12 Oktyabr 2023

Biz dedik inanmadılar

Bildiyiniz kimi Türkiyə prezidenti Naxçıvana səfərinin sonunda İranın Zəngəzur dəhlizi ilə bağlı təklifini qəbul etmişdi. Sitat: "Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olarsa, dəhlizin İrandan keçməsi mümkündür."

O, Zəngəzur və Laçın dəhlizləri haqqında belə deyib: “Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirərək açaq. Həmişə müharibə şəraitində olacaq dəhliz haqqında düşünmək mümkün deyil. Zəngəzur dəhlizinin açılması üçün lazımi səyləri göstərəcəyik. Zəngəzur dəhlizinin yaradılması ölkələrə və regionun təhlükəsizliyinə fayda verəcək.”

Əlbəttə biz elə o vaxtdan bəzi adamlara demişdik ki, Türkiyə Azərbaycanı yalandan nə qədər dəstəkləsə də İranla müharibə etməkdən qorxub çəkinəcək. Elə bu cür də oldu. Düzdür bəzi sadəlövh insanlar hələ də elə düşünür ki, doğrudan da Ermənistan mane olduğu üçün Zəngəzur dəhlizi İrandan keçməli oldu. Yəni doğrudanmı kimlərsə Türkiyə, sionist rejimin Ermənistandan qorxduğunu düşünür? Doğrudan da mı bu cür cahillərə rast gəlmək olur?

Sadəcə arada İran olduğu üçün Rəcəb bəy geri addım atmalı oldu. Çünki İranın qətiyyətini gördü.
Bundan başqa bilirsiniz ki, hazırda Həmas ilə sionist rejimi arasında müharibə başlayıb. Livan Hizbullahı da özünü müdafiə etdiyi üçün müharibəyə qoşulub. İsraildən bir dənə div düzəltmişdilər, dünyanı qorxudurdular ki, ay bunun kəşfiyyatı divdir, ordusu nə bilim əjdahadır. Xüsusilə Türkiyənin çaldığı hava ilə oyanayan bizim bəzi nadanlar da inanmışdılar doğrudan da İsraildən yoxdu. Bu ölkənin kəşfiyyat orqanını, özünü məhv eləsə eləsə ancaq Polad Ələmdar məhv edə bilər. Özü, iki nəfər dostu gedər İsrailə, üzür istəyirəm, gedər Fələstin ərazilərinə və Mossadın dədəsini ağlar qoyar. Gedəndə də özü ilə heç nə aparmaz. Hərəsinin əlindən bir makar bir də cib bıçağı. Amma Həmas göstərdi ki, Mossad qələt eləyir, başını daşa döyür. Mübariz fələstinlilər məgər ölüblər ki, Mossad at oynatsın?

Həmas hələ İranın dəstəklədiyi kiçik, o qədər də güclü silahlara, top tüfəngə sahib olmayan bir təşkilatdır. O belə qorxunc, saxta divi yaralaya bilir. İndi bir də fikirəşin ki, bu saxta, şişirdilmiş div İranla üz üzə gəlsə inşallah necə bədbəxt günə qalar.

Odur ki, Ərdoğan gərək şirin quyruğu ilə oynamasın. İran zarafat deyil. İran Ermənistan deyil. Haddinizi bilin.


1115 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP