28 Oktyabr 2023

3000 manatlıq telefon söhbəti

Deyirəm biz Azərbaycan telekanalizasiyalarına baxmaq istəməsək də zalım oğlu özü gəlib bizləri tapır. Güya biz bu kanalları boykot elədik ki, baxmayaq. Onsuz da baxımlı bir şey yoxdur. Amma bu kanallardakı verilişlər gəlib özləri bizi tapırlar.

Əslində görünür biz bir mənada naşükürlük etdik. Gül kimi heç olmasa aztv var idi. Gopologiya təqdim edilsə də Azərbaycan orda güllü çiçəkli efirə verilsə də cəhənnəm abır həya var idi. Dövlət sanki bizı dedi ki, madam ki, mənim dünyalar gözəli aztv kanalıma baxmırsan, sənə bir toy tutaram ki, dəymişin qala qala kalın tökülər. Götürüb özəl kanalların sayını artırdılar və onlara xalqın mənəviyyatını korlamaq üçün geniş meydan verdilər. İndi adam deyir ki, ilahi kaş elə bütün kanallar aztv kimi gopologiya danışardı. Ölkədəki seçki saxtakarlığını şəffaf seçki adlandıraydı, sifarişli məhkəmələri ədalətli məhkəmə hesab edərdi. Şəxsən mən razıyam ki, oturum belə goplara qulaq asım. Zatən məlumdur ki, Aztv yalan palan xalqı aldadır. Amma digər abırsız mənəviyyatdan uzaq kanallar olmayaydı.

Məsələn kanalların birində (ad çəkib reklam etmək istəmirəm) bir nəsəşünas çağırıblar, deyir ki, bir kişi xanımına 3000 manatlıq telefon almırsa o qadının ondan boşanmaq haqqı var. İşə bax da. Durduq yerdə adamı əsəbləşdirib özündən çıxarırlar. Bəli düz əməlli ölkədə yaşasaydıq, bu xalqın ayda 5000 manat maaşı olsaydı 3000 yoxe 4000 manatlıq telefon almayan kişinin də belə lap...

Amma bir yandan pulsuzluq, digər yandan da ölkədə haqsızlıq baş alıb getdiyi bir vaxtda görün kanallar xalqa nəyi təlqin edir. Əslində məqsəd telekanalizasiyaya baxmayan insanları sosial şəbəkələrdə də bu cür işlərlə məşğul etməkdir. Məsələn camaatın Facebookda Fələstinə dəstək nümayiş etdirdiyini görən sionist nökəri telekanalizasiyalarımız belə verlişləri sosial şəbəkələrə buraxır ki, xalq Fələstin xalqına zülm etdiyi üçün israili yox bunların ddədə babalarını söysünlər. Çünki bu telekanalizasiya böyükləri dünəndən razıdılar ki, camaat sionistləri yox onların dədə babalarını söysünlər.

Təsəvvür edin ki, ölkədə bu qədər haqsızlıq var. Saysız-hesabsız insanlar günahsız yerə şərlənib. Birini İran agenti adı ilə digərini narkoman adlandırıblar həbs edirlər, heç kimin yadına insan və qadın haqları düşmür. Amma bir kişi arvadına 3000 manatlıq telefon almırsa o qadının boşanmaq haqqı var imiş.

Hərdən adam düşünür ki, ilahi niyə görə bu telekanalizasiyalara bomba düşmür? Biz kiminsə ölməsini burda arzu etmirik. Amma telekanalizsiyalar işləməyən vaxt, heç olmasa gecə vaxt hərəsinin binasına bir bomba düşərdi. İnsan itgisi olmazdı amma bütün avadanlıqları tələf olardı. Canımız qurtarardı bunların əlindən.


1390 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP