08 Oktyabr 2023

Hansı din, hansı dövlət?

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu yaxınlarda Gürcüstana səfər edib. Daha sonra müsahibə verərkən deyib ki, Gürcüstanı xarici dövlətlərin dövlət - din təsirindən qorumaq üçün orada müəyyən işlər görəcəyik. Orada da güya İrandan oxuyub gələnlərin qabağı alınacaq, Azərbaycanda olduğu kimi Gürcüstanda oxumuş din xadimləri orda fəaliyyət göstərəcək. Bundan başqa orada güya dini kolleclər olacaq. Hətta bundan ötrü guya Azərbaycan İlahiyyat Universiteti ilə də əməkdaşlıq ediləcək. O deyir:

"Gürcüstanın məscidlərində çalışan kadrların hazırlanması da gündəmdə dayanır. Biz bunu Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi ilə də müzakirə etmişik. Hazırda Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) rəhbərliyi Gürcüstanda dini kolleclərin yaradılması fikrini irəli sürür. Belə dini kolleclərin yaradılması istiqamətində addımlar atılacaq, biz də öz dəstəyimizi verəcəyik. Gürcüstanda azərbaycanlıların dini ibadətlərini yerinə yetirdikləri məscidlərdə məhz Gürcüstanda yaradılmış kolleclərdə təhsil almış imamların ibadətləri həyata keçirməsi nəzərdə tutulur. Hazırda burada ibadətləri həyata keçirən din xadimlərinin təhsillərinin yüksək səviyyəyə qaldırılması ilə bağlı biz də Azərbaycan İlahiyyat institutu vasitəsilə işlər həyata keçirəcəyik." Bu çərənləmələri DQDK-nin rəsmi internet saytında yerləşdirilib.

Doğrudan da adam nə qədər həyasız olmalıdır ki, durub özünü şiə dünyasının iki böyük elmi mərkəzi olan yerlərdən birindən, yəni Qum elmiyyə hövzəsindən üstün biləsən. Hansı ki, Qumda dərs deyən ustadların tələbələrinin ayağının bildiyini Mübariz Qurbanlının ustadının heç başı bilmir. Güya bu fərsizlər ölkədə düz əməlli dini mühit yaratdılar, qaldı Gürcüstan.

Baxın Mübariz Qurbanlı əslində özü də İslam dini yox öz modellərinə uyğun nəsə düzəldib adını İslam qoyduqları bir dini mühüt yaratmaq istəyir. Gərək Gürcüstandakı ruhanilər Mübarizi iti qovan kimi qovardılar. Çünki bunlar özlərində olduğu kimi Gürcüstanda da yaltaq ruhanilərin məscidlərdə kadr olmasına can atır, yaltaq dindarlar yetişdirməyə çalışırlar.

Sən özün kimsən axı? Sənin ölkəndə dindarlar əziyyət çəkir. Ruhaniləri Mübarizin köləsi olduğu hakimiyyət zindana salıb. İrandan qorxdular heyfini İranda təhsil almış öz vətəndaşlarından çıxdılar. Adlarını qoydular narkoman, vətən xaini, dövlət düşməni. Sizin kimi şərbaz fırıldaqçılardan Gürcüstan müsəlmanlarına nə fayda?

Gürcüstan müsəlmanları QMİ-dən vaxtında ayrıldıqları kimi gərək DQDK sədri Mübariz Qurbanlının elə orada cavabını verərdilər. Çünki bu insanın hansısa ruhaniyə ağıl verməyə nə ləyaqəti var nə də ağlı. Bunlar beş paraya dəyməyən çirkin siyasətləri ilə ancaq şər kompanoyası bacarırlar. Allah bu cür insanların şərrindən bütün müsəlmanları qorusun.

Yəqin ki, Qurbanlının çərənləmələrini eşidənlərin o saat ağlına belə bir sual gələcək. Mübariz müəllim, hansı dindən, hansı dövlətdən danışırsan?


2424 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP