28 Oktyabr 2023

İtoynadanların oynatdığı Kamran

Bəlkə də çoxlarından soruşsanız ki, dünyaya Kamran Həsənlidən daha alçaq adam gəlsəydi kim olardı? - cavab olaraq deyərdi ki, Kamran Həsənli. Adama qəribə gəlir. Məgər, Kamran Həsənli dünyaya bir daha gələcək? Dünyaya bir daha gəlməyə ehtiyac yoxdur. Zatən insana bir dəfə ömür verilir ki, adam balası kimi yaşasın, onun bunun iti olmasın.

Kamranın da dünyaya yenidən gəlməsinə ehtiyac yoxdur. Zatən sionist rejim Kamran kimi başqa bir şərəfsizi yetişdirib Azərbaycan xalqını aldatmaq üçün yollayacaq. Adam şərəfsizliyi boynuna alıb və sionist rejimin Azərbaycanda təsir agentlərindən biridir.

Bu şərəfsiz bildiyiniz kimi Elçibəy Azərbaycan prezidenti olanda onun nə bilim nə üzrə nəyi (müşaviri) olub. Ondan sonra Müsavat - AXCP devriləndə bu alçaq özünü şou biznesə verib. İndi ahıl və ağılsız vaxtlarında yenidən siyasi məsələlərə girişir. Əlbəttə siyasi məsələlərə girişməyə çalışır amma sionist İsrail rejiminin qondarma baş naziri Netanyahonun gözünə girir.

Deməli Fələstin lideri Mahmud Abbasın bir çıxışını verilişində göstərir. Deyir ki, Mahmud Abbas orda erməni keşişinə deyir ki, biz Ermənistana silah verəcəyik. Bu adam ərəbcə bilmədiyi halda camaatı aldatmağa çalışır. Halbuki adam o qədər axmaq və ağılsızdır ki, anlamır ki, ərəbcə bilməyən insanlara ərəb milliyyətinə xas olan bir şəxsin çıxışını tərcümə etmək lazımdır. Camaat sənə inanmaycaq. Araşdıracaq. Sən tərcümə etməsən də onu kimlərəsə tərcümə etmədən sənə inanmayacaqlar. Əslində Kamran da gözəl bilir ki, insanlar ona inanmayacaqlar. Üstəlik bütün dünyanın sionist rejimə qəzəbləndiyi bir vaxtda sənin nəsil əndər nəslini yaş yuyub quru sərəcəklər. O bunu gözəl bilir. Sadəcə sionist rejimdən tulapayı aldığı üçün xalqa yalandan da olsa fələstinliləri pis təqdim etməyə çalışır.

Halbuki Mahmud Abbas orda deyir ki, ermənilər bizə BMT-də səs verib.
Kamranın adı üstündədir. O hələ siyasətə qarışmadığı vaxtlarda, şou biznes əhli ilə oturub duran zamanlarda bir nəfər onun verilişinə zəng vurub demişdi ki, Kamran müəllim, biz ailəlikcə sizin oynamağınıza heyran olmuşuq. Xahiş eləsək bizim üçün oynayarsız? Kamran da başlayır düşük düşük oynamağa. Kişi onu oynadandan sonra deyir ki, mənə məhəllədə "itoynadan filankəs" deyirlər.

Kamran indi də oynayır. Amma musiqili meydanlarda şou əhli ilə deyil sionist israilin çaldığı hava ilə oynayır.


1436 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP