12 Noyabr 2023

Cəlal Əliyev sağ olsaydı...

Sayt yazır ki, Mir Şahin Mirdilavər oğlu Ağayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Yəqin ki, hamının yadına Mir Şahin deyilərkən ilk olaraq onu indilərdə orden ilə təltif edən İlham Əliyevin əmisi Cəlal Əliyev düşür. Şəxsən mən deyərdim ki, bir insanın yaşadığı bir ömür ərzində ona FAHİŞƏ, MİKROB, MANDAVOŞKA deyən bir şəxs ilə yada düşməsi onun rüsvayçılığı üçün kifayət edər. Məsələn adam var ondan söz düşəndə adamın yadına Allah düşür. Bunlar Allahın sadiq və mömin bəndələridir. Adam var onun adı gələndə yada peşəkar jurnalistika gəlir. Adam var onun adı gələndə hamının ağlına sadəlik, təvazökarlıq gəlir. Məsələn, Hacı Zeynalabdin Tağıyev deyilərkən ölkə insanının yadına xeyriyyəçilik gəlir. Fuyuzat jurnalı deyilərkən yada Əlibəy Hüseynzadə düşür. Məsələn, Hüseynbala Mirələmov deyiləndə ağıla katibə gəlir. Kamranın adı gələndə it və yaxud lom haqqında düşünürsən. Fazil Mustafanın adı gələndə atasının məhşur ləqəbi (qadın cinsiyyət orqanı) ağıla gəlir. Bu siyahını daha da artırmaq olar. Məqsədimiz murdar adamların adlarını çəkib ürək bulandırmaq deyil. Bunları qeyd etməkdə məqsədimiz odur ki, bu insanlar özləri belə yol seçirlər özləri üçün. Hətta Mirşahin, Mirələmovun ad familiyasında Mir sözünü görüb seyyid olduqlarını düşünənlər də var. Zənnimcə Mirşahin heç seyid deyil. Hüseynbala haqda isə məlumatımız yoxdur. Amma seyid olsalar belə yenə də pis insan pisdir. Məsələn Həzrət Nuh peyğəmbərin (Allahın salam və salavatı olsun onun üzərinə) oğlu kafir idi. Baxmayaraq ki, bir ulul əzm peyğəmbərin fasiləsiz övladı idi. O ki qaldı peyğəmbərin 14 əsr sonrakı övladlarından olasan. Pis insan Peyğəmbərin (Allahın salamı və salavatı olsun onun üzərinə) yolu ilə getməyən şəxsdir. Seyid olmuş olsa belə onun sual cavabı daha ağır olacaq.

Deməli Mirşahin "vətənə xidmət" ordeni ilə təltif edilib. Əslində isə nə baş verib? Heç nə. ANS bağlandığı halda, şirkətin prezidenti Vahid Mustafayevin fəaliyyəti dayandırıldığı bir vaxtda, ölkədə məhkəmələri MTRŞ-a uduzduğu bir dövrdə Mirşahin qabağa getdi. Prezident qaldı, sağ əli, vitse prezident jurnalistlik fəaliyyətini davam etdirdi. Amma necə? Qeyri-real bir kanalizasiya açdı. Üfunət iyi verə verə gah dinə, gah müxalifətçilərə, gah dindarlara ilişdi. Bir sözlə hakimiyyətin bir nömrəli trollarından birinə çevrildi. Gözəgirənlik ordeni verib adını vətənə xidmət qoydular. Eyni ilə ayaqyolu kağızından fərqlənməyən Müsavat adlı qəzetin baş redaktoru sionist nökəri, yaltaq, gözəgirən Rauf  (İlhamoğlu) Arifoğlu kimi. Bunun adını nə qoyursuz qoyun. Vətənə, vətəndaşa hörmət olmayan ölkədə bir andıra qalmış ordenlə güya Mirşahin nəyə sahib oldu ki? Əsas xalqın rəyidir. Xalqın gözü tərəzidir deyiblər. Heç bir xalqda prezidentin gözü tərəzidir deyə bir atalar sözü yoxdur. Xalqın isə Mirşahinə verdiyi adı bilmək istəsəniz onun Yutubda videolarının altındakı şərhlərə baxmağınız kifayətdir. Xalq ona dişinin dibindən gələni demək istəyəndə özünü yormur, əsəbləşmir. Bütün bunların əvəzinə Cəlal Əliyevə rəhmət oxuyurlar. Düzdür Cəlal Əliyevin onun haqqında dediyi sözləri Mirşahinə xalq yox o vaxtın hakimiyyətinin deputatı vermişdi, amma zaman gəldi xalq Mirşahinə ad vermək istədi. Baxdı gördü ki, adama zatən Cəlal Əliyev vaxtında ad verib. İkinci ada nə ehtiyac var ki? Bəzən xalq ad vermir. Baxıb görür ki, adamın zatən adı var. Bəlkə də xalq düşünür ki, biz ona bundan "gözəl" ad verə bilməzdik. Məsələn Fazil Qəzənfəroğluna verilən ad kimi. Atası o vaxtlar çörəkpulu qazanmaq üçün fahişə oteli açıb. Fazilabı haram pullarla böyüdüb, haramdan piy bağlayan Fazilabın qanında haram öz təsirini qoyub. Adam ola bilmir ki olmur. Hətta deyirlər güya namaz qılıb oruc da tutur. Amma adamlığı yoxdur deyə heç kim hörmət etmir. Mirşahin də bu cür.

Sadəcə maraqlıdır. Cəlal Əliyev indi sağ olsaydı bu qərar haqda nə deyərdi?


1898 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP