24 İyul 2014

Hərənin öz işidir?

Ozan demişdi əgər
evdə ara qarışsa,
arvad boşannam desə,
şeytan təbrikə gəlsə,
ara düzəlsin deyə,
sevgi uzansın deyə,
şeytan üzülsün deyə
arvada bir yalan de.
De sənə ayfon allam,
de sənə fayton ollam.
Bu yalanla barışsın
inciyən də, küsən də,
əlaqəni kəsən də.

Ozan belə demişdi!
Biz neylədik, dünyaya,
xalqa, qohum-qardaşa
min bir yalan danışıb
həqiqəti, olanı
pıçıldadıq arvada,
başımıza daş oldu,
hülqumsuz sirdaş oldu!

Bir kişinin içini,
qılığını, zatını
bilə bilməzsən, dadaş.
Bircə arvadı bilir
hansı kolun quşudur,
arvaddır ya kişidir.
...Deyinməyin, qoy olsun:
Sirri arvada açıb
xalqa yalan danışmaq,
hərənin öz işidir...

Zülmkar padşahlar,
ədalətsiz qazılar,
rüşvətxor jandarmalar,
əliəyri vəzirlər
gündüz oğurladığın
gecə gətirib evə
danışar hünərindən
arvada sevə-sevə.

Yazıqdan yazıq da var:
gün atda yana-yana
hambal, fəhlə, əkinçi
özün verir yalana.
Dünyası od içində,
axirəti cəhənnəm.
Sahibkarı aldadır,
arvadı razı sala.
Bu gün yaşa, sabaha
Xan ölə, ulaq qala.

Kişilər, vay kişilər!
Dünya dura bilmədi
yalanlarınız üstə.
Dünya xaraba qaldı
yalanlarınız üstə.
Söz də, yol da, hökm də
arvadlarındı indi.
Ən azı təkfirçilər
tanınmayacaq üzdən.
Bir də qadın qadındı,
hamılıqla məsx olub
Hind olası deyillər.
Qadının əli gəlməz
baş kəsib, ciyər yesin.
Qadının dili gəlməz
xalqına yalan desin.

Baba (oxucu)

Nur-az.com


10577 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP