Qarabağ müharibəsində kömək edib. Bayoğlu isə deyir ki, əşşi marağı var idi kömək edib. Pulsuz silah bizə verməyib. Pul verib almışıq.

Əlbəttə Cahandarın bu sözünə görə onun sionist rejimin köləsi olmadığını deyə bilmərik. Baxmayaraq ki, dedikləri doğrudur. Amma biz əvvəllər də demişdik ki, sionist nökəri olmaq iki cür olur. Bir onlara rəsmi nökərçilik edirsən Kamran kimi. Bir də sionist rejimindən xoşun gəlməsə də İrana hürdüyün üçün elə sionist kimi bir şey hesab olunursan.

Həmin videoya baxandan sonra insafdandır ki, Cahandarla Kamran arasında fərq qoyaq. Deyirik ki, Cahandar dəlidir, dava dərman verəcəklər bir təhər inşallah sağalacaq. Amma Kamran Həsənli bambılıdır. Sağalmasına ümid yoxdur. İşi Allaha qalıb. Davasız dərmansız. Birbaşa Allah şəfa versə verəcək verməsə heç zad.


1682 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP