10 Yanvar 2024

Qeyrətsizin qeyrətliyə həsrət qalması belə olur

Sionist rejimin Azərbaycanda təsir agenti olan Axar saytı özü kimi başqa bir sionist rejimin maraqlarına xidmət edən dırnaqarası politoloq Elxan Şahinoğludan yanvarın 8-də İranın intiqamı ilə bağlı müsahibə alıb.

Məlum olduğu kimi İranda bir neçə gün bundan qabaq şəhid general Qasim Süleymaninin şəhadətinin ildönümü münasibətilə şəhidin qəbrinin yerləşdiyi Kirman şəhərində terror hadisəsi baş verib. Nəticədə qəbri ziyarət etməyə gedən mülkü insanlar arasında şəhid olanlar və yaralananlar qeydə alınıb. Bundan ötrü İranın sionist rejimdən intiqam alıb almaması müzakirə edilir.

Elxan Şahinoğlu deyir ki, İran hakimiyəti və dini dairələri 4 il əvvəl də general Qasım Süleymani öldürüləndə intiqam vədi vermişdi. Amma bu illər ərzində heç nə edə bilmədilər. Sadəcə ABŞ-ın İraqdakı boş hərbi bazasına raket zərbələri endirdilər.

Axar saytına müsahibəsində belə deyir: “Bu günlərdə də ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu sirrin üstünü açdı ki, o zaman İrandan müəyyən mesajlar alıblar. Mesajda bildirilib ki, “intiqam olaraq” sizin boş hərbi bazalarınızı vuracağıq. Bunun üstündən 4 il keçib, yenə də bomba partlayışı, itkilər və yenə də İran intiqam vədi edir. Düzdür, partlayışı İŞİD öz boynuna götürüb, amma ABŞ və İsrailin adı İranda sürəkli çəkilir.

Bu yerdə Elşən Xəzərin bir şeiri yada düşür: Qeyrətliyə qeyrətsiz olanlar qalar həsrət.

Deməli dırnaqarası politoloq cinayətkarların bu murdar əməlini məhkum etmək əvəzinə əvvəlcə İranın intiqam alması məsələsini məsxərə edərcəsinə "ABŞ-ın İraqdakı boş hərbi bazasına raket zərbələri endirdilər" deyir. Əvvəla deyək ki, dırnaqarası politoloqun əvvəlcə "amma bu illər ərzində heç nə edə bilmədilər" deməsindən sonra "ABŞ-ın İraqdakı boş hərbi bazasına raket zərbələri endirdilər" deməsi onu göstərir ki, "hörmətli" politoloq özünün ağ yalanına heç kimin inanmayacağını tez anlayıb və fikrində korrektə edib.

İkincisi, boş hərbi baza deyəndə ki, hərbi baza dağ dərə deyil ki, orada heç kim olmasın. Mütləq orada kimlərsə olub. Sadəcə həmin vaxtlarda İranın məsul şəxslərinin verdiyi məlumata əsasən bazalar İraqın insanlar yaşayan yerlərinə (Kazimeyndə) yaxın olduğu üçün mülkü əhalidə qorxu və tələfat yaratmaq istəməyiblər.

İranın rəsmi informasiya agentliyi İRNA xəbər vermişdi ki, Sepahın Hava-Kosmik Qüvvələrinin general-mayoru Əmir Əli Hacızadə mətbuat açıqlamasında demişdi: "Əyn əl-Əsəddə hərbçilərin yerləşdiyi yerləri vurmadıq. Çünki biz amerikalılar kimi cinayətkar deyilik. Taci bazası Bağdad və Kazimeynə yaxın olduğu üçün partlayışların yerli camaatda vəhşət yaradacağını düşünərək təqribən Bağdaddan 170 km uzaqda yerləşən hərbi bazanı seçdik. Bazanı vurmaqdan əsas məqsəd dronları, vertolyotları, anqarları vurmaq idi ki, bunu edə bildik. Amma dediyim kimi, bu hücum düşmən üçün tələfatsız ötüşməyib. 9 təyyarə yaralı və ölənləri İsrail və İordaniyaya daşıyıb. Bəzi yaralılar isə ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığındakı xəstəxanaya yerləşdirilib."

Bundan başqa həmin hücum nəticəsində ABŞ rəsmiləri məlumat verməsələr də 80 nəfər hərbiçinin öldüyü qeyd olunmuşdur.

Lap deyək ki, ümumiyyətlə həmin hücumda heç kim ölməyib. Məgər heç kim ölməsə də, ABŞ-ın boş hərbi bazası vurulmuş olsa da ABŞ - a bu cür cavab vermək balaca bir şeydir? ABŞ dünyada ən hegemon dövlət və yaxud da iki supergüc (ABŞ və Rusiya) dövlətdən biri sayılır. Məsələ də elə budur: Qeyrətliyə qeyrətsizin həsrət qalması. Sən Elxan Şahinoğlu, özünü, öz dövlətini qoy bir kənara. Hətta bütün müsəlman ölkələrini də qoy bir kənara. De görək ABŞ-ın hansısa hərbi bazasına raket zərbəsi endirmək bir yana dursun ABŞ-ın hansısa rəsmisinə söz, tənqid yağışı yağdıran kimsə görmüsən? Hətta qərb ölkələrindən bunu görmüsən? Özünüzdə qeyrət olmadığı halda hansısa qeyrətli müsəlman ölkəsinin etdiyi bu hərəkəti pisləmək sənin kimi insanların işi deyil.

İranın qüdrətini bütün dünya bilir. İran həmin dövlətdir ki, ABŞ və sionist rejimdən div düzəltditəyiniz halda İran bütün bunları puç elədi. ABŞ -dan bütün dünya qorxduğu halda İran ABŞ-ı bütün dünyada
rəzil elədi.

8 illik İraq - İran müharibəsində İran elə ABŞ ilə müharibə edirdi. Amma Allaha şükür olsun ki, bir qarış torpağını belə ABŞ-a güzəştə getmədi. İran həmin ölkədir ki, İslam İnqilabından sonra ABŞ min bir plan qurdu ki, İnqilabı aradan aparsın amma heç nə bacarmadı.

Elxan Şahinoğlu həmçinin deyir:
"Ehtimal ki, İran özünün təsir dairəsindəki silahlı və terrorçu qruplar vasitəsilə ABŞ və İsrailin maraqlarına zərbə vurmağa çalışacaq."

Bu sözlər dırnaqarası politoloqun sionist rejimin nökəri olduğunu açıq aydın göstərən sözlərdir. Bu insanda insaniyyət və müsəlmançılıqdan zərrə qədər əlamət olsaydı sionist rejimə qarşı vuruşan Həması, öz ölkəsini qoruyan Husiləri və Hizbullahı, həmçinin digər müqavimət təşkilatlarını İranın özünün təsir dairəsindəki silahlı və terrorçu qruplar adlandırmazdı. Məlum məsələdir ki, o terrorçu qruplar deyərkən müqavimət hərəkatlarını nəzərdə tutur. Sionistlər tərəfindən yemlənən bu cür axmaq insanlar körpə qatili olan sionist rejimin cinayətlərini görməzdən gəlir və məzlumları terrorçu adlandırırlar.


2095 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP