21 Oktyabr 2023

Ərdoğanı cin atına mindirməyin ha!

"Türkiyə daha çox günahsız insanın qanının tökülməsinin, humanitar böhranların qarşısını almaq və Fələstindəki münaqişələrin dönüşü olmayan nöqtəyə çatmadan həlli üçün üzərinə düşəni etməyə davam edəcək." Türkiyə prezidenti bu sözləri tvitter səhifəsində yazıb.

Üstəlik saytların verdiyi məlumata əsasən Ərdoğan İsraili hərbi əməliyyatları genişləndirmədən dərhal hücumları dayandırmağa çağırıb.

Ərdoğan bir vaxtlar Davosda oyunlardan çıxan qəhrəmanı kimi tanınırdı. Deyirdilər ki, sultan Mehmet Fateh necə ki, İstanbulu fəth edib sultan Təyyib Ərdoğan da Davosu fəth edib.

Sonradan məlum oldu ki, Ərdoğan elə qurma bir şeydir, ABŞ, sionist rejim tərəfindən ortalığa atılıb. Məqsəd İrana, Hizbullaha alternativ lider yaradıb piyasaya təqdim etməkdir. Bunun üçün də guruldamağa ehtiyac var. Ərdoğanı ekranlara çıxartdılar. Qabağında sionist Peresi əyləşdirdilər. İnsafən deyəsi olsaq yaxşı ssenari idi. Çox insanı aldada bildilər. Amma Ərdoğanın İŞİD-dən heç bir fərqi yox idi. Hər ikisi müsəlman ölkəsinə hücum edir amma sionist rejimə yaxın gəlmir. Daha sonra elə oldu ki, Ərdoğan sionist rejimə hətta sözlə belə qan uddurmağı kənara qoyub Suriyaya girməsi üçün İŞİD-ə yardım etdi. Terrorçular Ərdoğanın sayəsində bir az da haqsızlıqlarını çoxaltdılar.

İndilərdə isə Ərdoğan yenə göz ağartmaq, barmaq silkələmək ilə məşğul olur. Elə edin, belə edin, dayandırın və s.

Ölkədə yazıq pantürklər də qalıb iki yolayrıcında. Yuxarı baxırlar bığ, aşağı baxırlar saqqal.
Yazıqları sionist rejim tırkalayıb İranın canına salmışdı. Sözdə onlara vəd vermişdi ki, prezidenti Ərdoğan olan turan türk dövləti qurulacaq. Ərdoğanı da ABŞ, İsrail, İngiltərə idarə edəcək. Amma daha sonra xəyalları suya düşdü. İndi lap bədbəxt günə qalıblar.

İranın Zəngəzura icazə vermədiyi gündən Ərdoğanın məlum Zəngəzur çıxışına qədər deyirdilər ki, vəssalam e, Ərdoğan bizə dəstək olacaq, sionist silahları ilə İranı məğlub edəcəyik. Amma daha sonra gördülər ki, böyük div hesab etdikləri Ərdoğan sionist mifinə nə qədər güvənsə də Şirin quyruğu ilə oynamaqdan başqa bir iş görə bilmədi. Nəhayət Ərdoğan çıxıb dedi ki, Ermənistan razı olmasa dəhliz İrandan keçəcək. Necə ki, İran əvvəldən bunları adam bilib başa salmışdı.

Xəyal qırıqlığına uğrayan pantürklər Həmasın son günlərdə sionist rejimə vurduğu zərbələri eşidəndə, kadrları görəndə betərdən betər oldular. Təsəvvür edin ki, İsrail adlı bir mifləri var idi. Zəif hesab etdikləri Həmas bu mifi darmadağın etdi. Yenə də Ərdoğan etsəydi bir təhər ürəklərinə daş basıb deyərdilər ki, cəhənnəm Ərdoğan da bizim dədəmizdir. İsraili vuracaqsa, İran, Hizbullah, Həmas vurmaqdansa qoy elə Ərdoğan vursun. Amma Ərdoğan heç zaman buna cürət etməyib. Həmas əməli olaraq iş gördüyü halda Ərdoğan ancaq dil pəhləvanlığı ilə məşğul olub.

Odur ki, Ərdoğanı cin atına mindirməyin ha. YouTube kanalında görmüsüz ağ köynəklə Ərdoğan özünü ağ atlı oğlan hesab edib necə ata minmişdi. Prosta bir az elə oldu ki, at əsəbiləşib Ərdoğanı yerə çırpmışdı. Bax, o cür yenə Ərdoğan ağ köynək geyinib cin atına minəcək...


1340 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP