18 Oktyabr 2023

Niyə biz?

Məlum olduğu kimi artıq neçə gündür ki, sionist rejim ordusu Fələstinli körpələri şəhid edir. Sionist rejim yaradılan gündən bu günə qədər bu qondarma rejim ətrafdakı ərəb ölkələri ilə müharibələr edib. Bundan başqa zaman zaman Qəzzada südəmər uşaqları qətlə yetiriblər.

BMT də başda olmaqla dünyanın insan haqlarından dəm vuran dövlətləri bu ədalətsizliyə göz yumurlar. Bəziləri isə üstəlik sionist rejimə dəstək olur. Təkcə siyasi dəstək, informasiya dəstəyi verməklə kifayətlənmirlər, üstəlik hərbi dəstək olurlar. Məsələn, amerikalılar dünyada özlərini demokratiya beşiyi adlandırırlar amma sionist rejimə silah sursat göndərirlər. Əlbəttə Amerika özü böyük şeytandır. Sionist rejim isə onun qanunsuz övladı, yaxud da quduz itidir. Bunlar öz yerində.

Qəribəsi bizim ölkədə baş verir. Misal üçün bir sıra müsəlman və xristian ölkələrində Fələstini dəstəkləyən insanlar aksiyalar keçirirlər. Sionist rejimi qatil, cinayətkar adlandırırlar. Amma Azərbaycanda isə sakitçilikdir. Zalım hakimiyyəti ki anladıq. Onlar zatən sionistlərin məmurları ölkəyə gələndə onların qabağında ikiqat əyilib təzim edirlər. Sionist medianı da anladıq. Lom Kamranlar, Zaurlar, Bayoğlular, Laftvlər və daha kimlər kimlər onsuz da sionist nökərləridir? Bəs yaxşı insanlara nə gəlib? Üstəlik burada dindar qeyri dindar ayrıseçkiliyi də yersizdir. Çünki İtaliyada, Fransada etiraz edənlər müsəlman deyillər. Amma insandırlar. Bizə görəsən nə olub? Biz insanlığımızı itirdikmi?

Halbuki fələstinliləri biz daha yaxşı anlamalıyıq. Eyni qondarma rejim uzun illərlə bizim Qarabağımızda da mövcud idi. İti qovan kimi qovduq getdilər. Amma biz fələstinliləri daha yaxşı başa düşməli ikən sionist rejimin bizim qara qarşımıza gözümüzə aşiq olub bizə silah surat satmasını bəhanə gətirib insanlığımızı itiririk. Bizə nə olur? Doğrudan da bu yazıq xalqa nə yedirdib içizdirirlər? Ərzaqlarına dərmanmı qatırlar? Nə baş verir?


2386 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP