19 İyul 2014

Qədr gecəsində ən yaxşı əməl

Bu ilahi süfrəyə, ilahi ziyafət süfrəsinə düzülən nemətlərdən biri Qədr gecəsidir. Quranda buyurulur: “Qədr gecəsi (savab baxımından) min aydan daha xeyirlidir!” ("Qədr", 3) Qədr gecəsi adı ilə tanınan, ramazan ayının bir neçə günü arasında olan gecə min aydan daha üstün, daha ülvidir. Mömin bəndə dəyərli Qədr gecəsinin saatlarından mümkün qədər çox istifadə etməlidir. Bu gecədə ən yaxşı əməl duadır. Bu gün dua haqqında da siz bacı və qardaşlara bir neçə kəlmə demək istəyirəm. "Ehya" (gecəni sübhədək oyaq qalmaq) da dua, təvəssül və zikr üçündür. Qədr gecəsində müstəhəb olan namaz da əslində dua və zikrin bir nümunəsidir. Rəvayətlərdə deyilir ki, "dua ibadətin beynidir". ("Vəsail əş-şiə ", c. 7, səh. 27) Yaxud bizim geniş yayılmış ifadəmizlə desək, dua ibadətin ruhudur. Dua nə deməkdir? Dua Allahla danışmaq deməkdir. Yəni, Allahı özünə yaxın hiss etməkdir. Ürəyinin sözlərini onunla bölüşməkdir. Dua ya istəkdir, ya tərifdir, ya həmd-sənadır, ya da sevgi, məhəbbət bildirməkdir. Bütün bunlar hamısı duadır. Dua bir mömin, islah olmaq, xilas olmaq istəyən bəndənin ən önəmli işlərindəndir. Dua ruhun paklanmasında bu qədər təsirlidir.

Dua qəflətdən uzaq olmaqdır

Duanın faydası nədir? Biz Allahla danışdıqda onu özümüzə yaxın varlıq, dinləyicimiz hesab edirik. Onunla danışırıq. Bu nailiyyətlər duanın faydalarındandır. Dua ürəkdə Allahı xatırlamağı yaşadır və - bütün yanılmaların, azğınlıqların, fəsadların anası olan Allahdan qafil olmağı aradan qaldırır. Dua insan qəlbindən qəfləti təmizləyir. Ona Allahı xatırladır. Duadan məhrum insanların uğradığı ən böyük ziyan könüllərindən Allahın çıxmasıdır. Allahı unutmaq, ondan qafil olmaq bəşər üçün çox ziyanlıdır. Quranda bu haqda bir neçə ayə var və bu geniş mövzudur.

Dua imanın güclənməsidir

Duanın ikinci faydası ürəkdə imanın güclənməsi, möhkəmlənməsidir. Duanın xüsusiyyətlərindən biri budur ki, ürəkdə imanı möhkəmlədir. Müxtəlif çətinliklərə, hadisələrlə, insanın pis və xoş günündə məhv olası iman, aradan getmək, yoxa çıxmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Çoxlarını tanıyırsınız ki, imanlı idilər. Amma dünya malı, iqtidarı, cismani həzlər və şəhvani hisslərlə qarşılaşdıqda imanlarını əldən verdilər. Bu, sarsılan və möhkəm olmayan imandır. Duanın xüsusiyyəti budur ki, insanın könlündə imanı gücləndirir, möhkəmlədir. İmanın aradan qalxması təhlükəsi dua ilə, Allaha davamlı diqqətlə aradan qalxır.

Ayətullah Seyid Əli Xamenei

Nur-az.com


5538 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP